Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYGƏMBƏRLƏRİN QORXUSU

[ Azerislam.com / 8822 dəfə baxılıb ]   
|
 
O anda Əziz və Cəlil olan Allah yolunun dəvətçiləri və qullarına qarşı dəlilləri olduqları üçün məxluqatın ən dəyərliləri və Özünün ən yaxınları olan peyğəmbərlərə yönələrək, onları qullarına nə ilə göndərdiyini və qullarının nə cavab verdiyini soruşaraq buyurur: "Sizə nə cavab verildi?" Onlar da düşünüb xatırlayan deyil, çaşqınlıqdan unudan ağıllarıyla: "Heç bir məlumatımız yoxdur. Şübhəzis ki, qeybləri bilən yalnız Sənsən!" [Maidə surəsi:109]

Bu nə böyük qorxu ki, Allaha olan yaxınlıqlarına və Onun qatındakı dəyərlərnə baxmayaraq, hətta peyğəmbərlər də elə bir nöqtəyə çatmışlar ki, ağılları çaşmış, ümmətlərinin onlara nə cavab verdiklərini belə xatırlamaz vəziyyətə düşmüşlər!

Əbül-Həsən əd-Dəməşqinin belə dediyi rəvayət edilmişdir: "Əbu Kurrə əl-Əzdiyə dedim ki: "insanlarınqəlbi Qiyamət gününün dəhşətinə necə tab gətirər?" Dedi ki:"Onlar dirildiyi zaman buna gücü çatacaq bir yaradılışda yaradılarlar." Əbül-Həsən dedi ki: "İshaq bin Hələfə Uca Allahın peyğəmbərinə söylədiyi: "Sizə nə cavab verildi? (sualına) onların: Bilmirik!" [Maidə:109] sözünü misal gətirib soruşdum ki, bu dünyada onlara nə cavab verildiyini bilmirlər? Dedi ki: "Peyğəmbərlərə bu sual veriləndə hiss etdikləri heybətin böyüklüyündən ağılları çaşar və onlara nə cavab verildiyini bilməzlər. Doğru söyləyərlər. Nəhayət özlərinə gələrlər və dünyada onlara nə cavab verildiyini xatırlayarlar."

Əbül-Həsən "Bu cavabı Əbu Süleymana nəql etdim. O: "İshaq doğru söyləyib. Peyğəmbərlər o andakı sözlərində doğrudurlar. Nəhayət özlərinə gəlincə, onlara nə cavab verildiyini xatırlayarlar",dedi. Əbu Süleyman dedi ki: "Birinin öz yoldaşına:"Mənimlə sənin aranda Sırat vardır" dediyini eşitsən bil ki, o, Sıratın nə olduğundan xəbəsizdir. Əğər belə olmasaydı, Sıratda bir kimsə ilə münasibət qurmağı və ya kiminsə onunla münasibətdə olmasını istəməzdi."



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:07
GÜNƏŞ06:39
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:16
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka