Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏN BÖYÜK MƏHKƏMƏ

[ Azerislam.com / 9994 dəfə baxılıb ]   
|
 
Sən digər yaranışlarla birlikdə Qiyamətin qaranlıq və dəhşətli sıxıntısı içərisində qərar fəslini və nemət və ya hüzün yurduna girməyi gözləyərkən birdən-birə Ərşin nuru yüksələr. Yer üzü Rəbbinin nuruyla parlayar. Qəlbin Cabbar olan Allahın hökm etməyə başlayacağına qəti olaraq inanar. Ona hesab vermək vaxtın artıq yetişmişdir. O an səndən başqa heç kimin ərz edilmədiyini və səndən başqa heç kimin hesaba çəkilmədiyini sanarsan.

Hamid bin Hilalın belə dediyi bildirilmişdir: “Bizə anladıldı ki, Qiyamət günü bir insan hesaba çağırılaraq:”Ey filan oğlu filan, hesaba gəl!”deyilər. Hətta o zənn edər ki, hesaba çağırılanlardan, ondan başqası nəzərdə tutulmur”.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:21
GÜNƏŞ06:58
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:29
MƏĞRİB [ 3 rükət ]20:27
İŞA [ 4 rükət ]22:00
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka