Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏHŞƏRİN HƏRARƏT VƏ SIXINTISI

[ Azerislam.com / 10251 dəfə baxılıb ]   
|
 
Nəhayət bütün yeddi göy və yer əhalisi məhşərdəki yerlərini tam olaraq alandan sonra Günəşə on illik hərarət geydirilər və məxluqatın başları üzərinə bir və ya iki yay qədər yaxınlaşdırılar. Rəbbil-Aləminin kölgəsindən başqa heç kimsənin kölgəsi olmaz. Yalnız Ərşin kölgəsində sərinlənənlər və Günəşin hərarəti ilə qovrulanlar vardır. Günəş altındakıları hərarəti ilə qızdırar. Hərarətdən onların kədər və narahatlıqları şiddətlənər. Sonra ümmətlər narahatlıqdan sıxışmağa və bir-biriləri ilə didişməyə başlayar. Bir-birilərini sıxışdırarlar və ayaqları əzilər.

Susuzluqdan az qala boğazları quruyub qırılar. Günəşin istisi, məxluqatın nəfəsləri və izdihamın verdiyi hərarət bir-birinin üstünə gələr. Bundan sonra onlardan elə bir tər axar ki, bütün Yer üzünə yayılar. Sonra da əməllərinin dərəcəsinə və Allah qatındakı səadət və dərəcələrinə görə bütün vücudlarını qərq edər bu tər. Belə ki, bəzilərinin topuqlarına, bəzilərinin göbəyinə, bəzilərinin qulaq sırğaliqlarına qədər yüksələr. Bəziləri isə hardasa öz tərləri içində boğulacaq vəziyyətə düşər.

Umeyr bin Səid deyir ki, “Mən İbn Amr və Əbu Said əl-Hudrinin yanında oturmuşdum. Cümə günü idi. Birisi yanındakına dedi ki, “Mən Rəsulullahı (s.a.s) belə buyurarkən eşitdim:”Qiyamət günü tər insan oğlunun harasınadək çatar? Orada olanlardan biri cavab verdi: “Qulağının sırğalığınadək”, başqa biri: ”Ağzına qədər”dedi. İbn Ömər (r.a): (Qulağının sırğalığından ağzına doğru bir xətt çəkərək) İkisinin də bərabər olduğunu görürəm” dedi”.

Haysemə, Abdullahın belə dediyini bildirdi: “Qiyamət günü Yer üzünün hər yeri atəş kimi olar. Uzaqlığında isə Cənnət durar. İnsanlar onun hurilərini və qədəhlərini görərlər. Abdullahın canı qüdrətinin əlində olan Allaha and içirəm ki, hesabını gözləyən insan sorğu-sualı başlayanadək o qədər tər tökər ki, tökdüyü hər tər öz boyunca Yer üzünə yayılar. Sonra bu tər burnuna qədər yüksələr.” Abdullahdan soruşdular: ”Bu nədən irəli gəlir, ya Əbu Abdurrahman?” Abdullah: “İnsanların çəkdikləri sıxıntını görmələrindən” cavabını verdi.

İbn Ömərdən (r.a) Rəsulallahın (s.a.s) belə buyurduğu nəql edildi: “İnsan (bir dəfə də kafir dedi) Qiyamət günü qulaqlarının ortasına qədər tər sızıntısının dənizi içərisində ayaq üstə gözləyər”.
Yenə Peyğəmbərdən (s.a.s) Abdullahın belə dediyi rəvayət edilmişdir: “O günün uzun-uzadı gözləməsindən Qiyamət günü tər kafiri ağzının bərabərinə çatacaq qədər qərq edər. O qədər əziyyət edər ki, “ Rəbbim, atəşə göndərsən belə məni rahatlat!”deyə yalvarar”.

Heç şübhəsiz sən də onlardan biri ola bilərsən. Qədərinlə baş-başa qalmış, tər icində qərq olmuş, qorxu və ürpərtidən nəfəsin tıxanıb, təngənəfəs bir halda özünü düşün! Ətrafındakı insanlar da səninlə birlikdə səadət və ya bədbəxtlik yurduna göndərəcək hökmün verilməsini gözləyərlər.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka