Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏLƏKLƏRİN ENİŞİ

[ Azerislam.com / 9891 dəfə baxılıb ]   
|
 
Dünya səmasının mələkləri o səmanın kənarlarında ikən birdən-birə Allaha ərz və hesab ücün Yer üzündəki məhşər yerinə enərlər. O mələklər ki, Allah qatında böyüklüklərinə, dəyərlərinə baxmayaraq zillət və məskənət içində Yaradana təqdis ilə ucalan səsləri ilə göyün hər iki tərəfindən Yer üzünə doğru sürətlə enərlər. Yüksək qiymətləri, nəhəng cismləri, dəhşətli səsləri və şiddətli qoxuları ilə Əziz və Cəlil olan Allaha arz edilmənin, hesab vermənin qorxusundan boyunları bükük bir biçimdə buludların arasından enişlərini təsəvvür elə!

Belə ki, Yəhya bin Ğaylan əl-Əsləmi mənə demişdir ki: “Ruşdeyn bin Saidin Əbüs-Səmhdən, onun da Əbu Qabildən onun da Abdullah bin Amr bin əl-Asdan nəql edildiyinə görə Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “ Allahın bir mələyi vardır. İki göz bulağından ğözünün qurtaracağınadək məsafə ayaqla qət ediləcək yüz illik məsafəyə bərabərdir.” Yenə Yahya bin Ğaylan əl-Əsləmi mənə demişdir ki:”Rüşdeyn bin Said, İbn Abbas bin Məymun əl-Lahmi, onun da Əbu Kabil, onun da Abdullah bin Amr bin əl-Asdan nəql etdiyinə görə Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “ Allahın bir mələyi vardır. İki qaşının arası yüz il qədərdir”.

Enən mələklərin onlar üçün gəldiyini düşünən məxluqat belə bir sual edəndə sənin də qorxun nə yaman olar: “Rəbbimiz aranızdamı?” Mələklər məxluqatın bu sualından və Allahın onların arasında olması düşüncəsindən ürpərirlər və Allahı tərif ücün belə nida edərlər: “Haşa! Rəbbimizi tənzih edərik! O, aramızda deyildir. O, gələcəkdir”. Nəhayət o gün çəkdikləri əziyyətdən başları önlərinə əyilmiş bir vəziyyətdə məxluqatı sıxlaşdıraraq mələklər də səf halında öz yerlərində dayanarlar. Nəhəng, əzəmətli yaradıldıqları halda onları qanadlarına bürünmüş, Rəbblərinə zillət, məhviyyət və sonsuz hörmət hissi ilə başları kökslərinə əyilmiş hallarını təsəvvür et! Sonra hər şey eyni şəkildə göyün yeddinci qatına çatanadək və bütün göy xalqı enənədək davam edər. Hər bir göyün əhalisi məxluqatın ətrafında ayrı bir səf qurarlar.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:31
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:01
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka