Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏHŞƏRƏ SÖVQ

[ Azerislam.com / 10206 dəfə baxılıb ]   
|
 
Məxluqatın qarışıqlığı içərisində qorxu, üzüntü, qəm və kədərinlə təkbaşına çılpaqlığını və zillətini təsəvvür et!
Hamı çılpaq, ayaqyalın, susqun halda zillət, ürpərti və dəhşət içindədir. Ətrafındakı bu qarma-qarışıq insan selinin ayaq səslərindən və İsrafilin çağırışının yanğısından başqa bir şey eşidə bilməzsən. Sənin də içində olduğun məxluqat ona doğru yönəlmiş və səsin gəldiyi tərəfə yeriməkdədirlər. Heybət və zillət içində qaçmaqdasan. Məhşər yerinə çatanda çılpaq və ayaqyalın cin və insanlardan ibarət bütün ümmətlər bir yerdə toplanar.

Yer üzündəki hökmdarların, iqtidar sahiblərinin sətənətləri, mal və mülkləri yox olmuş, özlərini isə qorxu bürümüşdür. Dünyada Allahın qullarına qarşı etdikləri zülm və işgəncələrdən sonra artıq yaradılış və dəyər baxımından məhşər əhlinin ən aşağı və ən səviyyəsizləridir.

Sonra insanlardan qorxub, təkbaşına yaşayan vəhşi heyvanlar – təbii ki, imtahana və ya etdikləri bir günaha görə deyil, sadəcə Qiyamət günün dəhşətindən qorxduqları üçün başları önlərinə əyilmiş olaraq çöllərdən və dağların təpələrindən yönəlib gələrlər. Şiddət, cürət və qüdrətlərinə baxmayaraq, yırtıcı heyvanlar belə o böyük gündə Qiyamət və Allahın hüzuruna ərz anı üçün boyunlarını bükmüş olaraq və zillət içində gəlməklərini düşün! Nəhayət o vəhşilər gəlib məxluqatların ardınca Cabbar və həqiqi Məlik olan Allahın hüzurunda zillət içərisində dayanarlar.

Şeytanlar da azğınlıq, üsyan və inadlarından sonra Uca Allahın hüzuruna ərz edilməyin zillətiylə boyun əymiş olaraq gələrlər. Uzun bir imtahandan sonra yaradılışları və təbiətləri fərqli-fərqli olduğu və bir-birindən ürküb qaçdıqları halda hamısını bir yerdə toplayan Allahın şanı nə qədər ucadır!.. Yenidən diriliş onların hamısına baş əydirmiş və məhşərə sövq onları bir yerə toplamışdır.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:21
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:58
İŞA [ 4 rükət ]22:47
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka