Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏQVA

[ Oxu! / 2722 dəfə baxılıb ]   
|
 
Quranda törəmələri ilə birlikdə 258 ayədə yer alan «təqva» kəlməsi, İslamın təməl qavramlarından və əsas qanunlarından biridir. Quranın israrla üzərində dayandığı imanı bir davranış formasıdır. Təqva, həm imanın yaşanması, həm də imanın həyatdakı görüntüsüdür. İman etmək insanlığın vəzifəsidirsə təqva da imanı gücləndirən və onu praktik şəxsiyyət halına dönüşdürən şüurdur.

İman və təqva arasında bir – birini tamamlayan bir bağ vardır. İman insana təqvanı qazandırır və eyni zamanda iman gücünü təqvadan alır. Allahın böyüklüyü qarşısında qorxmayan, titrəməyən, Onu sevməyən, sonra da Ondan bağışlanmaq diləyib nemət və cənnətə ümid etməyən bir insanın imanı zəifdir, nöqsanlıdır. İnsanı Allahdan çəkinməyə və Onu sevməyə şövq edən şüur təqvadır. Başqa bir sözlə təqva, qulun Allaha qarşı duyduğu məsuliyyət şüurudur.

İman qəlbdə yerləşir. Əməl olaraq davranışlarda əks olunur. İmanın qəlbdə yerləşməsi və Quranın təbiri ilə desək saleh əməl olaraq həyatda təzahür etməsi təqva ilə əldə edilir. İnsan bu şüurla necə inandığının, nə etdiyinin, necə etməli olduğunun, etdiyi işlərin doğru və ya yanlış olduğunun fərqinə varır. Etdiklərinin hesabını anlayır, edəcəkləri üçün qərar verir.
Başqa bir ifadə ilə desək, təqvalı olmaq, ağıllı, şüurlu olmaq, pisi yaxşıdan ayıra bilməkdir. Məsuliyyət şüuru içində olmaq və ona görə hərəkət etməkdir.

İnsan zəif yaradılmışdır (Nisa, 28), zaafları vardır (Rum, 54). Əşyaya və dünyalıqlara qarşı ifrat dərəcədə sevgisi və tutqusu var (Ali İmran, 14). Nəfsi İslamın günah saydığı şeylərdən zövq alır (Yusuf, 53), Anlıq zövqlərdən, boşa gedən ləzzətlərdən, təkəbbürdən, tərifdən xoşlanır (Loğman, 33,35; Fatır, 5; İnfitar, 6). Unutqan olduğu üçün çox vaxt ölümü xatırlamır (Səcdə, 14). Dünya həyatını əbədi qalacaqmış kimi yaşayar. Dünya işlərinə elə aludə olur ki, ömrünü tükəddiyini idrak edə bilməz.

Təqva şüuru insanın zəif tərəfini qüvvətləndirir. Həyatını nizamlayır. Ölümü xatırladır. İşlədiyi əməllərinin fərqində olmasını təmin edir. İsrafdan, qəflətə düşməkdən, ölümü unutmaqdan, xəta işləməkdən insanı qoruyur.
Təqva şüuru, müsəlmana Quran şəxsiyyəti qazandırar.
Təqva şüurur, İslamı haqqı ilə yaşamaq istəyinin başqa adıdır.
Təqva şüurur, Allahı sevməyin isbatı, Onun sevgisini itirmək qorxusu, ümidi Ona bağlamanın yoludur.
Təqva, Quranın müsəlmanlara göstərdiyi hədəf, müsəlman olmağın qazancı, iki dünyada da bəxtiyar olmağın açarıdır.
Təqva şüurur, müsəlmana İslamın örnək əxlaqını qazandırır. Müsəlman bu əxlaqı qazandıqdan sonra insanlar arasında Haqqın şahidi olmaq məqamına yüksəlir. İnsanlar içindən çıxan ən xeyirli ümmət (topluluq) olmaq, yalnız təqva əxlaqı ilə mümkündür (Ali İmran, 110)
Təqva, imanda «vasvası», əməldə diqqətli olmaqdır.
Təqva şüuru bu "vasvasılığı" davranışlara əks etdirmək, onu bir şəxsiyyət və örnəklik halına gətirməkdir.
İnsan Allahı razı etmək məqamına yalnız təqva əxlaqı ilə çata bilər.
Müttəqi (təqva sahibi) olmaq, Allahın qullarından istədiyi bir səviyyədir. Bu səviyə də İslamın məqsədi və Quranın tərbiyəsidir.
İslam, Allahın istədiyi kimi yalnız təqva şüuru ilə yaşanıla bilər. Bu şüurdan məhrum olanlar, İslamı ya adət olaraq yaşayar, ya da İslamın insan həyatında göstərdiyi hədəflərə çatmazlar.
Quran, «təqva», «ittiqa» və «müttəqi» qavramları üzərində çox dayanır. Bunları tez – tez xatırladaraq «İttiqa etməzmisiniz?», «Rəbbinizdən ittiqa edin», «Müttəqilərdən olun» deyir.
Təqva şüuru, insanın əməllərinin saleh olmasını və ibadəti, həyatın yaradılış məqsədinə uyğun olaraq yaşamasını təmin edir. Onunla əxlaq gözəlləşir, Onunla İslamın söz verdiyi gözəlliklərə nail olmaq olur.





TƏQVA ŞÜURU/Azerislam.com

Azerislam.com




Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka