Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İXLAS SURƏSİ

[ Təfsir / 12999 dəfə baxılıb ]   
|
 

Surə təxminən Nübuvətin 3-cü ilində nazil olmuşdur. İlk tərtiblərin hamısında Məkkə surələrindən hesab olunsa da Mədinədə nazil olduğu iddiaları da mövcuddur. Lakin surənin muhtəvası (mövzusu) bunu dəstəkləmir. Nüzul səbəbi haqqında bir çox rəvayət mövcuddur. Ən yayğın olan rəvayətə görə surə bir sual üzərinə nazil olmuşdur: Allahın varlığı haqqında verilən suallara cavab olaraq. Bu sualı müsəlmanlar verə biləcəyi kimi, müşriklər də verə bilərdi. Və sualı kimin verməsindən asılı olmayaraq Allah gerçəkləri öyrənmək istəyənlərə Özü haqqında kifayət qədər dolğun məlumat vermişdir.
Surə müxatiblərinin Allah təsəvvürünü şirkdən təmizlədiyi üçün İxlas adını almışdır. Bəzi rəvayətlərdə birinci ayəsi ilə anılır: “Qul huvallahu Əhəd”. Bundan başqa: Saməd, Tefrid, Əsas, Təcrid, Nur, Əman, Şafiyə, Mahdar və s. adlarla da anılmışdır.
Kafirun surəsi, kəlmə-i tövhidin “la ilahə”si idisə İxlas surəsi "illallah" bölümüdür. Rəsulullah bayram və nafilə namazlarında bu iki surəni bərabər oxuyarmış.

Surənin fəzilətlərinə dair bir çox rəvayətlər mövcuddur: “İxlas surəsi Quranın üçdə birinə taydır” deyə bir hədis nəql edilir (Buxari, Fədailu’l Quran, 13). Bu, surə mövzu baxımından həqiqətən də Quranın 3/1 ehtiva edir. Çünki Quranın 3 əsas mövzusu var: Tövhid, Nübuvət, Axirət. İxlas surəsi Quranın Tövhid bölümünü ehtiva edir. Surənin məqsədi insanda Allah təsəvvürünü inşa etməkdir. Quranda tamamilə Allahdan danışan yeganə surə İxlasdır. Quranın başqa surələrində də Allah təsəvvürümüz inşa olunur, lakin bu surə Allahın bir növ “vizit kartı”dır. “Kimdir Allah?” sualına cavab verir.
İxlas, sadəcə bu surənin adı deyil, eyni zamanda həm də mövzusudur.

Məal və Təfsiri
Rəhman və Rəhim Allahın adı ilə

1. De ki, O, Allahdır; təkdir.
2. Allah Saməddir
3. Doğuzdurmayıb və doğulmayıb
4. Onun heç bir tayı-bənzəri də yoxdur.


Surə “De ki” ifadəsi ilə başlayır. “De ki” bir şeyi etmək deyil, bir şeyi söyləmək əmridir. Burda danışan Allahdır, haqqında danışılan varlıq da yenə Allahdır.
Surədə Allahın bir ismi (Allah) və iki sifəti (Əhəd və Saməd) zikr olunur. Allah ismi özəl bir isim olduğu üçün tərcümə olunmaz. Və Allahdan da başqasına aid edilə bilməz. Bu kəlmənin cəm forması da yoxdur. Yəni Allahlar demək doğru deyil. Yunan miologiyasının “Allahlar” təsəvvürü sirk üzərində qurulmuş bir təsəvvürdür.
O, Əhəddir. Yəni təkdir. Əhəd (أَحَدٌ) kəlməsi vahiddən fərqlənir. Vahid olan “bir” parçalardan meydana gələ bilər, lakin Əhəd olan parçalanmayan, parçalanması mümkün olmayan bir şeyi ifadə edir. Buna görə də burda vahid deyil, Əhəd istifadə olunub. Niyə Əhəddir? Çünki şəriki yoxdur, bənzəri yoxdur, doğuzdurmayıb, doğulmayıb. Təklik sadəcə Ona aiddir. Allahın Əhəd olması sirkin qarşısını alır.
Allah Saməddir. Saməd, “Yaradılanlara möhtac deyil” deməkdir. Saməd (الصَّمَدُ) “ehtiyaclar üçün Ona yönəlilən, böyük” mənasına gəlir. Bu mənanı “Allah zəngindir, sizlər Ona möhtacsınız” (Muhəmməd, 38) və “Ey insanlar, hamınız Allaha möhtacsınız” (Fatr, 15) ayələri də dəstəkləyir. Quranda yalnız burada zikr olunan Saməd kəlməsinin bu mənalara gəldiyi söylənilir: “Öncəsiz, sonrasız, bütün kainatın sahibi, kainatın yaradıcısı, hər şeyi bilən, kərəm sahibi, şan-şöhrəti zirvədə olan, Ona yalvarılan, qərarından sorğu-sual olunmayan, hökmünə qarşı durulmayan, böyük, uca, zəngin, ən yuxarıda olan, doyduran, qoruyan, qorunmağa möhtac olmayan, əvvəl olan, baqi (əbədi) qalan, sonsuz, ölümsüz olduğu üçün Ona varis olunmayan, yatmayan, oyandırılmayan, başqaları ilə müqayisə edilməyən, ayıbı, qüsuru olmayan, mütləq qalib olan və heç bir şəkildə məğlub edilməsi mümkünsüz olan, heç kimə ehtiyacı olmayan, gözlərin idrak edə bilmədiyi, dəyişməyən, fərqliləşməyən, möhtacsız və s.”
Saməd, Allahım mükəmməlliyini ifadə edən bir sifətidir. Yuxarıda söylədiklərimizi nəzərə alsaq deyə bilərik ki, heç bir dilə bir neçə kəlmə ilə belə çevrilə bilməz. Həm “hər şey Ona möhtac olan, Özü heç kimə möhtac olmayan”, həm “ilk səbəb və son qayə” və ya “öncəsisiz ilk və sonrasız son”, həm “əskilməyən və artmayan”, həm “kainatın əvəzsiz sahibi” mənalarına da gəlir.
Kəlmənin törədildiyi “samd”ın kök mənası güc (əl-quvvə) və cazibə qaynağı/mərkəzi (əl-cəm)”dir.
Təbiətin çətin şərtlərinə dirənən qaya parçasına saməd deyilir. Yəni zamana dirənən, daim və baqi (əbədi) olandır. Kəlmənin əsas hərifləri sad mim hərfidir: “boğaz dəliyi qapalı olub yeməmək” mənasına gələn savm, “ağzı qapalı olub susmaq” mənasına gələn summ və “qulaq dəliyi qapalı olmaq” mənasındakı samt kəlmələri ilə qohumdur. Yəni dəliksiz, əskiksiz, nöqsansızdır. Nə bir şey girər, nə də bir şey çıxar. Bu məna “üflənən Ruhun” Allahdan bir parça olduğu düşüncəsini də inkar edər. Bəzi müfəssirlərə görə Saməd “daxili orqanları olmadığı üçün yeməyə və içməyə möhtac olmayan” deməkdir. Yəni ölümlü olmayan və bəşərə bənzəməyəndir.
Doğuzdurmayıb/doğulmayıb. Ləm təlid yerinə ləm yəlid gəlməsi xüsusi ilə Allaha övlad istinad etməyi əngəlləmək üçündür. Atası olmayıb, ata da olmayıb. Çünki hər doğulan ölür, hər ölən isə yaradılmışdır. Bu ayə Şamanizm, Hind, Yunan, Xristian təslisi də daxil olmaqla bütün sirk növlərini rədd edir. Bu ayə Allahın övlad sahibi olduğunu iddia edənləri susdurur.

a) Ayənin ilk cümləsi olan ləm yəlid ifadəsinə doğmayıb mənasını deyil, doğuzdurmadı mənasını vermək daha doğru olar. Çünki doğmaq “dişi” varlığın sifətidir. Ayədə ləm təlid ifadəsi gəlmədiyinə görə burada nəzərdə tutulan mənanın Allahın, - haşa, - ana olmadığı deyil, heç kimsəni doğuzdurmayan varlıq anlamında “ata” olmadığı söylənilmək istənilmişdir. Əlbəttə Allah nə ana deyil, nə də ki, ata. Lakin Quran endiyi dönəmdə (elə indi də) Allahın "ata" olaraq adlandırırdılar. İncildə də ona "ATA" deyə müraciət edən ayələr var. Quran ilk ayələrdən bunu inkar edir. O sadəcə yaradandır. Ana, ata və uşaq olmaq sifətlərindən münəzzəhdir. Surənin 3-cü ayəsi Allahın bu üç sifətdən münəzzəh qılır.

b) Məkkəlilərin bəziləri Mələkləri, bəziləri cinləri Allahın qızları hesab edirdilər (Nisa, 171; Nəhl, 57; İsra, 111; Kəhf, 4; Məryəm, 90-92; Furqan, 2; Saffat, 151, 153; Zuhruf, 19, Nəcm, 21; Cinn, 3) Bu ayənin məqsədi belə bir şirki inkar etməkdir. Bəzi yəhudilər Üzeyiri, bəzi xristianlar da İsanı Allahın oğlu adlandırırlar. Hətta bəzi yəhudi və xristianlar özlərini Allahın oğlu hesab edirlər (Maidə, 18). İxlas surəsinin bu ayəsi bütün iddiaları inkar edir.

c) Allah heç kimi doğuzdurmadığı üçün Özü də heç kim tərəfindən doğulmamışdır. Yəni ana və ata olmadığı kimi, heç kimin də uşağı deyil. Surədəki Əhəd və Saməd sifətləri də bunu dəstəkləyir. Başqa bir varlığa aid olan sifətlər tək olan varlığa, həm də Saməd olan birinə aid ola bilməz.

Doğulan fani olduğu kimi, doğan və doğuzduran da fanidir. Doğulan varlıq sonradan var olmuşdur. Sonradan var edilmək və ya fani olmaq Allahın sifəti ola bilməz.
Onun doğmayıb, doğuzdurmamağı həm də şəriki, bənzəri olmadığına bir dəlildir. Doğmaq və doğulmaq bir tayın, bir bənzərin olmasına ehtiyac duyulan bir keyfiyyətdir. Allah isə bundan uzaqdır.

Tövhidi anlamaq üçün İxlas surəsinin ehtiva etdiyi mesajı anlamaq lazımdır. Tövhid şirkdən təmizlənmədən anlaşılmaz. “La” deyilmədən "illallah" demək doğru deyil. Ona görə kəlməy-i tövhidin ilk kəlməsi “la”dir. Yəni başqa bir ilahi inkar etmək, Allahı tək və eşsiz görmək. Onu Əhəd, Saməd olaraq tanımaq və Ona heç bir şəkildə şərik qoşmamaq.
İmanımızı ixlasla bütünləşdirək ki, ixlaslı iman edə bilək.


Azerislam.com



Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka