Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏZRƏTİ ƏBU BƏKİR VƏ HƏZRƏTİ ƏLİ

[ Islam tarixi / 10549 dəfə baxılıb ]   
|
 
Əvvəli: [http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2073]
http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=2076

Rəsulullah (s.a.s) ömrünün sonunda belə ağır xəstələndiyi zaman əmisi Hz. Abbas Hz. Əlinin yanına gedərək belə dedi:
- Ya Əli! Ölümün Abdulmüttəlib oğullarının üzündə necə çökdüyünü, əlamətlərini görüb, anladığım kimi Rəsulullahın üzündən də öləcəyini anladım. Gəl indi onun yanına gedək, ondan sonra idarənin, yəni iqtidarın bizə, yoxsa başqasına aid olduğunu öyrənək, bu barədə bizə tövsiyələrini söyləsin.
Hz. Əli ona belə cavab verdi:
- Vallahi bunu etmərəm. Çünki əgər Rəsulullah iqtidarı bizdən başqasına versə bu qanun olar və idarə heç bir zaman bizə verilməz! (İbn Hişam, Sirə, IV, 654)

Bir müddət sonra da Rəsulullah vəfat etdi və daha öncəki məqalələrdə qeyd etdiyimiz kimi Hz. Əbu Bəkir xəlifə seçildi.
Hz. Əlinin Xəlifə seçilən Əbu Bəkirə biəti haqqında üç məşhur rəvayət mövcuddur.
Onlardan birinə görə Hz. Əli digər müsəlmanlar kimi başlanğıcda biət etmişdir.
İkinci rəvayətə görə Hz. Əbu Bəkir ona biət edildikdən sonra Hz. Əlini yanına çağırıb bu məsələni onunla müzakirə etdi. Tarixşünas olan Vakidi (baxın: Kitabu’r-Riddə, s.29-30) bu rəvayəti belə nəql edir:
“Daha sonra Əbu Bəkir Əlini yanına çağırdı. Müsəlmanlardan bir qrup da orada toplanmışdı. Əli;
- Məni nə üçün bura çağırmışınız? deyə sual verdi. Ömər;
- Səni bütün müsəlmanların üzərində ittifaq etdikləri biətə çağırdıq. Bundan sonra Əli belə dedi:
- Sizlər, Əbu Bəkirin Məhəmmədə (s.a.s) yaxınlığını dəlil kimi göstərərək xilafəti Ənsardan aldınız. Onlar da sizə bunu verdilər. İndi mən də sizə eyni dəlili təqdim edirəm: Bizlər Məhəmmədə (s.a.s) hər kəsdən daha yaxınıq. Ənsar necə bu dəlili qəbul edib sizə xilafəti tərk etdisə, siz də Allahdan qorxun və bu işi bizə buraxın!
Ömər belə cavab verdi:
- Ya biət edərsən, ya da səni buraxmayacağıq. O zaman Əli də ona;
- O halda mən sənin dediyini etməyəcəyəm; və mən bu işə ondan daha haqlı olduğum heç kimə biət etmərəm, deyə cavab verdi.

Əlinin bu çıxışından sonra Əbu Ubeydə b. Cərrah danışdı:
- Ya Əba’l-Həsən! Vallahi söylədiklərin, İslamdakı öncəliyin və Rəsulullaha olan yaxınlığın səni bu işə haqlı göstərir. Lakin insanlar bir dəfə bu adama biət etdilər. Gəl sən də digər müsəlmanların razı olacaqları kimi bu işə razı ol!
Əli ona belə cavab verdi:
- Ya Əba Ubeydə! Sən bu ümmətin Əminisən! Ona görə də Allahdan qorx! Çünki bu işin sabahı da var. Buna görə də iqtidarı Rəsulullahın evindən çıxarıb öz evlərinizə aparmağınız doğru olmaz! Quran bizim evlərimizdə nazil oldu. Bizlər elmin, fıkhın, dinin, Sünnətin və bizə fərz qılınanların gövhəriyik. Və biz bu işi sizdən daha yaxşı bilirik!
Əlinin bu sözlərindən sonra Ənsardan Bəşir söz aldı:
- Ya Əba’l-Həsən! Vallahi müsəlmanlar bu söylədiklərini biətdən öncə duysalardı iki adam belə sənə etiraz eləməz və hər kəs sənə biət edərdi. Lakin sən evində oturdun və gəlib bu işdə iştirak etmədiyin üçün insanlar sənin bu işə ehtiyacın olmadığını hesab etdilər və bu zata biət etdilər. İndi sən necə istəsən elə də et.
Əli ona belə cavab verdi:
- Ya Bəşir! Vəfat etmiş olan Rəsulullahın evini tərk edib, cənazəsi ilə məşğul olmayıb xilafət münaqişələrinə gəlməli idim? Belə etsəm daha doğrumu olardı?
Sonra Əbu Bəkir söz alıb belə dedi:
- Ya Əba’l-Həsən! Əgər bu barədə mənimlə razılaşmayacağını bilsəydim bu işi istəməz, üzərimə almazdım. Lakin sən də gördün ki, insanlar mənə biət etdilər. Sən də istəyirsən biət et, - mən elə zənn edirəm ki, edəcəksən, - istəmirsənsə də biət etməyib işlərinlə məşğul ol. Mən səni bu işə məcbur etməyəcəyəm.
Məsudi (Muric, IV, 183) Əlinin Əbu Bəkirə gələrək xilafət barəsində onunla istişarə etmədiyini qınadığını, Əbu Bəkirin də “dediklərin doğrudur, lakin mən daxili savaşdan qorxdum!” şəklindəki cavabını nəql edir.
Beləcə Əli evinə getdi və həyat yoldaşı Fatimə vəfat edincəyə qədər də biət etmədi.”

Üçüncü və doğruya daha yaxın olan rəvayətə görə Əli Fatimənin vəfatından sonra biət etmişdir. Buxaridə keçən bu rəvayət belədir:
Hz. Aişədən belə rəvayət olunur;
"Rəsulullahın qızı Fatimə Əbu Bəkirdən atasına aid Mədinə, Fədək və Xeybərdəki mallarından mirasını verməsini istədi. Əbu Bəkir də Rəsulullahın “biz (peyğəmbərlər) miras buraxmarıq, mallarımız sədəqədir” [1] dediyini xatırladaraq Rəsulullahın Sünnətini dəyişdirməyəcəyini bəyan edərək o malları vermədi və Dövlət xəzinəsinin mülkiyyətinə keçirərək “Rəsulullah necə etdisə, mən də elə edəcəm” dedi. Beləliklə də miras olaraq Fatiməyə heç nə vermədi. Buna görə də Fatimə ölüncəyə qədər Əbu Bəkirlə danışmadı və Rəsulullahın ölümündən sonra da altı ay yaşadı. Ölüncə həyat yoldaşı Əbu Bəkirə izin verməyərək* cənazə namazını özü qıldı və onu dəfn etdi. Müsəlmanlar Əlinin bu hərəkətini doğru hesab etmədiklərindən o da Əbu Bəklə danışmaq və ona biət etmək istədi.
Çünki Əli bu aylarda Əbu Bəkirə biət etmişdir. Əli, Əbu Bəkirə xəbər göndərərək tək gəlməsini istədi. Ömər Əbu Bəkirin tək getməsinə razı olmasa da Əbu Bəkir getdi. Əli ona belə dedi: “Biz sənin dəyərini və Allahın sənə lütf etdiyini təqdir edirik. Biz, Rəsulullaha olan yaxınlığımıza görə bu işin bizə verilməsini doğru hesab edirdik. Lakin Allah sənə verdi.” Əlinin bu sözlərindən Əbu Bəkir ağladı və belə dedi: Canımı almaq gücü əlində olana and olsun ki, Rəsulullaha qohum olmağımı öz qohumlarıma tərcih edərəm. Mənimlə sizin aranızda keçən məsələyə gəlincə mən sadəcə Rəsulullahın etdiyi kimi etdim!” Əli biət etmək üçün axşama Əbu Bəkirə görüş verdi. Əbu Bəkir günorta namazını qıldıqdan sonra minbərə çıxdı və Əlinin biətinin gecikməsini və üzrünü qəbul etdiyini açıqladı. Əli də Əbu Bəkiri təriflədikdən sonra biətindəki bu gecikmə səbəbini Rəsulullaha yaxınlığına görə onlara aid olmasını zənn etdiklərini, halbuki Allahın bunu Əbu Bəkirə verdiyini və özünün də biət etdiyini söylədi. Bunu eşidən müsəlmanlar çox sevindilər.” [2]



[1] Rəsullah belə buyurmuşdu: Bir dinar mirasım olsa belə bölünməz, sədəqədir. (Buxari, Səhih, Kitabu’l Humus, Hadis №2929)
[2] Buxari, Səhih, İstanbul, V 82-83, Kitab, 64, Bab, 38



Azerislam.com



İhsan Süreyya Sırma
Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka