Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÖMİN VƏ ZAMAN

[ Oxu! / 4863 dəfə baxılıb ]   
|
 
202. Verdiyiniz sözdən imtina etməyin, imtina edəcəyiniz sözü verməyin. Yaxşı bilin ki, «əl-Va'du kə'd-dəyn: Vəd borc kimidir.» Vədindən dönən, borcunu ödəməyən kimidir. Bu nifaq əlamətidir. Zatən münafiq də əmin olunan xüsusiyyətini itirən insan deyilmi?

203. Görüşə gecikməyin. Görüşə gec gəlmək, saat verilmiş bir görüşməni və yığıncağı gecikdirmək çağdaş insanının xarakteri halına çevrilib. Sözündə duranların zərərə uğradığı bir hərəkətə zülm qarışıb. Bu xəstəliyin insanlar arasında vərdiş halını alması «sədaqət»in deyil «yalan»ın təşviqi mənasına gəlir.

204. Vaxt həyatdır. Zamana qıyan özünə qıyar. Öz vaxtınızı öldürməyə belə haqqınız yox ikən başqasının vaxtının qatili olmağa necə haqqınız ola bilər? Vaxt, ibadətlərin başı olan namazın şərtlərindən biridir. Hər namaz vaxtı Allahın verdiyi bir görüşdür. Bununla Rəbbimiz bizə zaman şüuru aşılamaqdadır. Zaman şüuru, zamanın fərqində olmaq, onun dəyərini bilmək və israf etməmək, onu yerli yerində istifadə etməkdir. Zaman, insana verilən ən qiymətli «ruzi»dir. Hər ruzi kimi məhduddur və hesabı soruşulacaq.

205. Saatdan istifadə edin. Saatı qolunuza bir bəzək kimi deyil, sizə yaşadığınızı hiss etdirən, öləcəyinizi xatırladan, hər saniyə qapınızı döyən bir zaman xəbərçisi kimi taxın. Gündəlik planınızı qurarkən dəqiqələrlə danışın. Həqiqətdə gecə və gündüzün bir-biri ardınca gəlməsinin, ayın keçirdiyi mərhələlərin, ilin mövsümlərinin insana vermək istədiyi şüur «zaman şüuru»dur. İnsana, hər gün ölüb yenidən diriləcəyini xəbər verər. Hər doğan yeni ay, insana ölüb diriləcəyini xəbər verər. Yazı və qışı, baharı və payızı ilə hər il insana həyatın da mövsümləri olduğunu xəbər verər. Bunlar zaman üzərinə yazılmış kainat ayələrdir.

206. Bir də Qurani ayələr var: «vəl'asr: zamana and olsun», «vəlleyl: gecəyə and olsun...», «vənnəhar: gündüzə and olsun», «vədduha: günortaya and olsun», «vəlfəcr: fəcrə and olsun...», «vəşşəfəq: şəfəqə and olsun...», «vəssubh: sübhə and olsun...» Bütün bu ilahi andlar ən böyük nemətlərdən biri olan zamana verilən diqqətdir. Allahın bu qədər diqqət verdiyi şeyə əhəmiyyət verməmək isə qəflətdir.

207. Bir ibadəti icra etməyə «zaman tapa bilmədim» bəhanəsini irəli sürənlər ilk əvvəl zamanı israf edib etmədiklərinə baxsınlar. İsraf edilən hər şey kimi zaman da israf edilirsə bərəkəti qaldırılar. Zamanınızın bərəkət qaldırılıbsa, bir saatlıq işi bir gündə edər, adınızı da çalışqan qoyarsınız. Əslində ziyandasınız amma fərqində deyilsiniz. Daha doğrusu zamanınızın bərəkəti alınıb. Bilirsiniz ki, hər nemət «şükür edildiyində artırılar». Allaha aid edilən adıdır: «Qabid: daraldan» və «Basit: genişlədən». Zamanınızı da daraldar və genişlədər.

208. Zamanın haqqını verən insanların, kiçik bir ömrə böyük şeylər sığdırdığını görəndə heyrətlənirsiniz. Bunun sirri isə məhz bu məqamdadır.

209. Modern mədəniyyət «gecə mədəniyyətidir». İnsanları gecə yarısı yatırdıb günorta vaxtı qaldırar. İslam mədəniyyəti isə «sabahçıdır», səhər mədəniyyətidir.

210. Müsəlman günəşi üzərinə doğdurmaz, əksinə günəşin üzərinə özü doğular. Bilər ki «günəşi üzərinə doğduranın o günü ölüb.» Bu ölüm, zamanın bərəkətinin alınması mənasındadır. Gecənin qoynuna qəbirə girər kimi girər. Gecəsi gözəl olanın gündüzü də gözəl olacaq. Gündüzlə gecə, dünya ilə axirətin 24 saat içərisindəki təcəllisidir.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka