Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ASABİYƏT

[ Oxu! / 3412 dəfə baxılıb ]   
|
 
170. Asabiyət, əmək sərf etmədiyiniz bir özəlliyə istinad edərək üstünlük iddia etməkdir. İrq asabiyətinə irqçilik, millət asabiyətinə millətçilik, qəbilə asabiyətinə qəbiləçilik, dövlət asabiyətinə dövlətçilik, torpaq asabiyətinə torpaqçılıq deyilir. Bunlar nə iftixar ediləcək, nə təəssüfləniləcək şeylərdir. Hansısa bir Vətəndə doğulmağı, ana dilini, eləcə də bir irqə, bir qəbiləyə, bir soya mənsub olmağı insan özü seçə bilməz. İnsanın seçimində söz haqqı olmayan bir şeylə öyünməsi isə axmaqlıqdır.


171.
Əfəndimiz Əleyhissalam "Kim asabiyətə çağırırsa, o bizdən deyil" buyurmuşdur. Təəssüb gözü kor, qulağı kar, əqidəni iflic, imanı təhrif edər.

172. Şəriətə uyğun olmayan təəssüb ədalətin düşmənidir. Təəssübkeş olan adil və mötədil ola bilməz. Çünki təəssübün özü bir ifratdır, zülmdür.

173. Allah və Rəsulundan başqa istənilən bir şəxsə şəri hədlər çərçivəsində itaət və bağlılıq əlbəttə ki, təəssübkeşlik adlandırılmaz. Ancaq bu bağlılıq "ağıllı itaət" deyil də "kor-koranə itaət"dirsə, demək ki, o zaman təəssüb qapısı açılmışdır. Öndəkinin ayağı büdrəyib yerə yıxılsa, ona kor-koranə itaət edənlər onun səcdə etdiyini düşünərək səcdə edərlər. Halbuki, onların vəzifəsi "yıxılmağı" "səcdə etmək" olaraq şərh etmək deyil, yıxılanı tutub qaldırmaqdır.

174. Təəssübdən qaçmaq məqsədi ilə "etiqadi hermafrodit" olmayın. Dini hissiyyatı həm özünüzdə, həm cəmiyyətinizdə canlı tutmağa əzm göstərin. "İman etdim" demək "xoşbəxt oldum" deməkdir. Çünki İslam səadətin digər adıdır. Onun bütün qayda-qanunları insanın əbədi səadətini təmin etmək üçündür. O halda bu səadəti yayın. İslamın sərhədlərini tapdalamağı, insanın səadətinə yönəlmiş bir təcavüz hesab edin. Bu təcavüzün qarşısını almaq, insanı sevmək, onun xoşbəxt olmasını ürəkdən istəməkdir. Buna görə Allahın əmr və yasaqlarının şəxsiyyətinizdə, cəmiyyətinizdə yayılmasına və tətbiq olunmasına çalışın.

175. Xurafatla dindarlığı bir-birinə qarışdırmayın. Allahın sərhədlərinin pozulmasına göz yummayın. Bu bir iman zəifliyidir ki, sonu nifaqa çıxar. Küfrün çörəyinə yağ sürtəcək heç bir şey etməyin, əks halda insanın səadətinə bir zərbə də siz vurmuş olarsanız.

176. Haqqı söyləyənlərlə alçaldıcı və pis davranmayın. Çətin zamanlarda haqqı söyləyən Allah dostlarını "tələskənlik" və "ifratla" günahlandırmaq çox alçaq və iyrənc bir müdafiə üsuludur. Əlbəttə bu yolda, yeriyənlərə görə qaçanlar, oturanlara görə yeriyənlər "tələskən" adlandırılacaqlar. Qaçanları "tələskənlik" ya da "ifrat" etməklə günahlandırmaq, yatanların ya da oturanların öz günahlarına bəhanə tapmaq üçün icad etdikləri ucuz müdafiə üsullarıdır.

177. Bir təəssübünüz olsun: Həqiqət. Nəfsinizin xoşuna gəlməsə də haqqın, haqlının və həqiqətin tərəfində olun. Əgər kimsə haqqı dəstəklədiyinizə görə sizə düşmən olacaqsa, qoy olsun. Unutmayın ki, insanlıq tarixi haqqın tərəfində olanlarla, batilin tərəfində olanların dostluğuna heç vaxt şahid olmamışdır. Bunu yaxşı bilin ki, haqq ilə batili eyni vücudda yerləşdirmək istəyinin dini ədəbiyyatdakı adı "şirk"dir.

178. Haqqı müdafiə etməyin, haqlının tərəfində olmağın bir bədəli olduğunu, heç bir zaman unutmayın. Batili müdafiə etməyin bir bədəli var ikən, haqqı müdafiə etməyin bir bədəli olmasınmı? Heç bir həqiqət yoxdur ki, onu müdafiə etmək müdafiə edənə çətinlik törətməsin. Əgər haqqı müdafiə edirsinizsə tarixdə də olduğu kimi bunun bir bədəli olduğunu, yeri gəldikdə bu bədəli ödəməkdən çəkinməməyinizin vacibliyini unutmayın.




Asabiyət - Təəssübkeşlik, fərqliliyi üstünlük zənn etmək. Məs: Yerlipərəstlik, millətpərəstlik, qohumpərəstlik, nəsil yaxınlığı və s.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka