Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞƏXSİYYƏT

[ Oxu! / 3902 dəfə baxılıb ]   
|
 
152. İradəli olun. Bilin ki, iradə nəfsin istək və həvəslərinin cilovudur. İradəsinə sahib ola bilməyənlər, istək və həvəslərinin qulu, arzu və ehtiraslarının əsiri olarlar. Ehtiraslarınız biləyinizə qandal, boynunuza zəncir, ayağınıza buxovdur.

153. Çalışın ki, heç nəyin əsiri olmayasınız. Bütün alışqanlıqlar və "sancılar" bir ehtirasdır. İradəni zəiflədər. Bəzi şeylərdən istifadə etsəniz belə əsiri olmamağa səy göstərin. Alışqanlıq, insanı, əsiri olduğu şey barəsində iradə zəifliyinə sürükləyər. Ehtirasa dönən hər istək qısa zamanda "ilah"laşır. Quranın "arzusunu tanrı edənləri görmədinmi?" buyurduğu kimi, o da alışqanlığını tanrı edir.

154. Qərarsız və şübhəci olmayın. Bir insanın inandığı dəyərlərdə tərəddüd etməsi, bir əqidə zəifliyidir. Pis qərar özü belə qərarsızlıqdan yaxşıdır. Bir işi etməyə niyyət etdinsə "Allah de, ardını düşünmə". Yenə Quranın dediyi kimi "Bir işə əzm etdinsə Allaha təvəkkül et və yürü". "Allah quluna kifayət deyilmi?" Həzrəti Əlinin dediyi kimi; "sən deyil dağlar titrəsin", titrədi də. Çünki vəhy kimi dağların yüklənə bilmədiyi ilahi məsuliyyət bir insan olaraq sənin çiyinlərindədir.

155. "Gücdən düşməyin və üzülməyin. Əgər inanırsınızsa, deməli üstünsünüz". Əgər doğru olduğundan əminsinizsə "bismillah" deyib yürüyün. Arxanızdan kimlərin gəlib-gəlmədiyi önəmli deyil. Abdullah İbn Məsudun dediyi kimi "camaat, haqq üzrə olandır, istər bir nəfər olsun".

156. Əhdə vəfa göstərin. Nəticəsi nə olursa olsun verdiyiniz sözü pozmayın, pozacağınız sözü verməyin. Əshabına qarşı çox şəfqətli olan Nəbinin (sas) davranışlarını xatırlayın. Hudeybiyəni və Əbu Cəndəli xatırlayın. O, öz əleyhinə də olsa anlaşma maddələrindən birini təşkil edən bir əhdi orada yerinə yetirmiş, ürəyi qan ağlaya-ağlaya sözünü tutmuşdu. Baxmayaraq ki, o söz, bir müşrikə verilmişdir. Quranda möminlərin özəllikləri anılarkən Rəbbimiz "onlar, əmanətlərinə və sözlərinə riayət edərlər" buyurmuşdur.

157. İnsaflı olun, çünki "insaf dinin yarısıdır". Unutmayın ki, insaflı olmayana insaflı daranılmaz, mərhəmət etməyənə də mərhəmət edilməz. İnsafı əldən buraxanlar, məzlum ikən zalım mövqeyinə düşə bilərlər. Nəbinin tövsiyəsini əsas alaraq: "Allahın əxlaqı ilə əxlanqanmaq" istəyiriksə, Rəhman və Rəhim sifətləri bizdə də təcəlli etməlidir.

158. Qəzəbləndiyiniz zaman özünüzü ələ alın. Allah Rəsulunun buyurduğu kimi: "rəqibini məğlub edən pəhləvan, qəzəbləndiyi zaman nəfsinə hakim olandır". Qəzəbləndiyiniz və əsəbiləşdiyiniz zaman bu iki atəşi dəstəmaz və namazla söndürün. Unutmayın ki, qəzəblənməkdə Allahın dərəcəsinə çata bilməzsiniz. Ona görə də Allahı qəzəbləndirməkdən qorxun. Onunla hər sahədə olduğu kimi qəzəb barəsində də ayaqlaşa bilməyəcəyinizi ağlınızdan çıxartmayın.

159. Bir möminin sizə qarşı etdiyi xətanı kiçik, sizin başqalarına qarşı etdiyiniz xətaları böyük görün. Başqalarının sizə etdiyi yaxşılığı böyük, sizin başqalarına etdiyiniz yaxşılığı kiçik görün. Bu məziyyətdir. Şeytanın durbini var. Qardaşınız sizə qarşı bir xəta edərsə, ya da siz başqasına yaxşılıq edərsəniz, Şeytan durbininin böyüdən tərəfini gözünüzə tutar. Yox əgər qardaşınız sizə bir yaxşılıq etmiş, ya da siz ona qarşı bir xəta etmişsinizsə bu zaman da Şeytan durbini tərsinə çevirib kiçildən tərəfini gözünüzə tutar ki, sənin qarşı tərəfə etdiyin xətanı ya da qarşı tərəfin sənə etdiyi yaxşılığı kiçik göstərsin.

160. Şeytanın durbinin ortadan qaldırın. Hadisələrə açıq gözlə baxmağı bir az da olsa sınayın. O zaman gəldiyiniz nəticənin və hökmlərin şişirdilmiş olduğunu gərəcəksiniz.

161. Fəal olun. Tənbəl və bacarıqsız olmayın. Yaxşı bilin ki, tarixi qələbəliklər deyil, hər cəmiyyətin içindən çıxan fəal və çalışqan insanlar yazırlar. Siz də insanlıq tarixi içərisindəki rolunuzu Yaradıcınızın sizin üçün yazdığı ssenariyə uyğun olaraq oynayın.

162. Passiv deyil aktiv olun. İslami olmayan məkanlarda aktiv ola bilmirsinizsə heç olmasa izolyator olun. Unutmayın ki, Müsəlman içinə girdiyi məkana uyan deyil, məkanı özünə uydurandır.

163. Allah üçün xidmət ediləcəyi zamani ilk önə çıxan könüllü siz olun. Ancaq mükafat və hədiyyə alınacağı zaman ilk öncü siz olmayın. Rəbləri üçün çalışanlar, Onun qatında ən gözəl mükafat ilə mükafatlandırılacaqlarından əmin olmalıdırlar.

164. Ləyaqətsiz və bəsit biri olmayın. İşinizdə təcrübəli bir mütəxəssisi olun. Çalışdığınız sahədə ikinciliyə razı olmayın. Axtaran biri deyil, axtarılan biri olun. Bütün peşələrə hörmət edin ki, başqaları da sizin peşənizə hörmət etsinlər. Bu İslami bir devizdir.

165. Etdiyiniz işin ən yaxşısını bilin və onu edin. Müsəlman şəxsiyyətiniz işinizə, ailənizə, qidanıza, xülasə hər şeyinizə əks olunmalıdır. Hər kəsin hobbisi, şəxsi zövqü ola bilər. Hər kəs ayrı bir şeydən həzz ala bilər. Ancaq möminin hobbisi, şəxsi zövqü, insana xidmət olmalıdır.

166. Heç bir sahədə ikinci olmağa razı olmayın. Müsəlmana yaraşan şəriətə uyğun olan hər sahədə birinci olmaqdır. İşinizi elə icra edin ki, inancınızın düşmənləri belə "yəqin bu işi yaxşı icra edə bilmək üçün onun kimi inanmaq lazımdır" desin.

167. İnancınıza küfr edilən, lağa qoyulan yerlərdə dayanmayın. Allahın kitabında bildirildiyi kimi o məclisi protest edin. Siz də başqalarının inancına küfr etməyin. İnsanlar ya dində qardaşınız, ya da insanlıqda yoldaşınızdır. Dində qardaşınız olanla əqidə və insaniyyət kimi iki bağınız, olmayanla yalnız insaniyyət bağınız var. Bu bağlar möhtərəmdir. Onlara ehtiram göstərin. Elə edin ki, əqidənizin düşmənləri belə sizin insaniyyətinizi təqdir etmək məcburiyyətində qalsın.

168. İnsan olmaq ayıb deyil; mələk olmağa çalışmayın. Əsas olan xəta etməmək deyil, xətada israr etməməkdir. Xətanı etiraf etmək comərdlikdir. Heç bir xəta, xətanı müdafiə etməkdən daha böyük ola bilməz. Şeytanı şeytan edən xətası deyil, xətasını müdafiə etməsi idi.

169. Pis vərdişlərdən, sizi alçaldacaq, imanınızın heysiyyətini zədələyəcək davranışlardan uzaq olun. Müsəlman, cəmiyyətdə ehtiram hissi oyandıran insandır.



Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka