Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRLƏR

[ Oxu! / 7677 dəfə baxılıb ]   
|
 
Bu bölümdə adı Qurani-Kərimdə çox az yerdə keçən Peyğəmbərlərdən danışacağıq.

1. HƏZRƏTİ İLYAS
Həzrəti İlyasın adı Qurani Kərimdə iki surədə və üç yerdə keçir.

1. “Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da seçdik: hamısı da dürüst və fəzilətli idilər.” (Ənam, 85)

2. “Şübhə yoxdur ki, İlyas da elçilərdən biridir. Qövmünə demişdir ki: “Məsuliyyətdən qaçırsınızmı?” Həm sizin, həm də atalarınızın Rəbbi olan Allahı unudub Bələ (büt) yalvarıb, yaxaracaqsınız?” Qövmü onu yalanladı; Əlbəttə buna görə onlar cavab verəcəklər. Lakin Allaha olan inancını saf və təmiz tutmağa əzm göstərən qulları istisna. Onun ardınca gələnlərin yaddaşına onun haqqında bir xatirə qoyduq. Salam olsun İlayasa və onun təqibçilərinə. Biz yaxşıları belə mükafatlandırırıq. Çünki onlar bizim həqiqi qullarımız arasındadırlar.” (Saffat; 123-132)

Saffat surəsinin 130-cu ayəsində İlyas deyil İlyasin keçir ki, bu da İlyas isminin cəm formasıdır. (Fərra) Və bu İlyasın təqibçiləri, onun yolunu izləyənlər mənasında da anlaşıla bilər. Elmalının dediyi kimi, buradakı salam peyğəmbərlər halqasının son təmsilçisi Muhəmmədi də ehtiva edir. İbn Məsud İdris (123) və İdrasin (130) şəklində oxumuş, bundan yola çıxan bir çox müfəssir də İdrislə İlyasın eyni peyğəmbərin iki fərqli adı və ya iki fərqli məqamı olduğu nəticəsinə gəlmişdilər. Bu da əslində İdris peyğəmbərin ölmədiyi, müəyyən zaman üçün göyə yüksəldiyi və sonra yenidən yerə göndərildiyi fikrinin irəli sürülməsinə yol açmışdır. Biz bu barədə İdris Peyğəmbər bölümündə söyləmişdik. Sadəcə onu da əlavə etmək istərdik ki, Quran ölümsüzlüyü tamamən inkar edir: “Səndən öncə heç bir insana ölümsüzlük bəxş etmədik. Həm də sən öləcəksən onlar isə əbədi yaşayacaqlar? ” (Ənbiya; 34)
Bu ayədən də anlayırıq ki, əgər ölümsüzlük verilsəydi bu şübhəsiz ki, aləmlərə rəhmət olaraq göndərilən Rəsulullah olardı. Amma Allah heç kimi ölümsüz yaratmamış və "hər kəs ölümü dadacaqdır" deməklə ölümün bir həqiqət olduğunu vurğulamışdır.

Həzrəti İlyasın şəxsiyyətinə gəlincə Quranı Kərim onun doğru danışan, fəzilətli, gözəl əxlaq sahibi olmağından və qövmünü bütə tapmaqdan çəkindirməyə çalışmağından başqa heç bir məlumat vermir.
Deməli bizə lazım olan mesaj sadəcə budur: Allah kimi və niyə seçir? “Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da seçdik: hamısı da dürüst və fəzilətli idilər.” Bu peyğəmbərlərin seçilmə səbəbləri dürüstlüklərinə və fəzilətlərinə bağlıdır.
Allahın yaxşıları mükafatlandırması isə onları unutmaması və unutdurmamasıdır: “Onun ardınca gələnlərin yaddaşına onun haqqında bir xatirə qoyduq. Salam olsun İlyasa və onun təqibçilərinə.”
Salam İlyasın və onun yolu ilə gedənlərin üzərinə olsun. Allahın salamına layiq olmağın şərtlərini bilmək istəyənlər peyğəmbərlər tarixini Quran işığında öyrənməyə məcburdurlar. Allahın Quranda verdiyi bu qısa məlumatlar əslində kifayət qədər çoxdur. Sadəcə təfəkkür edənlər bu məlumatlardan lazimi mesajları anlaya bilərlər.


2. HƏZRƏTİ ƏLYASA
Həzrəti Əlyasa Peyğəmbərin adı Qurani Kərimdə iki yerdə keçir.
1. “İsmaili, Əlyasanı, Yunusu və Lutu da seçdik. Və biz onlardan hər birini dövrlərinin insanlarından üstün qıldıq” (Ənam; 86)
2. “İsmaili, Əlyasanı və Zülkfli də xatırla: onların hamısı xeyirdə öndər oldular” (Sad; 48)
Bu qədər qısa bir məlumat. Ənam surəsindəki ayə ilə Əlyasa peyğəmbərin seçilərək üstün qılınmasını öyrənirik. Seçilmə səbəbini yuxarıda söyləmişdik. Burda isə onların seçilmələrinin həm də bir üstünlük olduğunu anladıq. Başqalarından üstün olmaq istəyirsənsə o zaman dürüst və fəzilətli olmağa əzm göstərməlisən.
İkinci ayədən isə onların harada və niyə öndər olmaqlarını öyrənirik. Xeyirdə yarışaraq önə keçdilər.
Deməli bir tolumun öndəri olmaq istəyirsənsə o zaman xeyirdə öndər olmalısan. Xeyirin nə olduğunu isə Allah söyləyir: "iman", "yaxşılığı əmr edib pislikdən çəkindirmək", "saleh əməl"...
Bu qədər qlsa məlumat olmasına baxmayaraq bu ayələr bizə çox böyük dərs verir.


3. HƏZRƏTİ ÜZEYR
Qurani Kərimdə sadəcə bir dəfə adı zikr onan Həzrəti Üzeyrin Peyğəmbər olub olmaması ixtilaf mövzusu olmuşdur. İbn Kəsrin qənaətinə görə İsrailoğulları peyğəmbərlərindəndir, lakin İbn Abbas, Ata b. Əbu Rəbah və Həsən əl Bəsri onun peyğəmbər olmadığı qənaətindədirlər. Doğrusunu Allah bilir.

Ərəbcə Uzeyr olan adın İbranicə qarşılığı Əzradır və “yardım, Tanrının yardımı” mənalarına gəlir. Kitabı Müqəddəsdə Üzeyr kahin yazıçısı, Rəbbin əmrlərini və sözlərini yazan olaraq anılmışdır.

“Yəhudilər “Üzeyr Allahın oğludur” dedilər; Xristianlarsa “Məsih Allahın oğludur” dedilər. Bunlar keçmiş dövrlərin israrlı inkarçılarının uydurduğu əsli olmayan iddialara uyaraq söylənilənlərdir; Allah onlara lənət etsin: iddialarını necə də müdafiə edirlər” (Tövbə; 30)

Ayədən də anlaşıldığı kimi Yəhudilər Üzeyri Allahın oğlu adlandırmışlar. Onların bu ifadəni həm həqiqət, həm də məcaz olaraq söylədiyi anlaşıla bilər. Məcaz olaraq qəbul etsək burda “yəhudilərin hamısı Allahın oğulları və dostudur” fərziyəsinə bir işarə olduğunu söyləyə bilərik. Yəhudilərin azmasının birinci səbəbi məhs özlərinin seçilmiş və üstün bir irq olaraq qəbul etmələridir. Buna görə də onlar “Üzeyr Allahın oğludur” deyərkən irq olaraq üstünlüklərinə bir işarə vururdular. Bunu məcaz olaraq deyil, həqiqət olaraq söyləyiblərsə o zaman da ifrata varmış, yanlış bir yol seçmişlər. Kitabı Müqəddəsdən öyrənirik ki, Həzrəti Üzeyr unudulmuş Tövratı bərpa etmişdi. Qövmü də buna görə onu müqəddəs hesab etmiş və o, mütləq Allahın oğludur demişdilər.
Bizim üçün onların bunu hansı mənada işlətməsi önəmli deyil. Bu mesajdan anladığımız budur ki, Allah bunun belə olmadığını deyir və bunu iddia edəni isə lənətləyir. Bunu Quranda anmaqla müsəlmanları xəbərdar edir. Heç kimi tanrılaşdırmayın! Peyğəmbərlər insandırlar, insan isə Tanrı ola bilməz. O, sadəcə bir yaradılandır.
Həm Həzrəti Üzeyr, həm də ki, Həzrəti İsa sadəcə Allahın qulu və elçiləridir. Allah ölümlü biri deyil ki, özünə varis – övlad götürsün. O, doğmayıb, doğulmayıb və bənzəri də yoxdur.
Bir bəşəri Onun övladı elan etmək Ona atılan bir iftiradır.
Allah bizi Ona belə bir iftira atmaqdan qorusun. AMİN.


İQ'RA/Azerislam.com

Azerislam.com




Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka