Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏDƏB

[ Oxu! / 4291 dəfə baxılıb ]   
|
 
"101."Ədəb yahu!..." Əskilərin təkkələrinin [1] girişlərinə yazdığı bu cümləni indi hər kəsin, xüsusilə Müsəlman gəncliyin alnına yazmaq istəyirəm. Ədəb imanın ulduzudur. Ədəbini itirənin imanının ulduzu sönüb.

102.Başqalarına ehtiram göstərərkən kiçiləcəyini zənn edənlər hər şeydən narazı və xəstə tiplərdir. Özünə inanan şəxsiyyətli insan, bəşəri münasibətlərində ehtiramı və sevgini əsas götürər. Ağıllı insan bilir ki, başqalarına hörmət etməyən özünə də hörmət etməz. Sayanın sayılacağını da heç vaxt ağlından çıxartmaz.

103. Bəzi əməllər qadağan-sərbəst, halal-haram, məşru [2] - qeyri məşru hədlərində deyil, gözəl-çirkin, yaxşı-pis, məqbul [3] - mərdud [4] hədlərində dəyərləndirilməlidir. Bəlkə, hər hörmətsizlik və ədəbsizlik haram/qadağan deyil, amma çirkindir, pisdir, mərduddur. Əməlləri üçün tək təyin edicinin halal-haram hədləri olduğunu söyləyənlərə, Həzrəti Nəbinin bu cavabını xatırlayın: "Utanmasan, istədiyini et."

104. Ədəb və ehtiram bir təhsil deyil bir təlim, yəni tərbiyə işidir. Ümumiyyətlə, ədəbsiz və əxlaqsız insanlar öyrədilib lakin tərbiyə edilməyənlər, təlimdən keçirilib tərbiyədən keçirilməyənlərin arasından çıxır. Şübhəsiz onlardan öyrənməli dərslər də var. Birindən "Ədəbi kimdən öyrəndin?" deyə soruşmuşlar, o da cavab vermiş: "Ədəbsizlərdən."

105.Həyalı və ədəbli olun. Ədəb imanın aksesuarıdır, taxın. Eyib, qullara qarşı nədirsə, Allaha qarşı da odur. Unutmayın ki, "əl-insan abidu’l-ihsan: insan yaxşılığın köləsidir" deyiblər. Yenə unutmayın ki, ədəbli və tərbiyəli söylənmiş batil sözün müştərisi, ədəbsiz və tərbiyəsizcə söylənmiş haqq sözün müştərisindən daha çox ola bilər.

106.Qəhqəhə çəkərək gülmək, orda-burda gəzişərək bir şey yeyib-içmək, sizi gözdən salan geyimlərdə dolaşmaq, lazımsız əl zarafatları etmək kimi "şit" davranışlardan uzaq durun.

107.Əgər bacarırsınızsa çox ağlayın. Rəsulu (sas), bir az da ağlaya bilənlər anlaya bilərlər. Bəzən göz yaşları güllədən daha təsirli ola bilər. Göz yaşını tanımayan sərt qəlbli bir insanın qəlbi ilə gözü arasındakı əlaqəsi qopub. Onun baxdığı heç nəyə imanın fərasət və bəsirəti ilə baxa bilməyəcəyini, məsləhət verə bilməyəcəyini, hadisələri və əşyanı şərh edərkən doğru qərar qəbul edə bilməyəcəyini bilin!

108.Daima təmkinli və ciddi olun. Yüngülxasiyyət olmayın. "Hərəkət edən daş yosun tutmaz" deyirlər. Təmkin imanın bəzəyidir. Yüngülxasiyyət insanlar cəmiyyətdə hörmət qazanmazlar. Təmkinlə təkəbbürü və lovğalanmağı qarışdırmayın. Əgər qamətiniz qiymətinizə uyğun deyilsə təmkin adi altında təkəbbür və riya göstərə bilərsiniz. Qiymətiniz şöhrətinizə uyğun olsun. Əgər şöhrətiniz qiymətinizdən artıqdırsa bu boşluğu riya, intriqa, fırıldaq və başqa şeylərlə doldurmağa çalışacaqsınız. Məhz o zaman şöhrət də, elm də bir fəlakətə çevriləcək

109.Ciddiyyətiniz lətif olub lətifə söyləməyə əngəl olmasın. Yəni inadcıl olmayın. Qaşqabaqlıqla ciddiyyət arasında dağlar qədər fərq var. Ciddiyyət göstərəcəyəm deyə qaraqabaq bir çöhrə ilə gəzərək başqalarını da narahat etməyin. Yaxşı bilin ki, insan təbəssüm edərək də ciddi ola bilər.

110.Qəhqəhə ilə təbəssüm, "hönkür-hönkür ağlamaqla" "göz yaşlarının süzülməsi", "sevincdən çıldırmaqla" məmnun olmaq, "ürəyi getməklə" xoşuna gəlmək, "aşiq olmaqla" sevmək, "kobud zarafatla" lətifə, tıxmaqla yemək, forslanmaqla yürümək, gəvəzəlik etməklə danışmaq, qaşqabaqlı olmaqla susmaq, "vaxt keçirmək"lə o məkanda olmaq arasındakı fərq ədəblə ədəbsizlik arasındakı fərq qədər böyükdür. Bunu unutmayın.


[1]Təriqət mənsublarının toplandığı yer, zikr yeri
[2]Məşru - Şəriətə uyğun, qanuni, qanunauyğun.
[3]Rədd edilməyən, bəyənilən, xoşa gələn
[4]Allahın rəhmətindən məhrum buraxılmış, rədd edilmiş, qovulmuş, məlun

Azerislam.com



Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka