Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏXLAQ

[ Oxu! / 4654 dəfə baxılıb ]   
|
 
"85.Sözünüzdə və əməlinizdə doğru olun. Yalana adət etməyin. İnsanlar, siz danışdığınız zaman heç tərəddüd etmədən "bu doğru danışır" desinlər. "Əmin" olmaq budur. Unutmayın ki, "Rəsul" olmamışdan əvvəl "əmin" olan bir Peyğəmbərin ümmətiyik. Etibarı zədələnənin imanı da zədələnər. İnsan, ondan əmin ola bilməyən biri üçün "mömin" deyil. Mömin, etibar ediləndir.Əlbəttə, hər söylədiyin doğru olmalıdır. Ancaq doğrunu doğru yerdə, doğru zamanda və doğru bir üslubla söyləməzsənsə, o doğruya zülm etmiş olarsan. Yalançının şamı yatsı namazına qədər yanar. Bir yalançı yatsı namazını qılmadan yatdığı halda bu nifaqının ortaya çıxmaması üçün şamı yanıq saxlayarmış ki, insanlar yatsı namazının vaxtını gözlədiyini zənn etsinlər!

86. Cəsarətli və mətanətli olun. Ancaq cəsarətiniz hissinizdən və cəhalətinizdən deyil, elminizdən və imanınızdan qaynaqlansın. Allahın dostlarına cənnət, Onun düşmənlərinə cəhənnəm olun. Bilin ki, Allah üçün sevməyin əsas şərti Allah üçün nifrət etməkdir.

87. Mətanətsiz cəsarət natarazlıqdır. Yalnız həqiqətən şücaətli olanlar mətanətli ola bilərlər. Cəsarəti elm və imanından qaynaqlanmayan şəxsdə mətanət olmaz.

88. Tənbəl və qorxaq olmayın. İçində yaşadığınız cəmiyyətin, çevrənin, kainatın fərqinə varın. Yəqin ki, içində yaşadığınız cəmiyyət də sizin fərqinizə varacaq. Başqalarının öz yalanlarına göstərdiyi münasibət və diqqəti siz doğrularınıza göstərmirsinizsə deməli Rəsulun dili ilə desək "vehin" mikrobuna tutulmuşsunuz. Vehin, tənbəllik və qorxaqlıq deməkdir.

89. Sirri qoruyun. Sizə verilən hər sirr bir əmanətdir. Sirri aşkar edən xaindir; əmanətə xəyanət etmiş olar. Başınızı versəniz də sirrinizi verməyin. Ancaq o zaman sözün həqiqi mənasında "mömin" olarsınız.

90. Başqalarının sirrini araşdırmamaq da sirr saxlamağı bacarmaq qədər əxlaqi bir vəzifədir. Bu, marağın cinayətə çevrilən məqamıdır. Verilmək istənilməyən məlumatı öyrənməyə çalışmayın. O məlumat sizə lazım deyilsə "faydasız elm" olar. Bilin ki, Nəbi, faydasız elmdən Allaha sığınmışdır.

91. Xətanızı etiraf etməkdən və üzr diləməkdən utanmayın. Utanılacaq şey xətada israr etmək və insanlardan üzr diləməməkdir. Xəta etmək bir günahdırsa, xətada israr min qat günahdır. "İnsanın irfan əhli olması xətasının dərki ilə mümkündür" deyə bir deyim var, Əl-Haqq [1] doğrudur. Sizin həqiqi dostunuz, xəta etdiyinizdə sizi şəfqətlə xəbərdar edəndir. Xətanı işləyənin özü, öz xətasına hər kəsdən əvvəl tüpürməlidir.

92. İnsanın düşə biləcəyi ən acı və komik vəziyyət öz eybini müdafiə etmək, hətta doğru kimi göstərmək səyidir. Bəlkə bunu fərqində olmadan edən biri üzrlü hesab edilə bilər, amma bilərək edənlə bütün münasibətinizi kəsin. Çünki əxlaqi qüsurlar yoluxucudur və o münasibət səmərəli və faydalı bir münasibət olmaq xüsusiyyətini itirib.

93. Xətanı müdafiə etmək hər şeydən əvvəl nəfsani həvəsi və arzunu müdafiə etməkdir. Məhz bu, "nəfsini tanrı etmək"dir.

94. Qənaətkar və gözütox olun. Aclıq mümkündür, normaldır. Anormal olan, tox ikən aclıq qorxusu çəkməkdir. Aclığa mübtəla olanlar bir dəfə sıxıntı çəkərlər. Amma aclıq qorxusu deyilən bəlaya mübtəla olanlar, sərvətləri yeddi sülaləsinə yetsə belə ömür boyu sıxıntı çəkərlər. Buna görə də ac qalmaq qorxusu, ac qalmanın özündən min dəfə daha betərdir. Bu xəstəliyə yoluxanlara bütün dünyanı versəniz doydura bilməzsiniz. Sərvət yığmaq və toplamaq ehtirası da bundan qaynaqlanır.

95. Qənaətkar və gözütox olanın gözü də qarnı da tox olar. Ancaq israf edənlə acgöz olanın qarnı doysa da gözü doymaz.

96. Dünya və dünya sərvətinin sahibi siz olun, onların sizin sahibiniz olmalarına izin verməyin. Əşya sizə xidmət etsin, siz əşyanın xidmətkarı olmayın. Əks halda öz şərəfinizi öz əlinizlə alçaldar, əşrəfi-məxluqatı [2] əsfəli-məxluqat [məxluqatın ən səfili] etmiş olarsınız.

97. Allah, Ona gedən yolda dünyanı sizə minik/mərkəb etmişdir. Bunu tərsinə çevirib siz dünyanın miniyi/mərkəbi olmayın. Lat, Mənat və Uzzanın [3] yerini ev, avtomobil və əşyanın tutduğu bir cəmiyyətdə, siz bunlardan insana "əfəndi" ola bilməyəcəyini öz həyatınızla göstərin.

98. Qeybət və dedi-qodu etməyin. Bu ictimai bir xəstəlikdir. Bu xəstəliyə daha çox narazı və boşboğaz insanlar mübtəla olur. Ömrü, başqalarının dedi-qodusu ilə bada vermək eyni zamanda bir fərari üsuludur; insanın öz özündən qaçışı…

99. Özünü öz gündəminə daşımaq istəməyən insan, başqalarını gündəmindən heç düşürmək istəməz. Bu isə zavallılıqdır. Möminlər, əlinizdən və dilinizdən əmin olsun. Silahla gerçəkləşdirə bilmədiyiniz qətliamı, dilinizlə gerçəkləşdirməkdən çəkinin. Bilin ki, "Möminin möminə qanı, malı, namusu və suizənni haramdır."

100. Qeybətin qul haqqı olduğunu unutmayın. Oturub-durub möminlərin ətini çeynəyənlər, ən azı insan əti yeyən adamyeyən qədər günahkardırlar. Qeybət və dedi-qodu aludəsi olan bəzi insanlar bunu bir ruhi onanizm, bir məmnunluq vasitəsi olaraq edərlər. Bu cür insanlarla birlikdə olduğunuzda, sizə Müsəlman əti yedirtmələrinə izin verməyin.


[1]Allahın haqq adı. Əsmai hüsnasından biri.
[2]Yaradılmışların şərəflisi
[3]Cahil Ərəb toplumunun saxta tanrıları

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:20
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:58
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka