Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NATARAZLIĞIN TARİXİ ARXA PLANI.

[ Oxu! / 3153 dəfə baxılıb ]   
|
 
Maidə surəsinin 8-ci ayəsində deyildiyi kimi tam mənası ilə “müttəqi”liyi göstərən tarazlıq fərdi və ictimai bir davranış biçimi olaraq Rəsulullahdan sonra çox uzun sürmədi. Ağlın, ürəyin və biləyin bərabər şəkildə istifadə edildiyi günlər tezliklə tarixə qarışdı. Təbii ki, şəxsiyyətində altun tarazlığı yarada bilmiş kamil insanlar yetişdi, amma onlar bu tarazlığı bir daha, Əsr-i Səadətdə olduğu kimi, cəmiyyətə şamil ediləcək mühiti və fürsəti yaxalaya bilmədilər.

Bütündən ayrılan ilk parça “bilək tarazlığı” idi. Adına bəxtiyarlıq deyilən tarazlıq çağında, cihad bir məslək olaraq deyil, bir ibadət olaraq icra olunurdu. Daha doğrusu cihad, İslamla insanın arasındakı əngəlləri qaldırmanın mücadiləsi idi. Ölmənin və öldürmənin insancasını çoxdan unutmuş insanlığa ölməyi və öldürməni öyrətməyin adı idi. Barışın ən qalıcı üsulu idi.
Bəli, bütün bunlarla birlikdə cihad qulun Rəbbinə qarşı verdiyi imtahanların ən çətini idi. Çünki savaş, meydanlarda deyil, ilk əvvəl ürəklərdə başlayırdı. Ürəyindəki savaşda uduzanlar lap əvvəldən mücahid olma keyfiyyətlərini itirirdilər. Çünki onları cihad meydanına minikləri deyil imanları aparırdı. Gözündə nur, dizində taqət qalmamış bir iman, sahibinə can bağışlayacaq enerjini verə bilməyəcək, bunun təbii nəticəsi olaraq da o, mücadiləni lap əvvəldən uduzacaqdır.

Nəbəvi siyasət sultanı siyasətə, ədalət hökmranlığa dönüncə, cihad da məsləkləşdi. Çünki səltənətlər haqqa və xalqa söykənə bilməz. Hakimiyyətdə qala bilmələri üçün bir “güc”ə ehtiyacları vardı. Bu güc isə ordu idi. Bu şəkildə bütündən ayrılan silah, qənimət ehtirasının da təsiri ilə qurumlaşdı. Hər qurumun özünə məxsus bir məkana ehtiyacı var. Silah üçün o məkan “kazarma” oldu. Mücahid üçün mömin olmaq kifayət etmir, həm də “döyüşçü” olmaq lazım gəlirdi.

Arxasından, mömini müdriklik sahibi edən və Rabbaniləşdirən çeşidli Quranı şöbələr olan ittiqa [1], ədəb, ehsan, zikr, şükür, xüsusilə İslam irfanı bütündən ayrıldı. Halbuki, bu sayılanlar, müsəlmanlar içərisində bəlli bir zümrə ilə əlaqəli şeylər deyildi; iman və təqva ilə birbaşa əlaqəsi olan təlim və tərbiyə üsulu idi. Quranda bu şöbələrin hamısının əsaslarını, – hətta təfərrüatlarını, – tapmaq mümkündür. Çünki Allahın “əhsən-i təqvim” üzrə yaratdığı insanın, - iki ən böyük dəyəri olan, - qəlbinə və ruhuna biganəliyi düşünülməzdir.
Yuxarıda sayılan dəyərlərə sahib olmaq üçün müsəlman olmaq kifayət etməyəcək üstəlik “təqqəçi” [2] olmaq da tələb olunacaqdır. İslamın şəxsiyyətli insanı, daha bir yara almışdı. Qrumlaşan hər quruluş bir bütün olan dindən bir parça götürüb aparırdı.

“Təsbih” özünə məkan tapa bilərdi, “kitab” tapmazdı? Bəli, o da tapdı.
Qeyri rəsmi tarixi çox-çox əvvəllərə söykənən elmin qurumlaşması rəsmən Nizamiyə Mədrəsələrinin əli ilə oldu. Sələf [3], elmi Allah rizası üçün əldə edərdi. Eyni zamanda elm bir ibadət idi; əbədi səadət üçün bir vasitə idi. Çünki “Allahdan layiqincə, ancaq alimlər çəkinər”di. İlk mədrəsələrin açıldığını eşidən Mavəraünnahir üləmasından biri, “Heyhat, elm öldü” demiş və əlavə etmişdi: “Biz elmi dünya mənfəəti üçün deyil Allah rizası üçün öyrənirdik. Bunun üçün də elmə səmimi və ixlaslı insanlar can atırdılar. Çünki içində zəhmət və məşəqqət vardı. Heç bir dünyəvi qarşılığı yox idi. Amma bundan sonra, mədrəsələr vasitəsi ilə Sultanların satın aldığı bir vasitə olacaq. Elmin gəlir gətirdiyini görən insanlar onu əldə etməyə çalışacaqlar. Elmi əldə edəcəklər, amma ixlas və təqvanı itirəcəklər.”
Bəli, bu təxminlərin hamısı doğru çıxmışdı; elm artıq “axirət azuqəsi” deyil, “dünya azuqəsi” idi.
Natarazlıqla qurumlaşma arasında qurduğumuz əlaqələrdən bir ümumiləşdirmə etdiyimizi düşünməyin. İslamın kamil insan tipinin parçalanmasını açıqlamaq üçün qurumlaşmanın mənfiliklərinə diqqət çəkmək məcburiyyətindəyik. Bura, qurumlaşmanın qaçınılmaz olub-olmadığını müzakirə etməyin yeri deyil. Belə bir müzakirəni tarixin sosiologiyası ilə maraqlananlara buraxaraq bir şeyi yenidən xatırlatmaq da fayda görürəm; hər qaydanın istisnası ola biləcəyi həqiqətini. Qurumlaşma gerçəkləşməzdən əvvəl olan örnəklərin hamısı müsbət olmadığı kimi, qurumlaşmadan sonrakı örnəklərin də hamısı mənfi ola bilməz.

İslamın Səadət Əsrindəki altun tarazlığın parçalanmış hekayəsi təxminən belə idi. Daha sonra bunun fəlsəfəsi meydana gəldi. Tərəflər, tərəfdarlar ortaya çıxdı. Bölünmə qısa bir zamanda bütün dini və ictimai ərazilərə yayıldı. Etiqad belə özünü bundan qurtara bilmədi. Bəzi hallarda zahir-batin mübahisəsi və təriqət-mədrəsə deyişməsi təhlükəli məqamlara çatdı. Bunun nəticəsi olaraq bəzi bölgələr qarşıdurmalara səhnə oldu. Hər qrupun mənfəətpərəstləri arxalarını nüfuz sahiblərinə söykəyərək əllərində saxladıqları həqiqət parçalarını müqəddəsləşdirməyə, digərlərini də heç hesab etməyə çalışırdılar.
Xülasə, duyğu, düşüncə və hərəkət bir-birindən ayrılmış, hər biri özünə bir ad taparaq firqələşmişdi. Sonralar bu məktəblər özlərinə məxsus elmi qanunlar yaratdılar. Hər birinin özünəməxsus lüğət və terminləri vardı. İşin pis tərəfi bu idi ki, “Hər firqə öz yanındakı ilə öyünürdü” [30/32]. “Bu həqiqətdəndir” yerinə “Həqiqət budur!” deyirdi. Əlində olduğunu sandığı həqiqətin o parçasına hər kəsi çağırır, o parçanı əlində saxlayanın xilas olduğunu [nicat], geridə qalanın azdığını [dalal 4] iddia edirdi.
Bu şəkildə başlayan parçalanma gedərək insanımızın xarakteri halına gəldi. Bu gün yaşadığımız təhlükəli vəziyyətin tarixi arxa planı qısaca olaraq belə idi.
Bu arxa planın təsiri bu gün də şiddətlə davam edir. Bəlkə məziyyətlərin tarixdə qalanı olmuşdu, amma heç bir rəzalət tarixdə qalmadı. Dəyişik üsul və adlar altında bu günə gəlib çıxdı.
Bu gün insanımızın duyğusuna, düşüncəsinə və əməlinə müsəllət olan natarazlığın təməlində, bu mənfi ənənə yatır.

[1]Allahdan çəkinmək
[2]Təriqət sahiblərinin toplanma yeri, zikr və ayinlər icra olunan məkan
[3]İlk nümunə olan müsəlmanlar nəsli
[4]Batilə meyl etmə, iman ve İslamiyyət yolundan azmaq, zəlalət.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka