Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏHHƏT VƏ TƏMİZLİK

[ Oxu! / 5087 dəfə baxılıb ]   
|
 
76. Sağlamlığınıza diqqət yetirin və Allahın sizə bir əmanəti və eləcə də ayələrindən bir ayə olan bədəninizi qoruyun.

77. Bədəniniz sizin miniyinizdir, ona xor baxıb qulluq yolundakı yürüyüşdə taqətdən düşməyin. Unutmayın ki, səhhət hər şeyin başıdır. Səhhət deyilincə ağlınıza yalnız ətin və sümüyün səhhəti gəlməməlidir. Ən azı bunlar qədər, hətta bunlardan daha əhəmiyyətli olan isə ağlın və ruhun səhhətidir. Bu ikisinin səhhətinə maksimum diqqət göstərin. Ağıl və qəlbin də xəstəlikləri var. Əlbəttə, onların hər ikisinin özünəməxsus müalicə üsulları və dərmanları var. Mənfi və faydasız elmlər təfəkkür virusu, hər cür günah və qadağan duyğular isə qəlb virusudur. Ağlın qidası elm və təfəkkür, qəlbin qidası iman və təzəkkürdür [1].

78. Təmiz və nizamlı olun. Unutmayın ki, təmizlik imandandır. Evinizdə, iş yerinizdə, bədəninizdə, ağlınızda, qəlbinizdə, ağzınızda, qidalarınızda təmizliyə diqqət edin ki, insanlar sizdən iyrənməsin.

79. Təmizlik gözəlliyin ayrılmaz bir parçasıdır. Müsəlman isə gözəlliyin hər növünün insanlar arasındakı təmsilçisidir.

80. Hadəsdən [2]nəcasətdən təharəti ənənəvi elmi-hallarda olduğu kimi sadəcə bir sahəyə həbs etməyin. Xoş olmayan və insanı rahatsız edən qoxulardan təmizlənməyi də nəcasətdən təharət hesab edin. Hətta duyğu və düşüncə nəcasətlərindən də təmizlənin. Əlbisəniz və səccadəniz təmiz olduğu halda hələ də huşu ilə namaz qılmağın həsrətini çəkirsinizsə bunun səbəbinin duyğu və düşüncə nəcasətindən təmizlənməməyinizdə axtarın.

81. Təmizliyin xarici tərəfinə dini ədəbiyyatda "təharət", daxili tərəfinə isə "təzkiyə" [3] deyilir. Təmizliyi sadəcə xarici, ya da sadəcə daxili sahədə bir tərəfli olaraq icra edənlər həqiqi təmizliyə çata bilməzlər. İstinca, istibra, [4] dəstəmaz, qüsl, misvaq, gözəl qoxu, saça qulluq, dırnaq kəsmək, gərəksiz tüklərdən təmizlənmə, sünnət olmaq, yemək yeməzdən əvvəl əlləri yumaq, bütün bunlar fitrətin tələb etdiyi təmizliyə çatmaq üçün "dini" bir məzmun qazandırılan təmizlik ünsürləridir.

82. Bir cəmiyyətin sənayesinin inkişafında elektrikdən istifadə nədirsə, ictimai təmizliyin ölçüsündə təmizlik üçün sudan istifadə etmək də odur. Məhz Həzrəti Nəbi dünyanın ən az su istifadə edən qövmünü təmizlik məqsədi ilə dünyanın ən çox su istifadə edən qövmü halına gətirərək ictimai və mədəni bir inqilaba imzasını atmışdır.

83. "Dəstəmaz möminin silahıdır." Sizi addım-addım təqib edən "acıq-aşkar bir düşmən"in varlığında silahsız gəzməyin. Bunu xarakterinizin bir parçasına çevirin. Dəstəmazlı gəzmənin ruhunuz üzərindəki müsbət və rahatladıcı təsirini o dəqiqə hiss edəcəksiniz. Sizi yersiz təşvişdən, lazımsız qorxulardan, angoisse [5] və ruh düşkünlüyündən, gündəlik təlaş və boş iztirabların stressindən uzaqlaşdırdığına şahid olacaqsınız.

84. Sutorpaq insanın əsas xəzinəsidir. İnsanla torpağın, insanla suyun, xülasə insanla təbiətin əsas elementlərinin sıx-sıx görüşməsini təmin edən fitrət dini "İslam"ın hər əmrində hələ də aça bilmədiyimiz bir çox gizli sirlərin olduğunu unutmayın.


[1](Ər) Xatırlama, bir mövzunu müzakirə etmə
[2](Ər) Namaz üçün lazımlı olan hazırlıq, təmizlik
[3]Nəfsin arınması, təmizlənməsi
[4]İstinca və istibra - idrardan sonra üzvü təmizləmə
[5](Fr) Həyacan, sıxıntı, təşviş, əndişə, vahimə

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka