Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏZAR NOTLARI 3

[ Oxu! / 4172 dəfə baxılıb ]   
|
 
Üç

Yandırıcı günəşli və küləksiz bir gün.
Kənd qəbiristanlıqlarından birindəyəm. Tam səmimiyyətlə özümə bir sual verdim: "Niyə buradayam?" "Nə üçün ölülərin arasındayam?"
Yalnızlığı sevirdim, bu bir həqiqətdir, həm də ki, bahar kimi yaşıllaşan yalnızlığı...
Lakin məni qəbirstanlıqlara çəkən sadəcə bu deyildi, sadəcə yalnızlıq istəyi deyil... Atamın basdırıldığı günü xatırlayıram... Məni öpən, məni qoxlayan və "Oğlum" deyərək məni qucaqlayan atamın basdırıldığı günü.
Torpaq qazılmışdı. Torpağın bağrında bir ataya, bir övladın atalı dünyasına yer açılmışdı.
Bir çuxur, bir ata, bir oğul və ata ilə oğul arasına atılan kürək-kürək qara torpaq.
Kürək tutan əllərə baxırdım. Atamın üzünü qara torpaq ilə örtən üzlərə baxırdım.
Donuq üzlər, ağlamağı bilməyən gözlər və nə etdiklərindən xəbərsiz əllər.
"Atam" dediyim, sarılıb əlini öpdüyüm, bir çox arzularımı həyata keçirməli olan atam, sevimli atam basdırılırdı.
Fəxri müəllimimiz "Niyə və nə üçün?" suallarıma, mənim anlaya biləcəyim bir şəkildə cavab vermişdi:
"Allahın əmridir; hər yaşayan öləcək və qiyamət günü dirildilərək hesab verəcək"
Məhz o gündən sonra, atamı örtən qara torpaq mənə yad və məndən uzaq olmadı. Torpağın üstünə basıb, torpağın altında gəzişdiyim günlər, ölümü yəqinliklə düşündüğüm günlər idi.
Və qəbiristanlıqlar!
Mənə yaşamaq fürsətini, peşmanlıqları, qəfləti, İlahi hesabı xatırladan qəbiristanlıqlar.
Qəbiristanlıqlara getməkdəki əsl məqsədim yəqin ki, bu idi. Onları görmək, onları eşitmək və onlalardan ibrət almaq...
İnsan tez-tez özünü hesaba çəkməlidir. Cəmiyyətə uyduğumuz və cəmiyyətə Rəbbani doğruları təbliğ etdiyimiz zaman özümüzü çox vaxt unuduruq...
Baxışlarımı özümə, iç dünyama yönəltdim. Göz yaşı içində tövbə, dua, həmd və şükr etdim...
- Necəsən Hüseyn ağa?
Səsin gəldiyi tərəfə döndüm. Qəribə bir adam, bir qəbrin baş tərəfində dayanıb qəbrə tərəf səslənirdi...
Necəsən? Yaşadığın zaman sənə “Necəsən?”deyə soruşduğumda şişman qarnını tutaraq: "Yaxşıyam, yaxşıyam" deyirdin. İndi də yaxşısanmı, hə, indi də yaxşısanmı Hüseyn ağa?
Demədimmi sənə, dedim... Anlatmadımmı sənə, anlatdım... Nə oldu malın, hə? Sənə deyirəm nə oldu malın? Allah yolunda istifadə etmədiyin, Allaha vermədiyin mallarını oğlun küləyə verir... Əziz xələf oğlun yenə də İstanbuldadır. Sən İstanbula gedincə məscidləri gəzirdin ha, bax oğlun da pavilyonları gəzir...
Yox, əsəbləşmə, Hüseyn ağa! Onu mən deyil, sən böyütmüsən.
Demədimmi sənə, hə demədimmi? Oğlana Allahın hökmünü ya sən öyrət, ya da ki, izin ver mən öyrədim, demədimmi? Dediiim..
Bəs sən, sən nə etdin?
Söylə, söylə utanma... Məndən şikayət etdin. İndi də et, Hüseyn ağa, indi də et. Bax, şikayət etdiyin adam da yanında yatır!...
Ey muxtar, Hüseyn ağanın şikayəti var...
Heyrətlə izlədiyim bu qəribə adam irəliləyərək başqa bir qəbirin başında dayandı.
Eşitdinmi muxtar! Hüseyn ağanın şikayəti var. Eşidirsən, sən məni eşidirsən? Sənin kənddə eşitmədiyin bir xəbər varmı? Hələ indi, indi daha yaxşı eşidirsən. Haydı muxtar haydı, yenə məndən şikayət et. Daha altı il də gedib yatım. Yenə də uydur yalanlarını, uydur nə uyduracaqsansa! Şikayət etsənə muxtar, şikayət etsənə...
Niyə cavab vermirsən, öldünmü?! Öldünmü?
Hə, doğrudanda axı sən ölmüşdün, elə deyilmi? Vah, vah, vaah... Həəə, indi kim şikayət edəcək? Dayan bunu sənə mən söyləyim, mən... İndi mən şikayət edəcəyəm!.. Kimə?
Səni oraya yatırdana, muxtar! Necəsən, rahatsanmı orada? Dövlət zəmanəti orada da vamı? Söylə varmı yardımçın, yardıma çağırdıqların? Çağır, çağır muxtar, çağır... Daha çox çağıracaqsan!.. Həəə, artıq anladın deyilmi muxtar? Artıq anladın...
Allahdan başqa dost olmadığını, Allahdan başqa yardımcı olmadığını artıq anladın, anladın ammaaa iş işdən keçdi...
Dəyişik məzarları gəzən bu qəribə adam, bəzən əlini hirsli bir şəkildə qaldırır, bəzən ilıq və mehriban bir səslə nitqini davam etdirirdi.
Həə, adına imam deyilən şəxs, səndən nə xəbər? İndi də Yasin oxuyub, doğru yolu tapa bilirsənmi? Xətim etmədiyin Qurana müştərilərin varmı? Yenə arxanda, sənə cahilcə ehtiram göstərən camaat necə, o da varmı? Onlara yenə eyni moizələri oxuyursanmı?
Həəə, doğrudan e, anlatmadığın, gizlətdiyin hökümlər nə oldu? O hökmləri yenə də gizlədə bilirsənmi? Söylə, söylə gizlədirsənmi?
Gizlədə bilməzsən, heç vaxt gizlədə bilməzsən... Allahın hökmü qullardan gizlədilər, amma Allahdan gizlədilə bilməz. Gizlədilə bilməz... İndi anladın, anladın hə, keçmiş olsun!...
Burdan xilas oldun, xilas oldun ammaaa, Allahın hökmündən necə xilas olacaqsan?
Bir az əvvəl muxtarla söhbət etdim, halından heç məmnun deyil. Hüseyn ağa da elə.. Yenə də onlara ehtiram göstərərək cənnət vəd edəcəksənmi? Allaha inanıb, tağuta qulluq edən o yazıqlara cənnət vəd edəcəksənmi?
Öldükləri zaman onlara kəlmeyi-şəhadətin mənasını soruşsalar, hansı biləcək?
Təbii ki, bilməzlər, sən başa salmadın ki!... Başa saldınmı? Başa salmadın...
Başa salmamağın azmış kimi, mənim söylədiklərimi də təhrif etdin, yalanladın... Onların çoxu da sənin dediyinə inandı. İndi də səninlə bərabərdilər.
Şükr et ki, qəbirlərindən qalxa bilmirlər. Yoxsa gəlib sümüklərini qırardılar...
Elə deyilmi muxtar, elə deyilmi Hüseyn ağa!... Elədir, hə elədir... Artıq iş işdən keçdi. Vay sizin halınıza...
Bir az təəccüblənmişdim. Qəbirlərin arasında gəzən bu adam kim idi? Ölüləri tanıdığına görə bu kəndin sakini olmalı idi. Söylədiklərini və məzardakıları düşünürdüm.
"Hüseyn ağanı,"
"Muxtarı,"
"Namaz qıldıran şəxsi.."
Bunlar bizlərə yad olan tiplər deyildir. Belələri var və biz onlarla eyni cəmiyyətdə yaşayırdıq.
Onların rahat və cahilanə həyatlanı düşündüm...
Halbuki burada yatan onlar idi.
Burada yatacaq olan onlar idi...
Bu səsin onlara yaşayırkən çatması, bir dəfə, heç olmasa bir dəfə çatdırılması lazım idi...
Səsin kəsildiyini hiss etdim və ətrafıma baxdım. Ölülərə səslənən qəribə adam artıq getmişdi...
Onunla söhbət etmək istəyərdim. Ölülərlə belə danışan insan, kim bilir dirilərlə necə danışardı?
Tələsik qəbiristanlıqdan ayrılaraq kəndə doğru getdim. Görmədim, görə bilmədim o qəribə adamı.. Rastlaşdığım kənd adamlarından soruşdum, tanımadıqlarını, bəlkə də onun "Dəli müəllim" ola biləcəyini söylədilər.
Dəli müəllim!...



Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka