Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KİTABLARA ‐ VƏHYƏ İMAN

[ Oxu! / 2994 dəfə baxılıb ]   
|
 
Zaman, Allah "ol" deyincə başladı. Vəhyin başlanğıcı həm də zamanın başlanğıcıdır.
Vəhy Allahın insanla danışmasıdır. O, sonsuz və mütləq varlığın sonsuz rəhmətinin və şəfqətinin insana tənəzzül etməsidir. Buna görə də vəhy insanın ürəyinə nazil olmuş bir göy süfrəsidir.
Vəhy ilahi bir inşa proyektidir. Əvvəl yer üzünə insan nazil olmuş, sonra nazil olan insana yol göstərmək üçün vəhy nazil olmuşdur. İlk vəhydən son vəhyə qədər bütün vəhylər eyni qaynaqdan nəşət [1]edib. Bütün vəhylərin qaynağı bir olduğu kimi hədəfi də bir idi. Bu hədəf insanlığın əbədi səadəti idi. Bu səadətin ətrafında döndüyü üç mehvər var: Tövhid, ədalət və azadlıq. Bütün vəhylər məhz bu üç mehvər haqqında danışırlar. İnsanı qula qulluqdan Allaha qulluğa, şirk və küfr zülmündən iman və İslam ədalətinə, nəfsinə əsarətdən ruhun azadlığına çağırır.

Vəhyə imana, Musaya endirilən Tövrat, Davuda endirilən Zəbur [Məzmurlar] və İsaya bildirilən İncil olmaq üzrə, bütün peyğəmbərlərə endirilən vəhylər daxildir. Vəhy prosesinin zirvəsi Quran vəhyidir. Quran, Allahın insanlığa endirdiyi ən son yol xəritəsidir.
Quran vəhyi ilə peyğəmbərlik sona çatmış, artıq risalət insanlardan qanunlara keçmişdir. Buna görə Quran vəhyi qaynağından ilk hədəfinə qədər həm ilahi qoruma altına alınaraq qorunmuş, həm də ki, ilk hədəfindən son möminə qədər hər birinin könülündə, yaddaşında, dilində, əlində qorunmağa davam edəcək.

Quran məhz ona görə də ölü bir mətn deyil yaşayan bir xitabdır. Həyata çağırar və həyat verər. Quran vəhyi ilə ölü qəlblərə can gələr, qəlbin kor gözləri onunla nurlanar, kar qulaqları onunla eşidən hala gələr, lal olan dilləri onunla haqqı söyləməyə başlayar.
Göz üçün işıq nədirsə, ağıl üçün də vəhy odur. İşıq olmadan görən göz kor olar. Vəhy olmadan ağıllar qaranlığa məhkum olar. Quran vəhyi, əvvəllər heç bir dini vəzifə icra etməmiş, heç bir ayin yönəltməmiş, heç bir dinə mənsub olmamış, heç bir dini kitab oxumayan Həzrəti Məhəmməd əleyhissalama Hira dağında varlıq suallarıyla düşüncəyə daldığı və öz daxili dünyasına səfər etmək üçün inzivaya [2] çəkildiyi bir zamanda enməyə başlamışdı. O, qırx yaşında idi. O, vəhyin şahidliyiylə "möhtəşəm bir əxlaqa sahib idi". Bu möhtəşəm xəzinə, daha sonra ilahi vəhylə inşa ediləcəkdir. İlk vəhy, ilk külüngünü belə çaldı:
"Oxu, yaradan Rəbbin adına! O, insanı tək bir hüceyrədən yaratdı. Oxu! Rəbbin sonsuz kərəm sahibidir! O, qələmlə öyrətdi, insana bilmədiyini öyrətdi!" [96:1-5]
"Oxu!" əmriylə başlayan bu proses, başda ilk müxatibi olmaq üzrə vəhyə iman edən hər kəsə aləmlərin Rəbbi olan Allahın ən böyük müəllim, həyatın məktəb, insanın tələbə, varlığın kitab olduğunu öyrətdi. Və insan bu əmrlə bu dörd kitabı oxumağı öyrəndi.
1. Ayəti kainat: Kainat, oxunmağı gözləyən açıq bir kitabdır. Heç bir kitab öz özünü yazmaz. Hər kitabın bir katibi olduğu kimi, kainat kitabının da bir katibi vardır. Kainatdakı hər şey, vəhyin surələri, ayələri və sözləri kimi bir məna və məqsədə malikdir: "Onlar ki, ayaqüstəykən, oturarkən və yatmaq üçün uzanarkən Allahı xatırlayar, göylərin və yerin yaradılışı üzərinə təfəkkür edərlər: Rəbbimiz! Bütün bunları mənasız və məqsədsiz yaratmadın. Ucalıqda bənzərsizsən! Bizi atəşin əzabından qoru! [deyərlər]" [3:191] Kainat Allahın sifətlərinin təcəlli etdiyi bir aynadır. Yağışda rəhməti, baharda mərhəməti, küləkdə qüvvəti, ildırımda qüdrəti, işıqda lətafəti təcəlli edər. Kainat ayələrini doğru oxumaq ilahi-mövcudiyyət qanunlarını öyrədir. Kainat ayələrini oxuyan insan, kainatın yaradıcısı və idarə edicisi olan Allahın rəhbərlik tərzindən [rububiyyət] dərs alar. Onun qoyduğu qanunları [sünnətullah] kəşf etməyə çalışar. Bəşəri və pozitiv elmlərin məşğuliyyət sahəsi, bu qanunların kəşfindən başqa heç bir şey deyil.

2. Ayəti insan: İnsanın yer üzünə enişi [hubut], vəhyin endirilməsi ilə [nüzul] müqayisə ediləcək bir prosesdir. İnsan yalnız mikro kainat deyil, eyni zamanda fitri vəhyi içində daşıyan şüurlu bir kitabdır. Quran da insan kitabında yazılı olan ayələrə diqqət çəkir: "Yer üzündə, qəlbdən inanmış olanlar üçün ayələr vardır; eynilə sizin öz varlığınızda [ayələr] olduğu [kimi]: bunları görmürsünüzmü?" [51:20-21] İnsandakı sevgi və şəfqət, rəhmət ayəsidir. İnsandakı hirs və cəladət, qəzəb ayəsidir. Bu yönü ilə insan, Allahın şah əsəri, ilahi sənətin onda təcəlli etdiyi varlıqdır. Fitrətinə nəqş edilmiş ayələri yanlış istiqamətdə istifadə edən insan, Quran ayələrini cadusuna alət edən cadugərin vəziyyətinə düşər. İkisi də Allaha qarşı nankorluqdur.

3. Ayəti hadisat: Allah həyata müdaxildir. Allahdan başqa heç bir həyat sahəsi yoxdur. Aşağıdakı ayə məhz bu həqiqəti ifadə edər: "Göylərdə və yerdə olan hər varlıq Ona möhtacdır; O hər an, həyata və varlığa dair hər işə müdaxildir". [55:29] İlahi iradə, bəzən vəhy içində kəlam olaraq təcəlli etdiyi kimi bəzən də hadisələr içində mesaj olaraq təcəlli edər. Bu mesajlar ayəti hədisatı meydana gətirər. Allahın əl-Kəlim sifəti, hadisələrin içində beləcə təcəlli edir. Quran tarixi hadisələr içindən məhz bu cür mesajları daşıyan bölümləri təqdim edir. Quranda nəql edilən tarix bölümləri həm ayati‐Qurandır, həm də ayati‐hadisat. Quran qissələri Allahın sifətlərinin təcəllilərinə ünvanlanmış örnəklərdir. Adəmin əfvi Ğafur adının təcəllisi, Şeytanın qovulması Qahhar adının təcəllisi, Nuhun qurtuluşu Nasir adının təcəllisi, İbrahimin qorunması Hafiz adının təcəllisi, Musanın vəhyi alışı Kəlim adının təcəllisidir.

4. Ayatı Quran: Vəhy, Allahı tanıyacağımız ən səhih qaynaqdır. Quran ayələri, ayati kainatı, ayati insanı və ayati hədisəni doğru şəkildə necə oxuyacağımızı bizə göstərir. Vəhy ilahi bir inşa proyektidir. Allah, yer üzü mehmanxanasının şərəfli qonağı olaraq yaradıb, müsafir etdiyi insanın təsəvvürünü, ağılını və şəxsiyyətini vəhylə inşa edər. Fitrət bazisinə uyğun bir üstqurum, ancaq o fitrəti verənin əliylə qurula bilər. Məhz vəhy, sözü gedən bazisin qurucu subyektidir. İnsan, qul olmaq üçün yaradılıb. Qulluq insanın qədəridir. Bu, fitrətində var. Əgər doğru qapıya qul olmazsa, qul olacağı yanlış qapılar axtarar. Əgər bir Allaha qul olmazsa, öz əlləriylə minlərlə tanrı icad edib, onların qarşısında şərəfini beş qəpiklik edə bilər. Heç bir şeyə tapınmadığını söyləyənlər, özlərinə əsaslı bir büt tapmışlar: Təhrikçedici mənlik və instinktlər. Bunda bir qəribəlik yoxdur. Dediyimiz kimi, insan qul olacağı həqiqi qapıya arxa çevirdiyində, mütləq özünə saxta bir tanrı düzəldər. Mütləq ateizm, məhz bunun üçün bir xəyaldır və qeyri-mümkündür.
Vəhylə səhih, sağlam və həqiqi bir əlaqə qura bilmək üçün vəhyi anlamaq vacibdir. Bunun üçün də vəhyi üzündən deyil, ürəyindən oxumaq lazımdır. Bunu etməyənlər vəhyin canına oxumuş olarlar. Vəhyin canına oxuyanlar, əslində vəhyə pislik etmiş olmazlar, özlərinə pislik etmiş olarlar. Çünki vəhy onlarda nüzul məqsədini reallaşdırmaz. Bu isə bir insanın başına gələ biləcək itkinlərin ən böyüyüdür.

Xalqımız, Quranı yeni öyrənməyə "üzündən oxumaq" və ya "üzünə oxumaq" adını verir ki, xoş və məqsədəuyğun bir addır. Üzündən və ya üzünə oxumaq ifadəsi, ilk öncə Quranı əzbər oxumaqdan ayırmaq üçün istifadə edilir. Belə ki, əzbər oxumaq üzündən oxumaqdan daha məqbuldur. Təbii ki, üzündən oxumaq da, heç oxumamaqla müqayisə edildiyində bir irəlləyişdir.
Halbuki şəxsən ilahi kəlamın sahibi “onu necə oxumalıyıq?” sualına yenə Quranda cavab vermişdir: "Və rattili'l-Quranə tərtila: Quranı, üzərində dayana-dayana, düşünə-düşünə, anlaya-anlaya, qavraya-qavraya oxu!" [Müzzəmmil, 4]

Tərtil lüğətdə təbyin [açıq, aydın, başa düşülən] təfriq [tək-tək ayırmaq] mənasına gəlir. Bizim üçün əhəmiyyətli olan bunun Əfəndimizin və səhabənin necə anladığıdır. Əfəndimiz, bu əmr üzərinə "gecə tərili" üçün saatlarını ayırırdı. Bu bəzən gecənin üçdə biri, bəzən yarısı, bəzən üçdə ikisini ehtiva edirdi [baxın 73: 2-3]. Bunun ən azı 3-4, ən çoxu 6-8 saat edər.
Sizcə əfəndimiz bu qədər vaxtda gecə yarısı hansı Quranı "tərtil" edirdi? Çünki bu ayə gəldiyində nazil olan ayələrin sayı 2-3 səhifəni keçmirdi. Bu da üç-beş dəqiqədə oxunub bitərdi. əl-Cavab, əfəndimiz tərtil əmrini tətbiq etdiyi üçün, bir iki səhifəni, bəlkə bir iki ayəni saatlar boyu təfəkkür edir, mənalarına nüfuz edir, üzərində baş və ürək yorurdu.

Abdullah İbn Məsudun tərtildən nə anladığını bir kəlməsindən öyrənirik. Ona Mufassal surələri [Qaf ilə Nas arası] bir gecədə oxuduğunu söyləyən birinə deyər ki: "Desənə ayələri şeir deyən kimi oxumusan" [həzzən kə-həzzi'ş-şi'r]. Həzrəti Aişəyə görə isə tərtilin tərifi: “Siz oxuyarkən biri hərfləri saymaq istəsə, saya bilsin”dir.
İslamın ilk dövrlərində Qurani‐Kərimi əzbərləmək həqiqətən də nadir hadisə idi. Qaynaqlarımızda Həzrəti Peyğəmbərin vəfat etdiyi dövrlərdə Quranın hamısını əzbərləyənlərin sayı barəsində fərqli rəqəmlər mövcuddur. Lakin üzərində ittifaq edilənlərin sayı dörd və ya altıdır.

Xüsusi ilə bu vəziyyəti, Səhabə və Tabiin kimi ilk nəsillərlə xas bir fakt olaraq qəbul etməməliyik. İslamın inkişaf etdiyi dövrlərində bu həmişə belə davam etmişdir. İstəsəniz bu barədə tarixi bir şahidə nəzər yetirək. Böyük Maliki imamı və qazı Əbubəkr İbnul-Arabinin Quranı hifz etmək barəsində verdiyi məlumatlara nəzər yetin:
"Şagirdlərdən bir qismi - əksəriyyəti Qurani‐Kərimi əzbərləmək işini sona saxlayardılar və əvvəlcə fiqh, hədis və Allahın dilədiyi digər şeyləri öyrənərdilər. Çox vaxt tələbə, Quran hafizi olmadan imam olardı. Şəxsən mən Qurani‐Kərimi tamamilə əzbərləyən bir imam görmədim. Yalnız iki adam xaric, onu hifz edən bir faqih də görmədim." [Ahkamu'l-Quran]
Əslində bu seçimdə aydın olmayacaq bir vəziyyət yoxdur. Çünki Quranın özü bu barədəki rəftarımızı müəyyənləşdirəcək yol xəritəsi verir:
"Bu Kitab, ayələrini dərin-dərin düşünsünlər, saf və təmiz ağıl sahibləri ibrət götürsünlər deyə endirdiyimiz mübarək bir vəhydir." [38:29]
Quran elmləri barəsində mükəmməl bir əsər qələmə almış Süyuti belə deyir: "Səhabədən heç kim, Qurandan 10 ayə əzbərləyib, onların mənalarını yaxşıca anlamadan və anladıqlarını həyatına tətbiq etmədən digərlərinə keçməmişdir." [əl-İtkan]
Bu üsulu təqib edərək Quranı əzbərləməyə cəhd edən Həzrəti Ömərin oğlu Abdullah, Bəqərə surəsini əzbərləmək üçün 8 ilini vermişdir.
Yenə Süyuti, əl-İtqanda, İbn Sirindən rəvayət edərək İbn Əştənin bu sözlərinə yer verir: "Həzrəti Əbu Bəkr Quranı cəm etmədən vəfat etmişdir. Həzrəti Ömər də eyni şəkildə Quranı [özündə] cəm etmədən vəfat etmişdir. Bəziləri deyirlər ki, bunda məqsəd ‘Quranın hamısını hifz etmədən öldülər' deməkdir."
Əhməd b. Hanbəl “Müsnəd”ində, Ənəs b. Malikdən belə bir rəvayətə yer verir: "Biri Bəqərə və Ali İmran surələrini oxuduğu halda, bizim nəzərimizdə son dərəcə böyük görünərdi."
İbn Haldun, "Səhabələrin hamısı fətva verə biləcək səviyyədə deyildilər. Dini məsələlər hər kəsdən öyrənilməzdi" deyərək, bunun sadəcə Quranın mənasını çox yaxşı bilənlərə xas olduğunu söyləyir.

"Ağıl Qurandır, Quran ağıldır" deyən böyük alim və arif Haris əl-Muhasibi, Fəhmu'l-Quran əsərində belə deyir:
"Ağlı ilə Quranı düşünmək, ancaq lazımınca əməl etməklə olar. Allaha and içərəm ki, bu, Quranın qoyduğu sərhədləri itirib mətnini əzbərləməklə olmaz. Buna görədir ki, "Mən Quranın tək bir hərfini zay etmədən Quranı xətm edirəm" deyən birinin, əxlaq və davranışlarında Quran görülmədikcə deməli Quranın hamısını zay edib."

Yenə əl-Muhasibi belə deyir: "Allah Quranı qəlbinə yerləşdirər və sən isə onu anlamazsansa, Allah səni sevməz və bilər ki, sən Ona və kəlamına yetərincə dəyər vermirsən." "Əgər səmimiyyətlə anlamağı istəsən, sənə ilahi yardım gələr. Çünki "Allah muttəqilərlə bərabərdir" [16:28] ayəsi bunu təsdiq edir. Allahın kitabını anlamaq, sadəcə qəlbini işlətməyənə ağır gələr. Bu ayəni heç eşitməmisənmi: "Əgər Allah onlarda yaxşı bir hal görsəydi, mütləq onların eşidib anlamalarını təmin edərdi" [8:23].
Səhabənin alimlərindən Abdullah ibn Məsudun bu fikrinə nə sözünüz var:
"Birinin Allahı sevib sevmədiyini öyrənmək istəyirsənsə, Quranı sevib sevmədiyinə bax."
Abdullah b. Yezid isə belə deyir:
"Bir qul özünü Quranla sınasın: Kim Allah və Rəsulunu sevirsə, Quranı sevər; Quranı sevəni isə Allah sevər."



[1]Eyni qaynaqdan çıxan.
[2]Cəmiyyət həyatından qaçıb tək başına həyata çəkilmək. Xarici dünyayla bütün bağlarını kəsərək Allaha qovuşmaq üçün insanın öz içinə qapanması.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka