Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏZAR NOTLARI 2

[ Oxu! / 4017 dəfə baxılıb ]   
|
 
İki

Gecə lampası da daxil bütün işıqları söndürdüm. Yatağa uzandım. Gecənin tam yarısı idi, hələ heç bir xoruz səsi eşitməmişdim. Son günlərdə xoruzlar əvvəlki gecələrdəki kimi erkən vaxtlarda banlamırdılar.
Hava ilıq idi, üstümə incə bir ədyal örtdüm. Otağım qaranlıq idi, məndən başqa evdəkilərin hamısı yatmışdı. Səssizliyi dinləməyə başladım. Sabahımı düşündüm, qəbirstanlığa gedəcəkdim, hazırlaşmalı idım.

Özümü bir qəbrin içinə qoydum. Ədyalı bədənimə kəfən kimi doladım. Qəlbimdən, Rəbbimdən, Onun razılığından başqa hər bir şeyi boşaltmağa çalışdım.
Artıq qəbirin içindəki kimiyəm.
Bu dünyaya yenidən dönüşün olmadığı, ola bilməyəcəyi, inandığımız lakin mahiyyətini qavraya bilmədiyimiz, ancaq peyğəmbərlərin xəbər verdikləri ilə bildiyimiz, istəsək də, istəməsək də, hansı vaxtda olacağını bilmədiyimiz bir başqa dünyanın giriş qapısından addımımı atmışdım artıq.
Dönüb arxama, yaşadığım bu fani həyatda etdiklərimə baxdım. Sabah edərəm deyə təxirə saldığım, filan zaman edərəm deyə saxladığım, nədənsə heç cür əmələ çevirə bilmədiyim bir yığın edilməmiş, arzudan uzağa getməmiş, mənə faydası olmayan istəklər...
Utandım...

Rəbbimin hüzuruna necə çıxacağam? Bəli, dönüb yenidən arxama baxdım, nəfsimə, şeytana, şeytanın dostlarına, istəklərimə uyaraq etdiyim, tövbə etmədiyim, peşmançılığını çəkmədiyim günahlarımın çoxluğu... Özümü bir anda okeanın ortasında hiss etdim. Bəli, okeanın iri dalğaları arasında, məni suyun üzərində tuta bilən heç bir şeyin olmadığı, qapqara bir gecədə suların içindəydim.
Yalnız Rəbbim və Onun razılığı üçün xalis niyyətlə etdiyim əməllərimə baxdım... Baxdım ki, onlardan yapışım...
Çox təəssüf ki, onlar gözümə bir saman çöpü qədər kiçik, bir neçə saman çöpü qədər az göründü... Okean suları arasından məni xilas edəcək gücə malik deyildilər...

Gecənin ilk xoruzu banlamağa başladı. Saydım, tam on üç dəfə ötdü. Səhərə bir az qalmış yatağımdan qalxdım. Dəstəmaz aldım. Quran oxudum, tövbə etdim, şüursuz tövbələrimdən də Allaha sığındım, əgər sabah yaşasam bu günümdən fərqli olsun dedim.
Rəbbim, nəsib etsən, sabah qəbirsitanlığa gedəcəyəm. Etdiklərimin və etməli ikən etmədiklərimin şərindən Sənə sığınaram. Məni və müsəlman qardaşlarımı xeyirə qovuşdur...

Çox vaxt ruhumun məndən qoparaq, iztirablı və mənalı gəzintilər etdiyi qəbirstanlığa hər şeyin kölgəsinin iki qata çıxdığı anda gəldim. Qəbirstanlığın işçilərinin inşaat səsləri, uzaqlardan gələn şəhərin səs-küyü, ağaçların xışıltısı, böcəklərinin səsini eşidirdim. Qovulmuş şeytanın şərindən Rəbbimə sığınaraq addımımı atdım.
Torpağın altındakı ölülərin başdaşlarına sanki məscid əhatəsində dilənən dilənçilərin önlərinə açdıqları parça kimi mərmər və ya qranıtdən ibarət ağ-qara lövhələrə yazılı olan "Ruhuna Fatihə" sözü məni üzdü və düşündürdü!
Quranın anası, Kitabın anası Fatihə, dirilərin yaşantısından qoparılmış, məzar çərçivələrinə yazı olmuşdu. Ümumiyyətlə bura gələn hər kəs Fatihəni yalnız ölülərə oxuyur.
Fatihənin mənasını düşündüm.
"Həmd, aləmlərin Rəbbi, Rəhman, Rəhim və din gününün Maliki olan Allahadır. Biz yalnız Sənə ibadət edər və yalnız Səndən kömək diləyərik. Bizi doğru yola yönəlt; nemət verdiklərinin yoluna, qəzəbə uğrayanların və azanların yox!"
Görəsən, "Ruhuna Fatihə" deyilən bu meyidlərin, yaşadıqları həyatda Fatihə ilə əlaqələri hansı səviyyədə idi?
Onlar həyatlarında Fatihənin mənasına təslim olaraq yalnız Allaha qulluq edib, yalnız Allahdan kömək gözləyən insanlar idilərmi?
Qəzəbə uğrayanların və azanların yolundan Allaha sığınmışdılarmı?
Əgər onlarda bu keyfiyyətlər yox idisə, minlərlə Fatihə oxunsa nə olardı və ya nə qazandırardı onlara?
“Sıratı müstəqim”, yaşayan insanların arzulamaları vacib olan bir yoldu. Yolunu bitirmiş ölülər üçün "Bizi doğru yola çatdır" duasının nə mənası vardı? Öldükdən sonramı doğru yola gələcəkdilər, öldükdən sonramı doğru yolun yolçusu olacaqdılar?
Mən özümə və yaşayan insanlara Fatihəni oxudum.
Sadə, bəzəksiz, bəzi duyğuların məni ona tərəf yönəltdiyi, başdaşında heç bir yazı olmayan qara bir daşın olduğu məzarın yanında torpağa oturdum.
Hər tərəfim qəbirlərlə dolu idi...

Canlı ikən, ölməmişkən qəbirstanlıqdaydım. Saleh əməllərdən ibarət olan yol azuqəmin çox az olduğu və gələcəkdə etməyə ümid etdiyim gözəl əməllərin edilmədiyi, dünya sevgisinin məni əhatə etdiyi bir zamanda, geriyə dönüşü olmayacaq bir şəkildə bu qəbirstanlığa gələ bilərdim. Və o zaman üstünə oturduğum bu torpağın altında "Kaş ki, dünyaya bir daha qayıtsam, nələri etməzdim" deyə biləcəyim faydasız inləmənin, arzunun, peşmançılığın içində itib-batar və hesabımı bu iztirabla verməyə məcbur ola bilərdim...

Bu duyğuları yaşayarkən orkestr səsləri eşitməyə başladım. Səslər getdikcə artaraq qəbirstanlığa doğru gəlirdi. Oturduğum yerdən qalxdım və bir cənazə gətirildiyini gördüm. Orkestr müşayətində cübbəli, qalstuklu, kostyumlu, şəhərin öndə gələnlərindən, zənginlərindən ibarət olan bir qrup, rəsmi nömrə nişanlı avtomobillər, yüksək rütbəli generallar, ölən general dostlarını gül çələnglərinin əhatəsində yan tərəfdəki xüsusi qəbirstanlığa gətirirdilər.
Qəbirstanlığın sarıqlı, cübbəli, saqqalsız, bığsız, iki imamı, qapıda dayanaraq rütbəcə böyüyə qarşı ehtiram və hörmətin nişanəsi kimi əyilmiş bir vəziyyətdə tabutun avtomobildən enişini gözləyirdilər.
Gələnlərdən bəziləri ölü basdırılarkən qapıda gözləyib qəbirstanlığa girmədilər. Bəlkə də bilirdilər ki, dəstəmazsız qəbirstanlığa girilməz. Bəlkə də heç gəlmək istəmədikləri bir yer idi bura!
Hər zamanki kimi ənənəvi bir halda dəfn işi icra edildi. Ölünün üzəri gül çələngləri ilə əhatə edildi.
Olanları bir az kənardan izləyirdim. Hər kəs dağıldıqdan sonra yavaş-yavaş qəbrə doğru irəlilədim. Gözüm çələnglərin üzərindəki yazılara sataşdı. Banklar, məktəblər, holdinqlər, bir sıra rəsmi və qeyri-rəsmi idarələr sanki yarışırlarmış kimi çələng hazırlatdırmışdılar.
Qəbrə bir az da yaxınlaşdım, generalın vəziyyətini düşünməyə başladım. Bəzilərinin sevdiyi, bəzilərinin sevmədiyi bir general yatırdı burada.
Görkəmli uniforması ilə.
"Salam, əsgər?" dedikdən sonra, minlərlə əsgərin hamısının bir ağızdan.
"Salam" dediyi general ölmüşdü!
Bunları düşündükdən sonra qəbrə baxaraq "Necəsən general?" demək istəmədim. Lakin generalın vəziyyətini düşündükcə bir-birinin ardınca gələn suallarla qarşılaşırdım.
O, indi kimin hüzurundadır?
O, indi hansı hüquqa görə və hansı məhkəmədə nələrin hesabını verəcək?
Allahın dünyadakı hökmlərinə qarşı çıxıbsa və Allahın hökmlərinə zidd hökmlərin icra edicisi, qoruyucusu, müdafiəçisi olubsa, bu generalı indi kim qurtara bilər?
Onu nə Allahın qatında qiymətli edər, nə dəyərə mindirər? Hansısa bankın baha qiymətə hazırlatdığı nadir çiçəklərdən ibarət olan çələngmi, yoxsa pul müqabilində onun üçün oxunacaq Quranmı, alacağı pulu düşünən din məmurumu?
Günəş batmaq üzrə ikən qəbirstanlıqdan ayrılıb yavaş-yavaş şəhərə dönürdüm. Generalın o biri dünyasını etdiklərinə görə qiymətləndirdiyimdə, ona və onun kimilərə İnsan olduqları üçün acıdım və bu dünyada hidayətə qovuşmaları üçün dua etdim.
Meyidə soruşmadığım, soruşmaqda fayda görmədiyim sualı, yaşayan generallara vermək istədim:
Necəsən, general?!


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka