Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏLƏKLƏRƏ İMAN

[ Oxu! / 3513 dəfə baxılıb ]   
|
 
Mələk, sözün kök mənasından da aydın olduğu kimi həm əşyanın qəlbinə yerləşdirilən gizli gücə və ya güc mərkəzinə, həm də ə-l-k və ya "uluk" kökünə nisbətlə peyğəmbər olmayanlara "görünməyən elçilərə" verilən addır. Kəlmənin əsas hərflərinin m-l-k olduğu qəbul edilsə, bu hərflərin yer dəyişdirməsiylə yaradılacaq altı fərqli sözün hamısı da bizi bu iki mənaya gətirib çıxarır: “şiddət və sürət". Quran vəhy mələyindən danışdığı yerlərdə bu iki kök mənaya vurğu vurur:

"Bu [Quran], ona endirilən bir vəhydən ibarətdir; onu, qabiliyyəti son dərəcə güclü bir [mələk] öyrətdi; təsiredici və tam təchizatlı" [53:4-6] "Elçi [mələk]lərin əlləriylə yayılan bu mesaj" [80:15]

Mələklər eynilə sözün mənşəyi kimi, iki ayrı kateqoriyada dəyərləndirilə bilərlər: Birincisi Allahın əmrinə tabe olan və var olmaq məqsədləri Onun təlimatlarını yerinə yetirmək olan vəhy mələyi, müşahidə edən mələklər, nəzarət edən mələklər, qoruyucu mələklər kimi görünməyən ilahi güclərdir. İkincisi də Allahın Adəmoğullarına "boyun əymələrini" istədiyi əşyanın, ilahi əmrə tabe qılınmış gücüdür. Razi kimi bəzi təfsirçilər, insana səcdə etmələri əmr edilən mələklər üçün "yer üzü mələkləri" ifadəsini istifadə edir ki, bu yer üzündə həyatı inşa üçün yaradılan insana, əşyanın özünə, insanoğluna boyun əymək əmrinin verildiyini ifadə edər.
Mələklərə iman, eyni zamanda, məxluqatın yalnız gördüklərimizdən ibarət olmadığına imandır. Yaradılmışlar aləmi, beş duyğumuzla qəbul etməkdən aciz olduğumuz varlıqları da əhatə edən böyük bir aləmdir.
Mələklərə iman ilə vəhyə iman arasında qopmaz bir əlaqə var. Çünki vəhyin eniş üsullarından biri də onun vəhy mələyi ilə gəlməsidir. Cəbrayılın yeganə vəzifəsi vəhyi gətirmək deyil. Eyni zamanda Cəbrayıl Peyğəmbəri və möminləri dəstəkləyir. [2:87 və 58:22]

Mələklərə iman, Allahın bizi rəhmətiylə hər an və hər yerdə ehtiva etdiyinə imandır. Çünki mələklər ilahi əmrə tabe olan ilahi güclərdir. Buna görə də Quranda onlara "Allahın orduları" adı verilmişdir. Yenə Quran "Əlbəttə Allah iman edənləri müdafiə edər" buyurur. Allah "bitdim" deyən mömin qullarını eynilə Bədir döyüşündə olduğu kimi mələkləriylə müdafiyə edər və dəstəkləyər. Bu dəstək bəzən möminlərin qəlblərinə endirilən güc, daxili sükunət, cəsarət, cəladət, səbir və stabillik; bəzən də möminlərin düşmənlərinin ürəyinə endirilən qorxu və hürkü formasında reallaşar [8:9-12 və ayrıca; 3:123-124].
Bu Qurani nümunələr də göstərir ki, bir möminin dəstəklənməsi üçün Allaha imanın yanında mələklərə də ürəkdən iman etməsi vacibdir.

Həzrəti Peyğəmbər mələklərin nurdan yaradıldığını söyləmişdir [Müslim, 53:10]. Bu eyni zamanda, Quranın tüstüsüz atəşdən yaradıldıqlarını ifadə etdiyi cinlərin mələklərlə eyni materialdan olmadığını da göstərir. Quranda mələklərin "çox qanadlı" [35:1] olduqlarının ifadə edilməsi yəqin ki, mahiyyətini qavraya bilməyəcəyimiz məcazi bir izahatdır. Peyğəmbərimiz bir dəfə Cəbrayılı öz əsl surətində [fi surətihi] 600 min qanadıyla bütün üfüqü örtmüş bir halda gördüyünü ifadə etmişdir [Buxari və Müslim]. Bu, mələk sözünün kök mənasının da işarə etdiyi güc və sürətə dəlalət edər.
Mələklərə imanın möminin həyatındakı praktik təzahürünü hər an görə bilərik. Allahın görünməz gücləri ilə dəstəklənildiyini bilmək, möminin mənəvi qüvvəsini artırar. İnsanlar həmcinsləriylə ünsiyyət qurarkən, mələkləri də o insanların mələkləriylə ünsiyyət qurar. Əşyaya əl uzadarkən yalnız əşyaya deyil onun mələyinə də əl uzatdığımızı bilmək, bizi ətrafımızdakı varlıqlara qarşı daha həssas edər.
Mələklərin möminlərə dua edib dəstək verdiyini yenə Qurandan öyrənirik [33:43]. Çətin vəziyyətdə qalan hər möminin, mələklərin onun üçün duaya dayandığını düşünməsi, onların Allaha açılan əllərini görərcəsinə inanması, onun ürəyinə heç bir sakitləşdiricinin verə bilməyəcəyi bir sükunət verəcək.
Yenə Qurandan, mələklərin möminlər üçün Allahdan əvf dilədikləri və istiğfar etdiklərini öyrənirik [40:7 və 42:5]. Mələklərə iman edən möminlər, sanki bu imanlarının qarşılığını mələklərin onlara etdiyi dua və istiğfar ilə alırlar. Mələklərin onlar üçün Aləmlərin Rəbbinə istiğfar etdiyini bilməyin bir möminə verəcəyi ümid və yaxşı bir insan olmaq cəhdindən danışmağa belə ehtiyac yoxdur. Bu şüurla o mömin, mələyiylə tanış-biliş olduğunu və mələyinin onunla davamlı olaraq maraqlandığını hiss edəcək. Bu mələklərə iman şüurudur və bu şüur sayəsində mömin, imanın doyumsuz dadına yenidən qovuşacaq.
Canları alanlar da [4:97; 16:28], insanların əməllərini yazanlar da mələklərdir [28:10-12]. Yenə mələklər Rəbbin ərşini daşımaqdadırlar [40:7; 69:17]. Bütün bunlar, mələkləri yaradan və onları əmrinə hazır edən Allahın böyüklüyünün dəlillərindəndir.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka