Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏZAR NOTLARI 1

[ Oxu! / 10568 dəfə baxılıb ]   
|
 
“Ölüm nəsihət olaraq yetər” [Rəsulullah]

Bir
Məzar bir tarixdir. Məzar bir kitabdır. Məzar bir ibrət lövhəsidir. İnsanın qəlbinin gözüylə baxa bilməsi kifayətdir ki, qəbirləri ruhuyla idrak edə bilsin. Məzar tərbiyə ocağıdır. Məzar haqq-hesab məkanıdır. Məzarlar vəhyə görə və axirət hesabı ilə məqsədəuyğun qərarların alına biləcəyi, incə duyğuların Quran və sünnə ilə qiymətləndiriləcəyi əsl yerlərdir. Məzarlar mənasını və həyat qayəsini itirən şəhərlərin və insanların yanında, ən diri, ən canlı, ən mənalı şəhərlərdir.

Məzarlar diridir, məzarlar canlıdır...
Məzarlara özündən və özümüzdən baxınca, susaraq anladılanın ən mükəmməl məqamlarını görürük. Hələ siz oraya bir gedin və oradakılarla tanış olmağa çalışın və tərcümeyi-hallarını bir-bir dinləyin. Məzarların ağacları sizlərə nəsihət verər, daşları belə danışar. Əyilin, əyilin və gələn səsləri ruhunuzun qulağı ilə dinləyin. Hər qulaq ordan fitrətinə yaxınlığı nisbəti ilə bir şey duyacaq.
Baxmasını bilən gözlər, eşitməsini bilən qulaqlar, nələr görməz ki, nələr eşitməz ki, məzarlarda...

Ada: II Sahə: 1008-ci məzarlıqdakı 1280 № qəbirin yanındayıq. Həsən Şenol. Doğumu: 1938 Ölüm: 1984. Oğlu Namiq, yoldaşı Xədicə.
Hərhalda yaxında ziyarətçisi gəlmişdi, çünki üzərinə qoyulan çiçəklər hələ qurumayıb. Qəbrin başında iki ədəd büzülmüş, burun və ya göz yaşı silinmiş kağız salfet var. Kim bilir hansı duyğuları əks etdirir?
Qəbrin üzəri hələlik sadəcə torpaqdan ibarətdir. Sifarişləri verilmiş, yaxında mərmərlənəcəkmiş. Mən məzarın mərmərlənəcəyini, dümağ mərmərlərlə örtüləcəyini eşitmişdim, amma görəsən özü də bilirdimi?
Məzarın mərmərlə örtüləcəyini bilsə sevinərdimi? Mərmərsiz məzarlara baxaraq, mərmərli məzarı ilə qürurlanardımı?
Ona xəbər vermək məqsədi ilə...
"Məzarın mərmərlə örtüləcəkmiş!." deyə pıçıldadım.
"Get işinə-gücünə, mənə nə mərmərdən!" Səsi sanki iç dünyamda əks-səda verdi.
Doğru söyləyirdi, mərmərdən ona nə? Məzarı mərmərlə örtülmüş və ya örtülməmiş ona nə faydası vardı? Yaxşı bəs, bu məzarları mərmərlərlə örtənlər, bunu kimin üçün edirdilər?
Sualımdakı saflığa özüm də gülümsədim. Kimin üçün etdikləri, kimin üçün edəcəkləri məlum deyildirmi?
"El-aləm nə deyər?" qayğısı ilə öz etibarları, öz ad-şanları, öz şərəfləri üçün etmirdilərmi?
Onlar həm torpağın üstündən və həm də torpağın altından qafil insanlar deyildirlərmi?

Hələ ki, sadə bir görünüşdə olan bu qəbirə təkrar baxdım. İzmirin Bayandır bölgəsində 1938-ci ildə doğan Həsən Şenol, səkkiz yaşındaykən ailəsiylə birlikdə İzmirə köçmüşdü. Orta məktəb məzunu olan meyid, Diyarbakırda əsgərliyini çəkib, 1963-cü ildə evlənmiş. Bu evlilikdən biri qız digəri oğlan iki uşağı olmuşdu. Abort silahı ilə neçə uşağını, hansı günaha görə öldürdüyünü və ya öldürtdüyünü isə siz soruşmayın. Çünki bildiyiniz kimi bunu Rəbbimiz soruşacaq...

Bir suç iddiası ilə işlədiyi bankdan qovulan Həsənn Şenol, yaşadığı məhəllədə bir qəhvəxana açaraq həyatını sürdürmüşdü. Fərqli qruplardan insanlarla qarşılaşıb, onlarla müxtəlif mövzularda söhbət edən Həsən Şenol, çənədən boş, özünü hər zaman haqlı hesab edən bir xarakterə sahib idi.
Qəhvəxanada qumar oynadıb, içki içirtməsinə baxmayaraq müslümanlığına toz qondurmaz və hər fürsətdə qəlbinin təmizliyini dilə gətirərdi. Təqaüd yaşına gəlməsinə 4 il qalmış qarşılaşdığı müsəlman tipli insanlar "Təqaüdə çıxdıqdan sonra bu işlərə tövbə edib namaza başlayacağam" deyərdi.
Ancaq nə oldusa, 1984- cü ilin aprel ayının ilk həftəsinin şənbə axşamı oldu. Köhnə dostuyla, qəhvəxanada bir kənarda içki içərkən, hesab üzündən çıxan bir mübahisədə araya girmiş və dörd yerindən bıçaqlanmışdı.
Xəstəxanaya qanlar içində aparılarkən ölümün soyuq çöhrəsiylə qarşılaşıb, həyatının haqq-hesabını apararkən haqlı bir təlaşa düşür.
İndi ölmək zamanıdırmı!.
Daha tövbə edəcək, içkini və qumarı buraxacaqdı.
Bu halda, üstəlik içkili ikən qəbirə necə girəcək, hansı üzlə Allahın hüzuruna çıxacaqdı?
Qızı ağılına gəldi. "Kaş ki, maniken olmasına icazə verməsəydim" deyə qəlbindən keçirdi. Doğrudan da! Maniken olmasına, orasını, burasını açmasına, el-aləmin kişilərinə nümayiş etməsinə niyə icazə vermişdi ki? Dilinin ucuna gələn "Hey, sən xoşqeyrətsənmi?" ifadəsini, ön dişləriylə sıxıb, azı dişləriylə boğmaq istədi, oğlu ağılına gəlincə, sanki beşinci, altıncı, yeddinci bıçaq zərbəsini yemiş kimi oldu. Söydü, söydü... Özünün böyütmədiyi, özünün tərbiyə vermədiyi oğuluna bir daha, bir daha söydü...

Təkrar özünə gəldi. Ölməməli idi, nə olursa-olsun ölməməli idi. "Xilas olsam ilk işim namaza başlamaq olacaq" deyə keçirdi qəlbindən. Namaza başlamaq üçün bu dörd il müddətini də haradan çıxarmışdı ki?
İnsan bu!. Dörd il yaşayacağı nə məlum?
Ya dərhal ölsə!
Ya dərhal ölsəm!
Yox, yox ölməməliyəm, ağzım da leş kimi araq iyi verir...
Başını tutan adamın səsini eşitdi.
"Qardaş sürətli sür, adam öləcək. Çox qan itirir."
"Kim öləcək? Mənmi? Mənmi öləcəyəm? Mən ölməməliyəm, mən yaşamalıyam. Çünki mən tövbə edəcəyəm, çünki mən namaz qılacağam, çünki mən hıkk.. Mən ölməməliyəm, ölməyəcəyəm, ölməyəcəyəm.. İçkili halda heç ölünürmü?"
"Kaş ki, içməsəydim, kaş ki, tövbə etsəydim, kaş ki, namaz qılsaydım, kaş ki..."
Qardaşım, sürətli sürməyə ehtiyac qalmadı, adamcığaz öldü!.
Bu tərcümeyi-hal ilə Həsən Şenolun qəbirinə təkrar baxırıq. Və "Kaş ki!" hayqırışlarını eyni dirilik və eyni canlılıqla təkrarlandığını eşidirik.
Kaş ki...
Kaş ki....
Kaş ki.......

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka