Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏZRƏTİ İSHAQ

[ Oxu! / 14246 dəfə baxılıb ]   
|
 
Həzrəti İshaq Həzrəti İbrahimin Saradan olan oğludur. Onun doğulacağı barədə müjdə “Hud” surəsinin 71-ci ayəsində verilir. Qurani‐Kərimdə Həzrəti İbrahimə oğulları barədə iki yerdə müjdə verilir ki, bunlardan biri “Hud” surəsi 71-ci ayə, digəri isə “Səffat” surəsi 101-ci ayədir. Birinci möcüzəvi bir müjdədir, ikincisi isə İbrahimin duasına cavab olaraq.

Saffat surəsinin 101-ci ayəsində doğulacaq körpənin adı zikr olunmur, lakin qurban ediləcək körpənin məhz bu uşaq olduğunu ayələrdən anlayırıq. Daha sonra isə elə həmin surənin 112-ci ayəsində “Bir də ona saleh qullardan biri olan bir peyğəmbəri, İshaqı müjdələdik” deyilir. Buna istinad edən müfəssirlər də ilk ayələrdə [Saffat, 102-108] Həzrəti İsmayıldan danışıldığı qənaətindədirlər. Saffat 112-də isə “İshaqın peyğəmbərliyi müjdələnir” fikrindədirlər. Sanki bu, Həzrəti İbrahimə təslimiyyətinin qarşılığı olaraq verilən bir müjdədir. “Allah almaq üçün deyil, sınamaq üçün istəyər.” Bir İsmayılı istədi ki, əvəzində İshaqı da versin, Yəqubu da... “Ey qulum! İsmayılı sənə Mən vermişdim. Mənim sənə verdiyim bir əmanəti [övlad bir əmanətdir] Mənə təslimiyyət göstərərək verə bilərsənsə Mən də sənə əvəzində gözəl bir mükafat verərəm.”
“Bir də ona saleh qullardan biri olan bir peyğəmbəri, İshaqı müjdələdik; Onu və İshaqı mübarək qıldıq...” [Saffat, 112, 113]
“...Salam olsun İbrahimə!” [Saffat, 109]
Salam olsun təslim olanlara!

Həzrəti İbrahimin qurbanlıq oğlu barəsində daha geniş [http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1461] “Həzrəti İsmayıl” bölümündə danışdığımız üçün daha ətraflı izahata ehtiyac görmürük. Sadəcə onu qeyd edək ki, Tövratın Təkvin bölümündə qurbanlıq uşağın İshaq olması barəsində yazılsa da, elə Təkvin surəsinin 22‐ci ayəsində bir də “İbrahimin yeganə/ilk oğlunun” qurban edilməsindən danışılır. Yeğanə/ilk oğulun isə Həzrəti İsmayıl olması barəsində ittifaq vardır. İslami qaynaqlarda qurbanlıq uşağın Həzrəti İshaq olması barədə olan rəvayətlər isə Qabul Ahbara istinadən söylənilmişdir ki, bu şəxs Həzrəti Ömərin xəlifəliyi dövründə İslami qəbul etmiş bir yəhudidir və söylədiyi rəvayətlərdə israiliyyat qaynaqlarına istinad etmişdir.

Bir hədisi şərifdə isə Həzrəti Peyğəmbər “Mən iki qurbanlığın oğluyam” buyurmuşdur. İslam tarixçiləri iki qurbanlıqdan birinin Həzrəti Peyğəmbərin atası Abdullah, digərinin də İsmayıl olduğunu söyləyirlər. [İbn Hişam, əs-Sira, I, 160]

Qeyd edək ki, Həzrəti İshaqın adı Qurani-Kərimin 12 surəsində, 17 ayəsində keçir. Bu ayələrdə adı bir çox yerdə atası Həzrəti İbrahim, qardaşı Həzrəti İsmayıl və oğlu Həzrəti Yaqubla birlikdə zikr edilir. Bu ayələr barəsində “Həzrəti İbrahim” və “Həzrəti İsmayıl” ilə əlaqədar olan bölümdə qeyd etdiyimiz üçün burada bir daha onları zikr etmədik.
Həzrəti İbrahim ilə əlaqədar bölümdə də qeyd etdiyimiz kimi, Həzrəti İshaqın doğulacağı barədə müjdəni, Lut qövmünü həlak etmək üçün göndərilən mələklər İbrahimin xanımı Saraya vermişdilər. Müjdəni alan Həzrəti Sara əvvəlcə heyrətə düşmüş, sonra isə gülmüşdü. “Mümkündürmü?” demiş, Mələklər də: “Sən Allahın işinə təəccüb edirsən?” deyə cavab vermişdilər. Bu xəbər bir tərəfdən də sanki Lut qövmünü həlak etmək üçün gələn mələklərin İNSANLIĞIN İSLAMLA [peyğəmbərlər və onlara iman edənlərlə] davam edəcəyi barədə bir müjdəsi idi: “Səni İshaq və ondan sonra gələn Yəqubla müjdələyirik.” Həyat davam edir... İsmayıl, İshaq, Yəqub... Yusif, Bünyamin... Böyük bir ailənin fərdləri. İbrahim ailəsinin müjdələri... Bütün pisliklər bir gün yox olmağa məhkumdurlar, amma bütün yaxşılıqlar “Allahın mükafatlandırılmasına.” “Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.” [Ənam,84; Yusif, 22; Qasas,14; Saffat, 105...] İbrahim və nəsli bizə bir örnəkdir. "Nədir yaxşı iş?" deyirsənsə onlara bax...

Bir də onu qeyd edək ki, Qurani‐Kərimdə Həzrəti İshaqla bağlı ayələr əsasən onun doğumu haqqında müjdə, ailm olacağı barədə xəbər, peyğəmbərliyi və nəslindən gələnlərin içindən də peyğəmbərlər olacağı barədə məlumatlardır. Quran bizə onun risalətini necə davam etdirməsi barəsində heç bir məlumat vermir.

Həzrəti İsmayılın ərəblərin, Həzrəti İshaqın isə İsrailoğullarının atası olması barədə müsəlman və qeyri‐müsəlman üləması ittifaq edirlər.

İQ'RA/Azerislam.com

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka