Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KƏLMƏYİ TÖVHİD VƏ KƏLMƏYİ ŞƏHADƏT

[ Oxu! / 7588 dəfə baxılıb ]   
|
 
Allaha iman kəlməyi tövhiddə saflaşır.
Tövhid kəlməsi, yəni la ilahə illəllah. Bu, bir mənada "yüzdə yüz Allah" deməkdir: "Və [sən ey müxatib] unutma ki, Allahdan başqa ilah yoxdur!" [47:19]

Kəlməyi tövhid, iman ediləcəklər siyahısının altına atılan imzadır.
Kəlməyi tövhid, həqiqətin bir cümlə ilə etirafıdır.
Kəlməyi tövhid, sözün məğzidir.
Kəlməyi tövhid, bütün kəlmələrin düşünən qəlbidir. Söz ruhunu ondan alır. Hər kəlmə, hər cümlə, hər mətn, ona yaxınlığı nisbəti ilə qiymətli bir kəlam, ondan uzaqlığı nisbəti ilə də dəyərsiz bir sözdür.
Kəlməyi tövhid, varlıq həqiqətinin süzülüb, qəlibə tökülərək sözə çevrilmiş formasıdır. Nəfəs-i ilahinin sirridir. İnsan bu kəlməni tələffüz edərkən iki dəfə "Hu" [O] deyər, Ondan başqa ibadətə layiq heç bir məbudun olmadığını söyləyərkən, ta ciyərdən bir Hu [O] səsi gəlir, yalnız Onun olduğunu söyləyərkən də, ta ciyərdən bir "O" səsi gəlir. Canlıların yaşadığını isbat edən nəfəs, eyni zamanda bu həyatı var edənə bir işarədir.

Kəlməyi tövhid kimi kəlməyi şahadət də Allaha imanın söz qəlibinə tökülməsidir. Şahadət kəlməsi, insanın Allahın varlığına və birliyinə şahid qılınaraq şərəflədirilməsidir. Biz bu dünyaya, sahib olmaq üçün deyil, şahid olmaq üçün gəldik, elə deyilmi?
Var olmaq şahid olmaqdır, şahid olmaq var olmaqdır.

1. Şahadət, şahid olmaqdır. Allaha şahid olmaq, Onun varlığına və birliyinə, rəhmətinə və mərhəmətinə, hakimiyyətinə və hikmətinə, əzəmətinə və izzətinə, səltənətinə və qüdrətinə, sevgisinə və vəliliyinə, nemətinə və hidayətinə, böyüklüyünə və ulviyyətinə şahid olmaqdır.
2. Şahid qılmaqdır; öz yaradılış və xilqətini Ona şahid qılmaq, ubudiyyət və ibadətini, elmini və irfanını, sərvətini və səhhətini, həyatını və ölümünü, nəhayət cananını və canını Ona şahid qılmaqdır. Vəhyin diktə etdirdiyi bu andı, ancaq belə bir şahidliyə hazır olanlar oxuya bilərlər:
"De ki: Mənim namazım və niyazım, ibadətlərim, həyatım və ölümüm, Aləmlərin Rəbbi olan Allaha hədiyyə olsun!" [6:162]
Əşhədu ən-la ilahə illəllah, və əşhədu ənnə Muhammədən abduhu və Rasuluh:
"Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur; yenə şahidlik edərəm ki, Məhəmməd Onun qulu və Onun elçisidir."

Vəhy Allahı tanıdır

Allah özünü tanıtdığı kimidir: "O elə bir Allahdır ki, Ondan başqa ilah yoxdur; O ağlın idrakını aşan həqiqətləri də, dərk edilə bilən həqiqətləri də biləndir; O Rəhmandır, O Rəhimdir. O elə bir Allahdır ki, Ondan başqa ilah yoxdur; O varlığın mütləq sahibidir, qüdsiyyətin qaynağıdır, qurtuluşdur, güvənin və güvənliyin mərkəzidir, mütləq nüfuz sahibidir, üstünlüyü mübahisə edilməz olandır, hər zaman hökmünü icra edəndir, böyüklükdə hüdudsuzdur. Uca Allah, onların ilahlıq yaraşdırdıqları hər şeydən uzaq və münəzzəhdir [1]. O Allahdır, mütləq yaradan, yaratdıqlarının modelini də yaradan, onlara şəkil verəndir. Bütün mükəmməlliklər yalnız Ona məxsusdur; Göylərdə və yerdə olan hər şey Onun hüdudsuz şanını ucaldar: çünki ucalar ucası, sonsuz hikmət sahibi Yalnız Odur!" [59:22-24]

Allah öz özünə yetəndir, Ona möhtac olan sizsiniz: "Ey insanlıq ailəsi! Allaha möhtac olanlar sizlərsiniz; Allaha gəlincə: O, öz-özünə yetən, sonsuz zənginlik sahibidir, [əksinə] hər şey Ona həmd ilə tabedir." [35:15]

Allah quluna yetər: "Heç Allah quluna yetməzmi ki, onlar səni Ondan başqalarıyla qorxudurlar?" [39:36]

Şərəf və etibarın qaynağı Allahdır: "Kim qalıcı şərəf və etibar axtarırsa, yaxşı bilsin ki, kamil bir şərəf və etibarın qaynağı Allahdır. Ona yalnız gözəl sözlər yüksələr, o sözləri ucaldan isə gözəl işlərdir." [35:10].

Hər iş dönüb-dolanar sonunda Allahın dediyinə varar: "Göylərin və yerin gizli həqiqətləri Allaha aiddir; və sonunda hər iş dönüb-dolanar Allahın [dediyinə] varar: bu halda yalnız Ona qul ol və Ona güvənib döz; çünki sənin Rəbbin, etdiklərin qarşısında əsla laqeyd qalmaz." [11:123]

Allah əsla zülm etməz: "Mənim, qullara əsla zülm etmək ehtimalım yoxdur." [50:29] "Biz onlara əsla zülm etmədik, lakin onlar öz-özlərinə zülmət etdilər." [11:101]

Allah heç kəsin etdiyini cavabsız qoymaz: "Allah izzət və əzəmət sahibidir, heç kəsin pisliyini cəzasız qoymayandır." [39:37]

Allahdan deyil, Allaha qaçın: "Allaha qaçın." [51:50] "Yaxşı bilin ki, siz Allahı əsla aldada bilməzsiniz." [9:3]

Sizə yalnız bir öyüdüm var: Allaha qarşı əsas duruşunuzu pozmayın: "De ki: Sizə tək bir öyüdüm var: İstər tək başınıza, istərsə də başqalarıyla birlikdə olun, əsla Allaha qarşı əsas duruşunuzu pozmayın." [34:46]

Mütləq hakim Allahdır: "De ki: ‘Ey mülkün sahibi Allahım! Sən dilədiyinə mülkü verir, dilədiyindən də onu geri alarsan; dilədiyini əziz edər, dilədiyini də zəlil edərsən; xeyrin hamısı Sənin əlindədir, çünki Sən hər bir şeyə qadirsən.” [3:26]

Heç kim insana Allahdan daha sevimli olmamalıdır: "De ki: “Əgər sizə atalarınız, uşaqlarınız, qardaşlarınız, həyat yoldaşlarınız, mənsubu olduğunuz kütlə, qazandığınız mallar, iflas olmasından qorxduğunuz ticarət və xoşunuza gələn iqamətgahlar, Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha sevimli gəlirsə, Allahın buyruğu həyata keçənə qədər gözləyin. Bu qətidir ki, Allah, məsuliyyətsizcə davranan bir cəmiyyəti doğru yola yönəltməz.” [9:24]

Allah əsla yatmaz və unutmaz: Heç düşündünüzmü ki, ayətəl-kürsi [2:255], nə üçün Quran taxtının sultanıdır? Cavabı aydındır: Allahın unutmadığını və yatmadığını xatırlatdığı üçün. Unudan və yatan bir Allah təsəvvürü, yalnız moderinlərə məxsus olan bir səhv deyil, insanoğlunun ən qədim səhvlərindən biridir. "Hamını özü kimi hesab etmək" deyə bir ifadə var; bəzi insanlar bu "hamı" siyahısına, həddini aşıb "Tanrını" da daxil ediblər.


[1][Ər] Pak, qüsur və nöqsanlıqlardan uzaq. Heç bir şeyə möhtac olmayan.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka