Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AXİRƏTƏ İMANİN ÖNƏMİ

[ Oxu! / 3165 dəfə baxılıb ]   
|
 
Qurana baxdığımız zaman bütün azğınlıqların, üsyanın və inkarların yeganə bir səbəbə bağladığını görürük. O da axirəti nəzərə almadan və axirətdən qorxmadan yaşamaqdır. “Xeyr, doğrusu onlar axirətdən qorxmurlar.”

Quran, tərbiyə etməyə çalışdığı insanda ilk mərhələdən etibarən axirət şüuru formalaşdırmağa başlayır. Xüsusi ilə Məkkədə enən surələrin hamısında, Mədinədə enən surələrin də bir çox ayələrində bunun şahidi oluruq. Bu narahatlıq məlum bir səviyyəyə yüksəldiyi zaman insanların həyatlarında inqilabların baş verdiyinə şahid oluruq. Məsələn; içki Mədinə dönəmində Uhud savaşına qədər yasaqlanmamışdı. Fəqət o zaman ki, içkini qəti olaraq qadağan edən ayə endi həmin andan etibarən bütün evlərdəki şərab küpələrinin qırılaraq içkili həyata son verildiyini görürük. Lap yaxşı, bəs bu nədən qaynaqlanır? Təbii ki, axirət və Allah qorxusundan. O insanlar o günə qədər elə tərbiyə edilmişdilər ki, etdikləri işin axirətdə onlara baha başa gələcəyi söylənildiyi anda həmən o işdən vaz keçirdilər.

İndi də insanlar qanun çıxarırlar. Ən gözəl qanunları çıxardaraq insanların həyatlarında dəyişikliklər etməyə çalışsınlar, baxaq görək, bunu necə bacaracaqlar. İstədikləri kimi bacara bilmirlər. Çünki əsgər, polis gücü ilə bunu etmək olmaz. Nəhayət onlar da insandırlar. Fərqli yollarla [rüşvət, adam aldatmaq və s.] vəziyyəti nizamlayıb öz xeyrimizə həll edə bilirik. Amma elə bir varlıq və elə bir gün düşünün ki, dünyəvi qanunların heç biri keçmir və o gün heç kimi aldada bilmirsiniz. Heç kimə qarşı çıxa bilmirsiniz və Biri o ana qədər etdiyiniz işləri dəyərləndirərək haqqınızda qərar verir, siz də o qərara tabe olmaq məcburiyyətində qalırsınız. Necə qorxmazsınız?

Axtirətə imanı, axirət narahatlıqlarını, cənnət və cəhənnəm məfhumlarını ortadan qaldırdığınızda insanları heç cür inandıra bilməzsiniz. Yəni yaxşılıqları özbaşlarına edib, pisliklərdən də özbaşlarına vaz keçmələrini təmin edə bilməzsiniz. Hər zaman başlarının üstündə əsgər, polis qoya bilməzsiniz. Əsgərin, polisin olmadığı zaman insanlara necə nəzarət edəcəksiniz? Bax, axirətə iman; özünə nəzarətin ən böyük və yeganə mexanizmasıdır. Axirət və Allah qorxusu olmadan insanların əxlaqlı və dürüst olmağa necə sövq edəcəksiniz? Əgər bir insan etdiyi pisliyin cəzasını çəkməyəcəyini bilsə niyə o pislikdən vaz keçsin ki? Və ya edəcəyi yaxşılığın müqabilində mükafat almayacaqsa, o yaxşılığı niyə etsin ki? Deyəcəksiniz ki; insanlıq üçün. Lap yaxşı, o zaman “o ölən kimi bu insanlar çox qısa bir zaman içində onu unudacaqlar.” Biri ölüncə qısa sürən süni yas mərasimindən sonra hər kəs həyatına qaldığı yerdən davam edir və əvvəlki kimi yaşayır. Unutmasalar belə, öldükdən sonra ona nə faydaları olacaq ki? O halda insanları yaxşılığa, yardıma çağırarkən “haydı insanlıq üçün, insanlıq naminə yardım…” kimi təşviqlər çox mənasız olur və bu kifayət deyil.

Amma düşünün ki, “bir varlıq” var və “bir gün” var. O Varlıq, o gün etdiyiniz bütün yaxşılıqların əvəzini qat-qat artığı ilə verəcək və etdiyiniz pisliklərə görə də sizi cəzalandıracaq. O Varlıq heç bir yaxşılığı unutmaz, ədalətlidir, heç bir şeyə ehtiyacı yoxdur, hər şeyin yaradıcısı və sahibidir. Onun hüzurunda heç kəs danışa bilməz, O, əsla heç kimə zərrə qədər zülüm etməz, çox mərhəmətli, çox bağışlayandır. İnsan belə bir Varlığa iman edib, sadəcə Onun rizasını qazanmaq arzusu ilə yaşadığı zaman artıq siz bu insanları “Allahın rizasını qazanmaq” məqsədi ilə yaxşı işlərə asanca yönləndirə bilər və pis şeylərdən də asanca uzaqlaşdıra bilərsiniz. Əks halda bütün zəhmətiniz boşa gedər. Axirət qorxusu olmadan insanlar fürsət tapdıqca pislik edə biləcəkləri üçün heç kim heç kimə ehtibar etməz. Belə bir cəmiyyətdə isə həyat davam edə bilməz, davam etsə də dözülməz bir hal alar.

Quranda peyğəmbərlərlə qövümlərinin mücadilələrinə baxdığımız zaman ən çox “öldükdən sonra diriliş və hər şeyin əvəzinin veriləcəyinə inam” fikrinin inkar edildiyini görürük. Bu insanların heç cür qəbul etmədikləri, daha doğrusu qəbul etmək istəmədikləri bir vəziyyətdir. Çünki qəbul etdikləri təqdirdə istədikləri kimi hərəkət edə bilməyəcəklər. Həyatları məhdud və məsuliyyətli olacaq.
“Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik? [Nəinki sümüklərini bir yerə toplamaq] daha doğrusu Biz onun barmaq uclarına varıncaya qədər yenidən yaratmağa qadirik.” [Qiyamət, 3-4]
“Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də [bizdən] əvvəlki atalarımız [dirildiləcəklərmi]?! De: “Bəli, özü də zəlil [xar] olaraq.” [Saffat, 16-18]
“İnsan, “mən öldükdən sonra həqiqətən diri olaraq [məzardan] çıxarılacağammı? deyər.” [Məryəm; 66]
Allah ölümdən sonrakı diriliş barəsində etiraz edənlərə onların yaradılışını və bitkilərin ölü torpaqdan necə çıxarıldığını misal çəkərək cavab verir və təfəkkür etmələrini istəyir: “Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa [ilk yaradılışınızı yadınıza salın]. “Həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş bir parça ətdən yaratdıq. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq, beləliklə yetkinlik çağına yetişərsiniz. Kiminiz öldürülür, kiminiz də ömrün ən fəna çağına çatdırılar ki, bildiyi bir şeyi bilməz olar. Sən yer üzünü qupquru görərsən; fəqət Biz ona su endirdiyimiz zaman o, hərəkətə gələr, qabarar və hər növ gözəl bitkidən cüt-cüt yetişdirər. Bunlar yalnız Allahın haqq olduğunu, ölüləri dirildəcəyini, gücünün hər şeyə yetdiyini, şübhə edilməyən qiyamət saatının gələcəyini, Allahın qəbirlərdə olanları dirildəcəyini göstərir!” [Həcc, 5-7]

O halda ən çox bu həqiqətə qarşı çıxanlar kimlərdir? Bu sualın cavabını müəllimim Mustafa İslamoğlunun “İman” adlı kitabından öyrənək: “Namussuzlar əvvəlcə inanmazlar. Çünki axirətin varlığını xəbər verən Allahdır. Allah isə namussuzluğun hər növünü qadağan etmişdir.
Əxlaqsızlar inanmaz. Cənnət, cəhənnəm, mizan, hesab, sorğu, yenidən diriliş biz insanlara vəhiy tərəfindən verilən məlumatlardır; ağlın özünün öyrəndiyi məlumatlar deyil. Vəhiy isə əxlaqı əmr edər, yoxsulu qorumağı, yetimə zülüm etməməyi, acları doydurmağı, insanlarla gözəl davranmağı əmr edər. Fəzilət və ədaləti, şəfqət və mərhəməti, iffət və izzəti, yardımlaşmaq və səbr etməyi, sevgi və məhəbbəti, elm və irfanı əmr edər. Ömrünü yataqxana, yeməkxana və dəstəmazxana arasında bir “bağ” olaraq keçirən biri əlbəttə ki, axirətin varlığını qəbul etmək istəməyəcəkdir.
Zalımlar, möhtəkirlər, soyğunçular inanmaz. Səyyar satıcı üçün nəzarətçi, oğru üçün polis, cani üçün ədalət, quldur üçün qanun nə qədər arzu olunmaz bir şeydirsə bu yuxarıda keyfiyyətlərini saydığımız tiplər üçün də ölümdən sonra başqa bir həyatın varlığına inanmaq o qədər arzu olunmaz və narahatlıq yaradan bir şeydir.
İnsanın və insanlığın kamala çatması axirətə iman olmadan mümkün deyil. İctimai hüzurun və fərdin səadətinin axirət inancına bağlı olduğunu bizə səadət əsrinin örnək toplumu öyrətdi. Heç bir əxlaqi qanun tanımayan, əxlaqsızlığın camaatın gözləri qarşısında işlənib günah sayılmadığı, bir çox insanın valideynlərinin püşk yolu ilə təyin olunduğu[1], köhnəlmiş adətlərdən başqa heç bir qanun və intizamın olmadığı, haqq və hüququn deyil, gücün hakim olduğu, hər zaman güclünün haqlı olduğu, qız uşaqlarının diri-diri torpağa basdırıldığı, faizin və hər cür haqsız qazancın normal sayıldığı, əzməyənə əzilməkdən başqa heç bir seçim verilmədiyi cahiliyyə toplumundan dünya tarixinin çox nadir şahid olduğu fəzilətli bir cəmiyyət yaradılmasında axirət inancının payı təxmin edildiyindən daha böyükdür.” [İman; səh. 288-289]

Quran və sünnətdə Allaha iman ilə axirətə iman birlikdə zikr edilir. Zatən ikisini bir-birindən ayırmaq mümkün deyil. Ayırdığımız zaman bir mənası olmaz. Məsələn, dünyəviləşənlərin inandığı kimi bir Allaha inanırsınız. Yəni Allahın varlığını və hər şeyi yaratdığını qəbul edirsiniz. Fəqət Allahın həyatınıza müdaxilə edəcəyini qəbul etmirsiniz. Pislik etdiyinizdə cəzalandırmır, yaxşılıq etdiyinizdə mükafat vermir. Allah eşqinə söyləyə bilərsinizmi Allaha belə inanmaqla inanmamaq arasında nə fərq var? Heç bir fərq yoxdur. Amma Allahın yaxşıları mükafatlandıran, pisləri cəzalandıran bir varlıq olduğuna inanan, bundan başqa zalımın cəzasını görmədiyi, məzlumun da haqqını bu həyatda ala bilmədiklərini görən bir insan əlbəttə ölümdən sonra bu işlərin tamamlandığı bir günün olduğuna iman edər. Zatən axirət gününün bir başqa adı da “din günü”dür. “Din”in lüğəti mənalarından biri də - mükafat və cəza olduğuna görə din günü; edilən işlərin qarşılığının veriləcəyi gün mənasına gəlir.
Yenə “İman Risaləsi”ndən aldığımız bir misalla fikrimizi tamamlayaq:
“İki insan düşünün. Birincisi daima onun-bunun haqqını qəsb etmiş, başqalarının alın təri və əməyi sayəsində kef çəkmiş, ikincisi başqalarının hüququna təcavüz etmədiyi kimi, bir çörəyini ikiyə bölərək sədəqə vermiş; birincisi zülm etmiş, əzmiş və istismar etmiş, ikincisi yardım etmiş, könül almış, düzəltmiş və məzlumu müdafiə etmişdir; birincisi cana, mala, namusa təcavüz etmiş, ikincisi canı, malı, namusu əziz və möhtərəm bilmiş və qorumuşdu; birincisi hər cür əxlaqi qanunlar və insani fəzilətlərdən uzaq, arzularının və ehtiraslarının əsiri olaraq yaşamış, ikincisi Allahın onun üçün qoyduğu hədləri yenə də Onun sevgisi və qorxusu ilə qorumuş və daima əxlaqi, insani dəyər və fəzilətləri qoruyaraq yaşamışdı.
Bəli, indi bu iki insanın da öldükdən sonra eyni aqibətlə qarşılaşıb, etdiklərinin nəticəsiz qalacağını düşünmək hansı ağla, hansı vicdana və hansı ədalətə sığar?” [İman, s. 287] Xülasə axirətə iman ictimai hüzurun təminatıdır.

[1]Cahiliyyə dövründə Ərəbstanda vələd-i zinalara [zinadan doğulan uşaqlara] püşk yolu ilə atalar seçilir, zina edən qadının onunla zina edənlərin içərisindən birini qeyri-qanuni uşağının atası olaraq göstərməsi nikah növlərindən biri olaraq qəbul edilirdi.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka