Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏFSİRLƏ MƏNA YAXINLIĞI OLAN MƏFHUMLAR [2]

[ Oxu! / 3640 dəfə baxılıb ]   
|
 
2.Tərcümə
a.Tərifi


Kök etibarı ilə dörd hərfli/rübai “tərcəmə” [1] və ya üç hərfli/sülasi “rəcəmə” [2] felindən törədildiyi iddia edilən “tərcümə” kəlməsi, lüğətdə “bir kəlamı bir dildən başqa dilə çevirmək, bir sözü digər bir dildə təfsir və bəyan etmək, bir kəlməni onun yerini tutacaq başqa sözlə dəyişdirmək” mənalarına gəlir.[3] Tərcümə kəlməsinin qeyd etdiyimiz bu mənalarından başqa aşağıdakı digər mənaları da var:

(1) Tərcümə bir “bab” başlığı, yəni bir kitabda yer alan bölüm adı mənasına gəlir. Bunun ən bariz nümunələrini əl-Buxarinin “əl-Camu’s-Səhih”ində tapmaq mümkündür. Bu kitabda bəzən “bab” isimləri – “babu tərcümə-ti’l-hukkam” [5] kimi – tərcümə kəlməsi ilə zikr edilmişdir.
(2) Tərcümə, bir şəxsin həyatını ya da həyatda başına gələn hadisələri anlatmaq mənasını da ehtiva edir. Dilimizdə istifadə etdiyimiz “tərcümeyi-hal” ya da “hal tərcüməsi” bu mənadadır.
(3) Bir sözu, ondan xəbəri olmayan bir başqasına çatdırmaq da bəzən “tərcümə” kəlməsi ilə ifadə edilir.
(4) Yenə tərcümə, bir sözü söyləndiyi dildə təfsir etmək deməkdir. Abdullah bin Abbas [ö.68/687] haqqında istifadə olunan “tərcümanu’l Quran” ləqəbi də bu mənadadır.
(5) Tərcümə kəlməsinə verilən mənalardan biri də məqsədin daha aydın və dəqiq bir şəkildə anlaşılmasını təmin etmək üçün bir sözü, öz dilindən başqa bir dilə çevirib təfsir etmək deməkdir.[6]

Tərcümə, termin olaraq da “bir kəlmənin ehtiva etdiyi mənanı digər bir dildə ona bərabər kəlmə ilə ifadə etmək” şəklində tərif edilə bilər. [7] Belə ki, kəlməni bir dildən başqa dilə nəql etmək də, o sözün mənasını digər dildəki kəlmələrlə ifadə etməkdən ibarətdir. Belə bir vəziyyətdə tərcümə ediləcək dildəki sözlərin bütün məna və məqsədlərinə bağlı qalmaq və tərcüməni buna görə etmək vacibdir. Əks halda mükəmməl bir tərcümədən söz etmək mümkün deyil.

b. Növləri
ba. Hərfi tərcümə

Kəlmə tərcüməsi də adlandırılan bu tərcümə növü, “nəzmində və tərtibində əslinə bənzərliyi qorunan” tərcümə növüdür [8]. Bu tərcümədə tərcümə olunacaq mətndəki hər kəlmə tərcümə edildiyi dildəki bənzər kəlmələrlə bir-bir əvəz edilir. Belə bir tərcümə əsl mətnin mənasını çox çətinliklə əks etdirir. [9] Ona görə də bu tərcümə tərzi, ədəbi əsərlərdə, xüsusi ilə Qurani-Kərimdə istifadəsi son dərəcə çətin, hətta imkansız olan bir tərcümədir. Məsələn, [əl-Hicr 15/9] ayəsi, إِنَّا نَحْنُ نَزِّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ "Şübhəsiz O Quranı biz endirdik, mütləq onu yenə Biz qoruyacağıq” şəklində tərcümə edilir. Halbuki, sözü gedən ayənin “onu Biz mütləq qoruyacağıq” cümləsində 3 dənə təkid ünsürü var. Bunlar “innə”, “təkid lam”ı və cümlənin fel deyil isim cümləsi olaraq zikr edilməsidir. Bəlkə bu təkid ünsürlərini diqqətə alaraq ayənin sözü gedən cümləsini “Şübhəsiz ki, mütləq surətdə onu [Quranı] Biz qəti olaraq qoruyacağıq” şəkilində tərcümə etmək mümkündür. Ancaq bu da əslinin yığcamlılığı qarşısında çox pis bir tərcümə olar. Qaldı ki, Quranda hərfi tərcümə tərzi ilə çevrilməsi mümkün olmayan ayələr də vardır.[10] Buna görə də deyə bilərik ki, Allahın möcüzəvi bir kəlamı olan Quranı bəlağət, fəsahət, icaz [11] və üslubu ilə başqa bir dilə hərfi tərcümə yolu ilə tam və doğru bir şəkildə tərcümə etmək mümkün deyil. [12]

bb. Təfsiri tərcümə
Bu tərcümə növü, tərcümə olunacaq kəlmələrin tərtibinə və nizamına bağlı qalmadan hər hansı bir sözün mənasını bəzi şərh və izahlarla başqa bir dilə nəql etməkdir. Bu tərcümə tərzində önəmli olan, tərcümə ediləcək mətndəki qayə və məqsədlərin gözəl bir şəkildə ifadə edilə bilməsidir. Yəni hərfi tərcümənin əsas xüsusiyyəti sayılan “nəzmində və tərtibində əslinə bənzəmək” xüsusiyyəti bu təfsir tərzində vacib deyi. Buna görə də təfsiri tərcümə, hərfi tərcümə kimi çətin bir tərcümə olaraq dəyərləndirilmir. Məhz bu xüsusiyyətinə görədir ki, bu günün tərcümələrində təfsir tərcüməsinə etimad edilir və bu tərcümə tərzi daha üstün hesab olunur. [13] Əgər Quran mətninin tərcümə etməkdən söhbət gedərsə o zaman heç şübhəsiz ki, bunun üçün yalnız təfsiri tərcümə tərzi təklif oluna bilər. Çünki Quranın hərfi, ədatı və kəlmələri müxtəlif mənaları ehtiva edur. Yenə Quranda bir çox ədəbi sənət var. Bəzən o kəlmələr əsl mənadan başqa həm də digər mənaları da ehtiva edə bilir. Bundan başqa onda, dəyişik qiraət üslubları və bəzən onlardan qaynaqlanan fərqli mənalardan da söz gedə bilər. Başqa sözlə bunları hərfi tərcümə ilə nəql etmək elə də mümkün deyil. Çünki bu tərcümə tərzinin, ədəbi dəyəri olmayan, sıradan əsərlər üçün belə imkansız deyiləcək qədər çətin olduğu etiraf edilmişdir. Məsələn, Hindistanın məşhur Brahman [14] şairi Rabindranat Taqorun Misirə etdiyi bir səyahət əsnasında, – ingiliscə yazdığı əsərlər istisna olmaqla, – Hinduca yazdığı kitablarını ingilis dilinə tərcümə etməsini istəyənlərə verdiyi cavab bu etirafın açıq bir dəlilidir: “Hinduca yazdığım əsərlər, mənim şəxsi fikirlərimi ehtiva etsələr də mən onları ingilis dilinə tərcümə etməkdə acizəm. Belə ki, bu tərcümədə ingilis dili, Hinduca üçün əlverişli bir dil deyil” [15].

Bu bəyandan belə bir nəticə çıxartmaq mümkündür: Bir insan əgər çox yaxşı bildiyi iki dildən biri ilə ifadə etdiyi şəxsi fikirlərini digər dilə çevirməkdə çətinlik çəkirsə, başqalarına aid düşüncələri bir digər dilə çevirmək bundan daha da çətindir. Həm də tərcümə olunacaq əsər, Quran kimi kəlamı quruluşu etibarı ilə insan gücünü aşan bir kitab olarsa, bu vəziyyətdə mütərcimin işi daha da çətinləşir. [16] Bütün bu çətinliklərə rəğmən Quran, təbii ki, tərcümə ediləcəkdir. Ancaq bu tərcüməni, təfsiri tərcümədən başqa digər bir üsulla gerçəkləşdirmək mümkün deyil.

1. Məal
Bu kəlmə də təvil kəlməsi kimi eyni şəkildə “evl” kökündən törənmiş “mimli məsdər”, ya da bir şeyin çatacağı yer və qayə mənasında “ism-i məkan”dır. Lüğətdə “bir şeyin özü, xülasəsi və aqibəti” mənalarına gəldiyi kimi, “əskik buraxmaq” mənasını da ehtiva etməkdədir. [17] Məfhum olaraq da “bir sözün mənasını hər tərəfi ilə deyil, bir az nöqsanı ilə ifadə etmək” deməkdir. [18]
Əvvəldə də qeyd etdiyimiz kimi Quran həm kəlmə, həm də məna etibarı ilə Allah kəlamı olduğundan onu tam olaraq tərcümə etmək mümkün deyil. Yəni insan, bütün imkanları daxilində Quranı tərcümə etsə də, bu tərcümə heç bir zaman, Quranın bütün məna və məqsədlərini mükəmməl şəkildə ehtiva edəcək tərcümə olaraq dəyərləndirilə bilməz. Məhz sözü gedən imkansızlıq baxımından Quran çevirmələrinə “tərcümə” deməkdən çəkinilmiş, onun yerinə daha doğru və edilən işin mahiyyətinə daha uyğun olan “məal” kəlməsi istifadə olunmuşdur. Çünki bu kəlmə, yuxarıda da qeyd etdiyimiz kimi “əskik və xətalı tərcümə” deməkdir. Quranın ifadə etdiyi bütün mənaları tərcümə yolu ilə əks etdirmənin imkansızlığı düşünülərsə, tərcümə yerinə “məal” məfhumunu işlətməyin məqsədəuyğunluğu aydın olar.

İstifadə olunan qaynaqlar
[1]ət-Təhanəvi, Kəşşafu istilahati ’l-fynun, I, 587
[2]Əl-Cəvhəri, əs-Sihah, II, 288; İbn Manzur, Lisanu’l-arab,XII, 66
[3]Tərcümə kəlməsinin mənaları üçün baxın: Əl-Cəvhəri, əs-Sihah,II, 288; İbn Manzur, Lisanu’l-arab, XII, 66 v.s; M.,Tayyub “Hədisdə Tərcüman”, AÜİF, dər, Ankara 1967, XIV, s.31
[4]Okic, «Hədisdə Tərcüman», s.31
[5] Əl-Buxari, əl-Əhkam, 40
[6]Geniş məlumat üçün baxın: əz-Zəhəbi, ət-Təfsir və’l müfessurun; Cərrahoğlu, İsmail, Təfsir Üsulu,s.216, Aydar, Hidayət, Quranın tərcüməsi Məsələsi, İstanbul 1996, s.59-61
[7]Elmalı, Muhamməd Hamdi Yazar, Haqq Dini, [Müqəddimə], I,9
[8]əz-Zəhəbi, ət-Təfsir və’l müfessurun I, 23
[9]Cərrahoğlu, İsmail, Təfsir Üsulu, s.217
[10]Birdən çox mənası olan ayələr buna nümunə ola bilərlər. Baxın: əs-Saffat 37/93; Əl-Qələm 68/20
[11]Bəlağət – Ədəbiyyatla bağlı elm. Söz və yazıda düzgün, qafiyəli, təsirli ifadə; Fəsahat – sözün kəlmə, məna, ahəng və ardıcıllığında qüsursuz olması, dilin doğru, düzgün, açıq və valehedici şəkildə istifadəsi; İcaz – qısa, fəqəd yerində olan bir ifadə, ixtisar.
[12]Bu barədə geniş məlumat üçün baxın: Aydar, Hidayət, Quranın tərcüməsi Məsələsi, s.240 və s.
[13]Cərrahoğlu, İsmail, Təfsir Üsulu, s.217
[14]Hind dini mətnləri Upanişadlara görə müqəddəs varlıq
[15]Okic, «Hədisdə Tərcüman», s.27
[16]Cərrahoğlu, İsmail, Təfsir Üsulu, s.218-219
[17]Elmalı, Muhamməd Hamdi Yazar, Haqq Dini, [Müqəddimə], V, 330
[18]Cərrahoğlu, İsmail, Təfsir Tarixi, Ankara, 1988, I, s.33

Əvvəlki bölüm üçün baxın:http://www.azerislam.com/index.php?lngs=aze&cats=11&ids=1442

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka