Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

“TARAZLIQ” BİR DAVRANIŞ FORMASI OLARAQ

[ Oxu! / 2242 dəfə baxılıb ]   
|
 
“Böyük insan” - kainat, İlahi bir tarazlıq üzrə hərəkət edir.
Sözügedən bu tarazlıq, məxluqat içərisindəki ən böyük varlıqdan ən kiçik varlığa qədər bütün cahanın ən etibarlı qanunudur. Natarazlığın kosmik qarşılığı "qiyamət"dir. Yəni qiyamət kainat içərisindəki həssas tarazlığın pozulmasıdır.

Ölüm də elə. O da insanın, yəni kiçik kainatın tarazlığının pozulması, yəni insanın qiyamətidir. Bu halda, qiyamət və ölüm bir-birinin eynidir: “natarazlıq”...

Burada natarazlıq hər ikisinin dəyişməz illətidir. Bunlar fiziki natarazlığın gətirdiyi fiziki nəticələrdir. Eyni şey ruh aləmimiz üçün də xarakterikdir. Mənəvi natarazlığın nəticəsi olan mənəvi ölümlər, bu ölümlərə səbəb olan eyni mənşəli xəstəliklər, qətllər və gözlə görünmədiyi üçün çeşidləri təxmin edilməyən soyqırımlar, cinayətlər, qiyamətlər...

Tarix, tarazlığı pozanlarla tarazlığı qorumaq istəyənlərin arasındakı sonsuz mücadilənin adı. Peyğəmbərlər, İlahi tarazlığı rəftar və davranışlarında simvollaşdıran ideal örnəklər. Vəhylər, tarazlıq dərsinin İlahi mətnləri.

Quran, başdan sona tarazlığın ən təsirli nümunələri ilə doludur.
Məsələn, ilk səhifəsini açın. "Fatihə" ilə qarşılaşacaqsınız. Surə bir təşəkkür cümləsi ilə başlayır. Daha sonra “Aləmlərin Rəbbi”nin iki keyfiyyəti gəlir: “Qoruyan və bağışlayan” [ər-Rahman, ər-Rahim]. Bunlar sizi sevindirir. Onu bu iki keyfiyyəti ilə görməyə başlayırsınız. Qorumaq və bağışlamaq çox gözəl bir şeydir. Bu çox xoşunuza gəlir, sevinirsiniz. Bu sevincinizin ətalətə dönməməsi və natarazlığa yol açmaması üçün, həmən arxasından Onun, yalnız qoruyub bağışlayan olmadığı, bir də “mühakimə edib cəzalandıran" olduğu "beşikdəki körpələrin saçlarını ağardan” Din Gününün Maliki-ya da Məliki-olduğu xatırladılır. Əvvəlki ümidiniz bir qorxu ilə, sevinciniz havf [1] və haşyətlə [2] tarazlanır.

Bu, insandakı psixoloji tarazlığın, ümid ilə qorxu arasındakı tarazlığın təmin edilməsinin sadəcə bir nümunəsidir. Quranda ictimai, fərdi, siyasi, iqtisadi və cahanşümul tarazlığın dəyişməz qanunlarını da tapmaq mümkündür.
Başqa bir nümunə; qarşı səhifəyə keçək: “Şübhəsiz ki, onlar qeybə inanarlar” [2/3] buyurulduqdan sonra müttəqilərin iki özəlliyi sıralanır: 1) “Namazı istiqamət üzrə qılarlar” 2) “Onlara ruzi olaraq verdiklərimizdən infaq [3] edərlər.” Namaz və infaq. Biri fərdi, digəri ictimai iki əməl. Namaz fərddən Allaha uzanan bir yol, infaq isə fərddən cəmiyyətə uzanan bir yoldur. Biri şəxsin Rəbbi ilə olan ünsiyyət forması ikən, digəri şəxsin cəmiyyətlə olan ünsiyyət formasıdır.
Burada fərdin daxili dünyası ilə zahiri dünyası arasında qorumalı olduğu həssas tarazlığın yolu göstərilir, yəni fərdi və ictimai tarazlıq.

Yenə Quranın bəzi ayələrinin, əshab-i kiramdakı sözlü, əqli və əməli bir çox natarazlıqları düzəltmək üçün endiyini bilirik.
“Ey inananlar! Allaha itaət edin, Rəsuluna itaət edin, əməllərinizi boşa çıxarmayın” [47/33].
Bu ayənin eniş səbəbi olaraq səhabələrin içindən bəzilərinin əməl-iman tarazlığını pozmaları göstərilir. Məhz bu mövzudakı bir çox rəvayətdən biri: Əbu’l Aliyədən [İbn Kəsir]: “Allah Rəsulunun əshabı, şirklə bərabər heç bir əməlin fayda vermədiyi kimi, lə ilahə illallahla birlikdə də heç bir günahın zərər verməyəcəyini düşünürdü.” Təbii ki, əshab belə bir qənaətə özbaşına gəlməmişdi. “Allah, şirki bağışlamaz, bundan başqasının diləyini bağışlayar” [4/48] ayəsini belə anlamışdı. Bunun üzərinə “...əməllərinizi boşa çıxarmayın” ayəsi endi.
Quran nazil olduqca natarazlığın hər növünə sürəkli müdaxilə edir və düzəldirdi. Onları sevgilərində və nifrətlərində ifrata varmaqdan qoruyur, tarazlığa çağırırdı. Quran hamıya xitab edərək natarazlığı aradan qaldırmağa səsləyirdi:
“Bir topluluğa qarşı duyduğunuz kin, sizi ədalətdən uzaqlaşdırmasın. Adil davranın, təqvaya uyğun olan budur” [5/8].
Allah Rəsulu, “əhsən-i təqvim” adı verilən bu tarazlığın ən gözəl nümunəsidir. Duyğu, düşüncə və hərəkət arasındakı tarazlığın necə qurulacağını öyrənmək istəyən ona baxsın. Onda və onun tərbiyəsindən keçmiş nəsildə bunun bariz nümunələrini tapacaq. Tarazlığın digər adları olan “ədalət” və “bərabər”liyi səhabə arasında necə qurduğuna aid misalların hamısını burada saymağa vaxtımız yetməz. Bir neçəsinə baxaq:
Müslim “Səhih” əsərində, İbn Hanbəl “Müsnəd” əsərində nəql etdikləri uzun bir rəvayətdən bir hissə, Səid b. Hişam belə söyləyir:
“Əvvəlcə həyat yoldaşımı boşayıb, sonra özümə aid malları satıb, əlimə keçənlərlə at və silah alaraq ölüncəyə qədər cihad etmək üçün Mədinəyə köçməyə qərar verdim. Qövmümdən qarşılaşdığım bir qrup, daha öncə də altı nəfərlik bir qrupun Allah Rəsulu zamanında belə bir işə təşəbbüs etdiklərini, Allah Rəsulunun “Mən sizə gözəl bir örnək deyiləmmi?” deyərək onları bu işdən vaz keçirdiyini xəbər verdi. Mən də evimə, ailəmin yanına döndüm.”
Yuxarıda söylənilən altı nəfərlik qrupun Allah Rəsulu tərəfindən rədd edilməsinin səbəbi yenə natarazlığa meyl idi. İçərisində Salman, Süheyb, Əbu Zər [R. Anhum] [4] kimi adların da olduğu bu qrup, Rəsulallaha gələrək, özlərini xədim etdirib kimsəsiz bir yerə çəkiləcəklərini, orada – ailə və uşaqları da daxil – dünyəvi hər şeydən əl çəkib ibadət və itaətlə məşğul olacaqlarını söyləyirlər. Bunu eşidən Allah Rəsulu özünün Nəbi olduğunu xatırladaraq “Mən sizə gözəl bir örnək deyiləmmi?” söyləmiş və bərk hirslənmişdir.
Biri tarazlığın üstü [ifrat], digəri tarazlığın altı [tefrit <a href="#n5" name="a5" style="color:blue">5] olan bu iki hadisənin səhabə tərəfindən birlikdə dəyərləndirilməsi də olduqca mənalıdır. Bilək və ürək bərabərliyinin saxlanmasına nümunə olan bu hadisələri bir başqa zaman və zəminlərdə baş verən bu hadisə tamamlayır:
Allah Rəsulu bir qrup süvari dəstəsi göndərmişdir. Abdullah b. Rəvahanın da o dəstədə getməsini istəmişdir. Cümə günü idi. Namazdan sonra Allah Rəsulu Abdullah b. Rəvahanı orada görüncə soruşdu:
- “Niyə yoldaşlarınla birlikdə səhər tezdən getmədin?”
Abdullah:
- “Cüməni Rəsulallahın arxasında qılmaq istədim. Onlara onsuz da çatacağam” dedi.
Allah Rəsulu:
- “Yer üzündəki hər şeyi infaq etsəydin yenə onlarla birlikdə çıxmanın savabına çatmazdın” buyurdu.
İbn Hanbəl, Timrizi və İbn Hacərin nəql etdikləri bu hadisəni Əhməd b. Hanbəlin “Sunən” əsərini çıxmaq şərti ilə Kutub-i Sittənin hamısında keçən aşağıdakı rəvayətlə birlikdə düşündüyümüzdə, “tarazlığı”n mahiyyəti tamamilə aydınlaşır:
Bir nəfər Peyğəmbərin hüzuruna gələrək, ondan savaşa qatılmaq üçün izn istədi. Allah Rəsulu:
- “Anan, atan sağdırmı?” deyə soruşdu.
- O, “bəli!” deyə cavab verdi. Bunun müqabilində Rəsulallah belə dedi:
- “O halda, get, onları razı et!”
Tabərani buna bənzər bir hadisənin Əbu Hüreyranın da başına gəldiyini nəql edər.
Bəli, bütün bu nümunələr, Allah Rəsulunun tərbiyəsində tarazlığın tutduğu önəmli yeri nişan verir.

[1](Ər) Allah qorxusu, ürpərti, vahimə, dəhşət.
[2](Ər) qorxu (xof – qorxanın kiçikliyini və gücsüzlüyünü bilərək qorxmasıdır, haşyət isə qorxduğunun böyüklüyünü, möhtəşəmliyini dərk edərək qorxmaq, yəni onun sevgisini itirməkdən qorxmaq. Haşyət yalnız Allaha aid edilir.) Yalnız Allahdan qorxmaq. Allahın gücü və qüdrəti qarşısında titrəmək...
[3](Ər) Tükətmək, sədəqə. İkisindən birini vermək sədəqədir. Bir dənə olduğu halda,onu vermək infakdır.
[4](Ər) Allah onlardan razı olsun.
[5](Ər) İfratın tərsi


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka