Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVHİD

[ Oxu! / 4919 dəfə baxılıb ]   
|
 
42. Əqidənizi saflaşdırın. Tövhid və şirki çox yaxşı öyrənin. Çünki əqaid [1] əsasdır. Dininizi buz üzərində inşa etməyin. Atanızdan qaldığı, eşitdiyiniz kimi deyil, Allahın istədiyi kimi inanın. Əqidə fərqində Allaha iman, tağutu [2] inkar ölçüsünü əsas götürün. Bu Qurani bir ölçüdür.

43. İmana aid olmayan məsələləri iman mövzusu etməyin ki, əqidəniz pozulmasın. Əgər siz əqidənizin sərhədlərində davamlı olaraq növbə çəkməsəniz, görünən və görünməyən düşmənləriniz əqidənizi tar-mar edəcək, onun sərhədlərini tanınmaz hala gətirəcəklər.

44. Müvahhid [3] olun. Tövhid, varlığın həm səbəbi, həm də məqsədidir. Hər şey Ondandır və hər şey Ona döndəriləcəkdir. Çoxda təki görün, qələbəlikdə vəhdəti yaxalayın. "La ilahə illallah" cahanşümul tövhidin ən əsas ifadəsidir. Kainata tövhid nəzəri ilə baxın.

45. Tövhid əqidənizdir. Allaha iman, saxta tanrıları inkar ilə tamamlanır. İmanınızı şirk dağıntıları üzərində inşa etməyin.

46. Yaxşı bilin ki, şirk; mütləq batil deyil, içinə haqq qarışmış batildir. Yəni şirk, bir haqq-batil şirkətidir. Şirkin içərisində haqdan bir parça olması onu məzur göstərə bilməz. Bir qazan bala bir fincan nəcis tökülərsə nisbətinə baxılmadan hamısı tullanar.

47. Yalnız Allahdan qorxun və başqa heç bir şeydən qorxmayın. Bu, qorxuda tövhiddir və tövhidin bir parçasıdır. Allahdan başqasından qorxmanız, qorxduğunuzu başınıza müsəllət edər.

48. Daima qorxu ilə ümid arasında olun. Qorxuda, sevgidə və ümiddə tövhiddən ayrılmayın. Yaxşı bilin ki, Allahdan başqasından qorxan iki dəfə cəzalandırılır. I) Qorxunun özü bir cəzadır. II) Qorxduğunuz başınıza gələr. Qorxu, sevgi və ümidin üçünü birdən Allahdan qeyri bir varlıqda toplamaq, o varlığı Allaha ortaq qoşmaqla eyni mənadadır, şirkdir.

49. Ən çox Allahı sevin. Bu sevgidə tövhiddir. Heç bir şeyi Allahı sevdiyiniz kimi sevməyin, əks halda sevgidə şirk qoşmuş olarsınız. Bu sadəcə imanınızı zədələməz, eyni zamanda sevdiyinizi də itirmənizə səbəb olar. Çünki Allah Qayurdur [4]. Onun haqqı olan sevgini qulunun başqa birinə aid etməsinə razı olmaz.

50. Allaha sığının və yalnız Ondan yardım gözləyin. “Həsbinallahu və niməl-vəkil: Allah bizə yetər, O nə gözəl vəkildir” kəlamı şüarınız olsun. Bu ümiddə tövhiddir. Allahdan ummaq özü bir duadır. Qula sığınanlar tez yıxılarlar.

51. Mülkün həqiqi sahibinin Allah olduğunu bir an belə olsun yaddan çıxarmayın. Bu mülkdə tövhiddir. İnsanların mülk üzərində haqq iddiası məcazidir. Mülkün həqiqi sahibi Allahdır. Mülkü insanlara əmanət etmişdir. Əmanətə xəyanət edən, xainlərin uğradığı cəzaya məruz qalar.

52. Hökmü yalnız Allaha həvalə edin. Bu hökmdə tövhiddir. Sözsüz ki, hakimiyyət Onundur. Mütləq hökm sahibi Odur. Onun mütləq hökm qoyma keyfiyyətini qəbul etməyənlər, Onu inkar etmiş sayılırlar. O, Özünə xəlifə seçdiyi insanlıq əli ilə hakimiyyətindən istifadə edir. Onun hakimiyyəti göylərdə də, yerdə də keçərlidir. Onun nazil etdiyi ilə hökm etməyənlər fasiqdirlər, zalımdırlar və kafirdirlər.

53. Ölüm və həyat Onun əlindədir. Öldürən və yaşadan Odur. Bu da tövhidin bir parçasıdır. Bu inanc, insanları ölüm kabusundan xilas edib onlara əminlik və güvənlik duyğusu verir.

54. Uğur Allahdandır. Qazanılan nəaliyyəti mütləq mənada kəllə sayına, maddi gücə bağlayaraq Allahı nəzərə almamaq əqidənin qüsurudur. Allahın uğur qazanmaq üçün qoyduğu sünnətlərə tabe olmadan uğur əldə ediləcəyini gözləmək Allahı yetərincə tanımamaqdır. O, müvəffəqiyyət üçün qoyduğu cahanşümul qaydalara əməl edən hər kəsə zəfəri ehsan edər.

55. Ruzi Allahdandır. Allah ruzini əldə etməyi bir qaydaya [sünnət] bağlamışdır. Aclıq qorxusu, aclığın özündən min dəfə qorxuludur. Allahın qoyduğu cahanşümul qaydalara, - "sünnətullah"a .[5], - sarılan hər kəs zəhmətinin bəhrəsini görər. Bu əvəz verilərkən inancına deyil, layiq olub olmadığına baxılar. Allah yolunda xərcləyincə malın azalacağını zənn etmək, ruzidə tövhidin olmadığının bir nəticəsidir.

56. “Ümmətiniz tək bir ümmətdir”. Bu tək ümməti parçalayan bütün rəftar və davranışlardan uzaqlaşın. Təfriqə [6] salmaq şirkin sosial çeşididir. Tövhidin ictimai ölçüdə təzahürünə vəhdət deyilir. Vəhdəti, yalnız müvahhid olan müsəlmanlar yarada bilərlər.

57. İnsanın üç əsas ölçüsü olan duyğu, düşüncə və əməl tarazlığını ədalətli bir şəkildə qurun. Tarazlıq, müsəlmanın davranışı olmalıdır. Qorxu-ümid tarazlığı, dünya-axirət tarazlığı, zahir-batin tarazlığı, regionallıq - cahanşümüllük tarazlığı, ağıl-iman tarazlığı, elm-din tarazlığı, fərd-cəmiyyət tarazlığı, sevgi-nifrət tarazlığı da bu qəbildəndir.

58. Quran bu ümməti “tarazlı/vasat ” [7] olaraq vəsf edir. Fikri, əqidəvi, əxlaqi, əməli tarazlığı fərdi qaydada qura bilməyənlər, tarazlığın o biri adı olan İslamı insanlığa necə daşıyacaqlar?

59. Müvahhid Müsəlman, La ilahə illallah deyən və bunun bədəlini ödəməyə hazır olandır.

60. Müvahhid Müsəlman, Allahın dostlarını sevən və sevdiklərinə cənnət olan; Allahın düşmənlərinə hiddətlənən və hiddətləndiyinə cəhənnəm olandır.

61. Müvahhid Müsəlman, hər saniyə öz-özünə kafi olmadığının fərqində olan, Rəbb olaraq Allahı tanıyıb, Onun keyfiyyətlərini heç bir məxluqa yaraşdırmayandır.

62. Müvahhid Müsəlman, qeyd-şərtsiz Allaha təslim olan və "mən aləmlərin Rəbbinə təslim oldum" deyəndir.

63. Müvahhid Müsəlman, qəlbi, kavli, [8] əməli, siyasi, fiqhi, əxlaqi hər növ şirkdən uzaq durandır.

64. Müvahhid Müsəlman, zərrədən kürrəyə, kiçikdən böyüyə, damladan okeana, atomdan kainata, bir sözlə baxdığı hər bir şeydə Allahın qüdrətini, vəhdaniyyətini [9], ədalətini və hikmətini görəndir.

65. Bədən ölkənizin paytaxtı olan ürəyinizdə imanınızı iqtidar edin. Ürəyinizi darul-İslam [10] edin. Unutmayın ki, ürəyini darul-İslam edə bilməyənlər evlərini və vətənlərini də edə bilməzlər.

66. İmanın iqtidar olmadığı bir ürəkdə şeytan qiyam edər və hakimiyyətini bərqərar edər. Ancaq bu iqtidara zəmin hazırlayan əl-ayaq, göz-qulaq, dil-dodaq kimi əzalardır. Onlar şeytanın hakimiyyət uğurundakı savaşında istifadə edəcəyi dəstək üçün arxa cəbhədə mərmi istehsal edərlər. Əgər bu əzalar imanın iqtidarlığı üçün çalışarlarsa ürək paytaxtındakı iqtidar savaşından iman qalib çıxar.

67. “Daxili savaş” ölənə qədər davam edəcək. Heç vaxt şeytanla atəşkəs elan etməyin. “Şeytan sizin açıq-aşkar düşməninizdir”. Nəfsinizi/özünüzü təmizə çıxarmağa çalışmayın, “şübhəsiz ki, nəfs pisliyi əmr edər.” Ürək ölkənizdə iman ilə şeytanın əbədi savaşında imana saleh əməllərlə dəstək göstərin. Unutmayın ki, “cənnət insan nəfsinin sevmədiyi şeylərlə əhatə olunub.”

68. “Canım istəyir” dediyiniz şeyi, nəfsinizinmi, imanınızınmı istədiyini yaxşıca araşdırın. Bədən ölkənizin ürək paytaxtında imanı iqtidar etmək üçün ona dəstək göstərin. Əgər bədənin paytaxtı qəlp olarsa əyalətlər, - əl-ayaq, göz-qulaq, dil-dodaq, - yalnız o iqtidarın əmrinə tabe olar və artıq onun üçün çalışar. Onlara söz deyə bilməzsiniz.

69. Qəlbiniz imanınızın məzarı deyil, sarayı olsun. İmanınızı iqtidarsız etməyin. Ürəyə həbs olunmuş iqtidarsız bir imanın sizə nə faydası ola bilər?


Lüğət və izahatlar.


[1] İslamın iman və inanc əsasları
[2] Allahın hökmünü tanımayan.
[3]Tək Allaha ibadət edən
[4]Allahın əsmasından bir ismi- Qısqanc
[5]Allahın qoyduğu qanun
[6]Ayrılma, anlaşılmazlıq.
[7]Orta
[8](Ər) Söz, qərar, sözləşmə
[9]Allahın birliyi, birlik sifəti
[10]İslam torpağı


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka