Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ

[ Oxu! / 1003 dəfə baxılıb ]   
|
 
Mərhəmətli və Rəhimli Allahn adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Xeyir-dua və salam aləmlərə lütf, insanlara isə ilahi dəlil olaraq göndərilmiş böyüyümüz, imamımız, nümunəmiz, sevimlimiz və bələdçimiz Məhəmmədə, ailəsinə və səhabələrinə yetişsin! O səhabələr ki, Peyğəmbərə iman gətirmiş, ona arxa olmuş və gətirdiyi nurun [Quranın] arxasnca getmişlər. Qurtulanlar da məhz onlardır! Qiyamətədək onların yolu ilə gedənlərdən də Allah razı qalsın!

11 Sentyabr ”hadisələrindən sonra həm Şərqdən, həm də Qərbdən dinlərarası dialoq sədaları eşidilməyə başlandı. Xüsusilə də, islam-xristianlıq dialoqu gündəlik mövzuya çevrildi. Çoxları bu çağırışa hay verdi; müsəlmanlar və xristianlar dünyanın bir sıra ölkələrində görüş və konfranslar keçirdilər. Şəxsən mən iki belə böyük konfransda iştirak etmişəm. Birincisi məşhur "Sant Eqidio" ”Cəmiyyəti tərəfindən Romada çağırılmışdı. Hər iki dinin nümayəndələrinin iştirak etdiyi bu konfrans "İslam-xristianlıq Zirvə Toplantısı"” adı altnda keçirilirdi.

İkinci konfrans isə Qahirədə baş tutmuşdu. Onun təşkilatçıları Dəvət və Yardım Beynəlxalq Ali Şurası və İslam Dialoqu Forumu idi. Konfrans daha çox Şərq xristianlarının problemlərinə həsr edilmişdi.

Habelə, mən digər görüş və konfranslarda da iştirak etmişəm. Ancaq deyim ki, bu görüş və konfranslar səviyyə baxımından yuxarıdakı iki konfrans kimi deyildi.

Eyni zamanda, İslam dünyasnın daxilində “Nə üçün müsəlmanlar öz aralarnda dialoq aparmırlar; Məgər bu, daha vacib deyil; Məgər hədislərdə “Əvvəcə özündən başla!”[1], “”Etibar etdiyin kəsdən başla!” [2] deyilmir?!””nidaları ucalrdı.

Görəsən, biz müsəlmanların arasnda heçmi ixtilaf yoxdur? Vardır, özü də bu ixtilaf bizimlə digər dinlərin mənsubları arasnda olan ixtilafdan daha böyük və daha vüsətlidir. Elə isə qarşılıqlı surətdə yaxnlaşmaq və ümumi dil tapmaq məqsədilə nə üçün bir-birimizlə dialoq aparmamalıyıq?!

Dini-elmi və real məntiq qətiyyətlə təsdiqləyir ki, müsəlmanların bir-birləri ilə dialoqu daha vacib məsələdir. Ümmətin müdrikləri və başbilənləri bu problemə daha çox diqqət ayırmalıdırlar. Əgər bizə digər dinlərdən olan müxaliflərimizlə “...onlarla ən gözəl surətdə mübahisə et” [3] ayəsinə uyğun tərzdə dialoq aparmaq əmr edilirsə, onda, bəs nə üçün biz eyni əqidə, eyni qiblə və eyni kəlmə [“Allahdan başqa ilah yoxdur, Məhəmməd də onun peyğəmbəridir”] qardaşlarımızla dialoq qurmayaq?! Elə isə düşünürəm ki, müsəlman-xristian dialoquna olan qayğımız müsəlman-müsəlman, xüsusilə də, sünni-şiə dialoquna olan qayğıkeşliyimizi üstələməməlidir. Bəli, sünni-şiə dialoqu vacibdir. Vacibdir ona görə ki, İslamın bu iki böyük cərəyanı arasnıda haqq üzrə yaxnlaşma olsun!

Qeyd edim ki, görüşmələr, dialoqlar və fikir mübadiləsi bir-birimizi başa düşmədə bizə kömək edəcəkdir. Bununla da biz bir-birimizə yaxınlaşmış olarıq; kobudluq və sərtlik aradan qalxar, sevgi-məhəbbət yaranar, bir çox qaranlıq məqam aydınlaşar və bir sıra şübhələr dəf olunar. Təbii ki, bu zaman niyyətlərin səmimiliyi, məqsədlərin saflığı və əzmkarlıqla yanaşı, ağlın hisslərə hakim kəsilməsi, mötədilliyin ifratçılıq üzərində qələbəsi və müdriklik əsas şərtdir.

Mühüm olaraq deyək ki, ümmətin bütün məzhəblərini, cərəyanları və məktəblərini bir-birinə yaxınlaşdıran, onları həmrəyliyə çağıran olduqca əhəmiyyətli xüsus mövcuddur. Bu, bütün ümməti təhdid edən qara təhlükədir ki, onu da islama qarşı düşmən mövqe tutan qüvvələr təşkil edir. Sözügedən üç tərəf arasrnda ixtilaflı məsələlər olsa da, onlara vahid düşmən – İslam qarşısnda birləşmək müyəssər olub. Quran bu məqamda necə də gözəl buyurur: “Zalımlar [kafirlər] bir-birinin dostudurlar, Allahisə müttəqilərin dostudur!””[əl-Casiyə, 19].

Xoş güzəran və firavanlıqda müsəlmanlarrn ayrı-ayrılıqda fəaliyyəti haradasa caiz [4] hesab edilsə də [əslində, heç bu da caiz deyil], çətin anlarda onların parçalanması, ümumiyyətlə, yolverilməzdir. Çünki çətin anlar parçalananları birləşdirir. Təhlükələr də bir-birindən uzaq düşmüşləri yaxınlaşdırır. Allah rəhmət etsin Əhməd Şövqiyə, bu məqamda necə də gözəl deyib: “Müsibətlər öz qurbanlarını birləşdirib cəm edər.”

Məhz bu səbəbdən mən Baş nazirin müavini və İslam İşləri naziri hörmətli Abdullah ibn Xalid Ali-Xəlifənin dəvətini qəbul edərək, Bəhreyndə keçirilən İslam Məzhəbləri arasnda Yaxnlaşma” konfransnda iştirak etdim və Məzhəblərarası yaxnlaşma və dialoqun prinsipləri” adlanan bu kitabçanı yazdım. Ümid edirəm ki, kitabça İslam camaatları, məzhəbləri və cərəyanları arasındakı yaxnlaşma prosesinə öz töhfəsini verəcəkdir. Özü də elə bir çətin dövrdə ki, müsəlmanlar dini-mədəni, iqtisadi-siyasi və hərbi qəsbkarlığın qurbanına çevrilmişlər; düşmən də müsəlman ümmətinin kimliyini dəyişmək, şəxsiyyətini cılızlaşdırmaq istəyir. İstəyir ki, müsəlmanlar onun qarşısnda baş əysinlər. Halbuki, Allah təala bu ümməti başı uca edib.

Həqiqətən, islam ümməti Allahın ipindən yapışmağa, məqsəd və səf birliyi yaratmağa möhtacdır. Bu ümmətin görən gözü, düşünən beyni, danışan dili sayılan alimlərinin, mütəfəkkirlərinin borcudur ki, müsəlmanları bu yolda ayıltsnlar. Ayıltsınlar ki, iş-işdən keçməsin və düşmənin əlində zay-zəlil olmasnılar. Allahın dininə sarılanlar, şübhəsiz, doğru yoldadırlar!


[1]Hədisi Cabir ibn Abdullaha istinadən Müslim [“Came əs-Səhih” kitabı, “Zəkat” fəsli, 997] və Nəsai [“əl-Kübra” kitabı, “Zəkat” fəsli, 2338; “əl-Müctəba”, 4625] rəvayət etmişlər.
[2]Hədisi Əbu Hüreyrəyə istinadən Buxari [“Came əs-Səhih” kitabı, “Zəkat” fəsli, 1426] və Nəsai [“əl-Kübra” kitabı, “Zəkat” fəsli, 2336; “əl-Müctəba” kitabı, “Zəkat” fəsli, 2544] rəvayət etmişlər.
[3]ən-Nəhl” surəsi, 125-ci ayə.
[4]Caiz: fiqh termini olub şəriət baxımından icrası qadağan olunmayan əməli, işi ifadə edir – mütərcim.

Qahirə: camadəlaxirə, hicri 1425 Yusif əl-Qardavi iyul, miladi 2004


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka