Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRLİK ÇEŞMƏSİNDƏN İNCİLƏR

[ Oxu! / 1565 dəfə baxılıb ]   
|
 
Allahın elçisi [Ona Allahın xeyir-duası və salamı olsun!] deyib:

♦ “İxtilafa düşməyin! Sizdən əvvəlkilər ixtilafa vardılar və məhv oldular”.

♦ “Məndən sonra, bir-birinin boynunu vuran kafirlər kimi olmayın!”

♦ Müsəlman müsəlmanın qardaşıdır; onu köməksiz qoymamalı, təhqir də etməməlidir... Müsəlmana öz müsəlman qardaşını təhqir etmək şər olaraq kifayətdir”.

♦ “Bir-birinizə nifrət və zülm etməyin! Bir-birinizin qüsurunu ortaya çıxarmayın, paxıllığını da çəkməyin! Allahın, bir-birinə qardaş qullarından olun! Qardaşından üç gündən artıq ayrı qalmaq müsəlmana haramdır!

♦ “Müsəlmanlar bərabərhüquqludurlar. Himayələri altna hamı can atar. Onlar digər insanların üzərində himayədar əl kimidirlər”.

♦ “Sizə əvvəlki millətlərin xəstəliyi sirayət etmişdir. Bu, paxıllıq və nifrətdir. Paxıllıq və nifrət isə qırxıcı alət kimidir: saçı deyil, dini “qırxar””.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka