Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN ƏSASLARI

[ Oxu! / 4613 dəfə baxılıb ]   
|
 
İmanın əsasları Quranda belə sıralanır:

“Yaxşı əməl, üzünüzü Şərqə və Qərbə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl insanın Allaha, axirət gününə, mələklərə, İlahi kəlama, peyğəmbərlərə inanması; malını, - onu sevməsinə rəğmən, - yaxınlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, istəyənlərə və azadlığı əllərindən alınanlara verməsi, namazı qılması, zəkatı verməsidir. Onlar söz verdikləri zaman sözlərində durarlar, çətinlik və sıxıntılara qarşı sinə gərərlər. Məhz sözlərinə sadiq olanlar və təqvaya çatanlar da onlardır.” [2:177]

Burada inanılması lazım olan 5 maddə sayılır: Allaha, axirət gününə, mələklərə, Kitaba, peyğəmbərlərə inanmaq. Bu beş maddə, bir əlavə ilə "Cəbrail hədisi" deyə məşhur olan hədisdə də yer alır. [1] Sonrakı elmihallara “imanın şərtləri” olaraq daxil olan mübahisəli əlavə “qədərə iman” maddəsidir.

Heç şübhə yoxdur ki, iman edilməsi vacib olan maddələr sadəcə bunlardan ibarət deyil. Qəti olaraq Qurandakı mənaya əsaslanan hər ayənin gətirdiyi hökmə iman imanın şərtidir. Hətta sonrakı elmihallarda, “İslamın şərtləri” adı ilə şöhrət tapan maddələr, yenə Buxari başda olmaqla digər hədis məcmualarının nəql etdiyi bir hədisdə bir-birinə qarışdırılaraq zikr edilir. “Nəbi ona yaxınlaşan bir qurupa “bilirsinizmi yalnız Allaha iman nədir?” deyə sual verdi. “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Buyurdu ki: “Allahdan başqa ilah olmadığına, Məhəmmədin Onun elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və beşdə biri humus verməkdir.” [2]

Bu rəvayətləri zikr etməyimizin səbəbi, rəvayətlərdən bəzilərini digərlərinin üzərinə çıxararaq İmanın və İslamın şərtlərini məhdudlaşdırmanın yanlışlığını nəzərinizə çatdırmaqdır. İmanın qeyb, cənnət, cəhənnəm, hesab və s. kimi daha bir çox şərtləri ola biləcəyi kimi, islamın da yaxşılığı əmr edib, pislikdən çəkindirmək, cihad, ədalət, valideyinlərə ehsan ilə rəftar, cünüb halından təmizlənmək və s. kimi daha başqa şərtləri də var. [3]

İmanın əsaslarını sayan başqa bir ayə də belədir:
"Siz ey iman edənlər! Allaha və Onun Elçisinə və Onun Peyğəmbərinə tədricən endirdiyi ilahi kəlama və daha əvvəl endirdiyi mesaja [tam] iman etməkdə səbat göstərin. Çünki kim Allahı, mələklərini, vəhylərini, peyğəmbərlərini və Axirət Gününü inkar edərsə, məhz o dərin bir azğınlığa düşmüş olar." [4:136]

Bir sözlə “Siz ey iman edənlər, iman edin…” deyə davam edən bu ayə ilə qəsd edilənin “bilinənləri nəzərdə” tutulmadığı açıqdır [Razi]. Quranda keçən əlləzinə amənu formulu ilə möminin formulu, Təbərinin də gəldiyi qənaətə görə bir-biri ilə eyni mənasını daşımır. Quranda istifadə edilən Ya əyyuhəlləzinə amənu formulu, müxatiblərin özlərini neçə təqdim etdiklərini göstərir; vəhyin müxatiblərini necə təqdim etdiyini deyil. Muminun formulu isə, bunun tam əksinə vəhyin müxatibini təqdim etməsidir. Yəni birincisi “müxatibin özünü necə təqdim etdiyinə”, ikincisi isə “xitabın müxatibi necə təqdim etdiyinə” diqqət çəkir və əsas olan da ikincisidir. Bəqərə surəsinin 62-ci ayəsi ilə bu ayə, məhz bu fərq səbəbi ilə, daha sonra sayılan iman əsaslarına iman etməyə çağrıldıqları halda hələ sözün əvvəlində “iman edən şəxslər” formulu ilə sözə girmişdi. Bu halda Qurandakı inşa ayələrinin əvvəlində mütləq bir əmr və qadağadan öncə gələn “Siz ey iman edənlər!” ibarələrini “Siz, ey iman iddiasında olanlar! İddianızı isbat etmək istəyirsinizsə … edin/etməyin” şəklində anlamaq heç də səhv deyil.

Heç şübhə yox ki, Quranın iki qapağı arasında olanların hamısı iman ediləcəklər siyahısına daxildir. Ancaq iman ediləcəklər siyahısının təməlində yuxarıdakı beş maddə yer alır.

[1]Buxari, İman 37; Müslim, İman 5, 7
[2]Buxari, İman 53; Əbu Davud, Sünən 5/71
[3]Eyni hədisi Əbu Davuddakı variantında “İslam nədir?” sualına verilən cavab içərisində “zəkat verməyin” yerini “cünublükdən təmizlənmək” almışdır. [Əbu Davud, Sunnə, 4696, 5/75]

Ardı var

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka