Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə bir daha onu təkrar etməzlər.

[Ali imran, 135]


Müsəlman, insanların əlindən və dilindən əmin olduğu insandır.

[Tirmizi, İman 12]


Sadəcə iman edib Saleh əməl işləmək insanı "yaxşı" edər.
Haqqı və səbri tövsiyə etmək isə insanı "aktiv yaxşı" edər.

[Hikmətli sözlər]

.

QURAN OXUMAQ

[ Oxu! / 15179 dəfə baxılıb ]   
|
 
27. Vəhyi həyatınızın mərkəzinə yerləşdirin. Quransız bir həyat Allahsız bir həyat deməkdir. Allahla və özü ilə tanış olmaq istəyən Quran oxusun. Oxumaq, anlamağı və yaşamağı da ehtiva etməlidir. Allahın Rəsulu ilə tanış olmaq istəyən Quran oxusun. Xaliq - məxluq əlaqəsinin necə qurulmasını, eləcə də Allah və Nəbi [sas] arasındakı əlaqəni şəxsiyyətində görmək istəyən Quran oxusun.

28. Quran oxumamışdan öncə ağlınızı və qəlbinizi yoxlayın, görün ki, Quran oxumağa hazırdır, ya yox? Yəni ağlınız səlim, qəlbiniz səlimdirmi? Əgər duyğu və düşüncə məkanınız Kəlam Sultanını qonaq etməyə hazır deyilsə, ətrafınız dağınıq və tör-töküntüdürsə, zehin və ürəyiniz darmadağındırsa, ətrafı toplayıb bu məkanları Qurana hazırlayın.

29. Quranın başında oturarkən özünüzü Allahın mənəvi hüzurunda diz çökmüş kimi hiss edin. Sanki; Rəbbiniz sizinlə danışır, siz də heç bir hərfini qaçırmamaq üçün Onu canı-dildən dinləyirsiniz.

30.Quranı sizə nazil olurmuş kimi oxuyun. Oradakı hər xitabın müxatibi [1] siz olun. Özünüzü orada anladılan hər qissənin qəhrəmanı yerinə qoyun.

31. Quran oxuyarkən qəlbinizin qibləsi davamlı olaraq Allaha yönəlmiş olsun və bu duanı oxuyun: Allahım, məni ona və onu mənə aç.

32.Əvvəlcə Qurandan möhkəm [2] ayələri oxuyun. Onlar "kitabın anası"dır. İlk əvvəl mütəşabihlərlə [3] məşğul olmayın.

33. Mütəşabih ayələr üzərində durmanın iki şərti var: İman etmək muhkəmatı [4] mükəmməl bilmək. Ancaq bu keyfiyyətlərə malik olduqdan sonra mütəşabih [məcazi] ayələr üzərində durun, lakin bu halda sizin və başqalarının əldə etdiyi nəticənin iman ediləcək bir nəticə olduğu qənaətində israr etməyin. Unutmayın ki, mütəşabihlər, Quranın dinamik və daim yeniləşməkdə olan ayələridir, mütəşabihlərin mətnləri bir dəfə, mənaları min dəfə nazil olar. Sözü gedən ayələr, onlar barəsində düşünən hər mömin və kamil elm sahiblərinə sirrini yenidən açar, sanki ilhamla yenidən nazil olar.

34. Quran oxuyarkən, əgər Ərəb dilinə bələd deyilsinizsə, gündəlik namazlarınızda oxuduğunuz qısa surələrin mənasını da əzbərləyin. O zaman namazda surəni oxuyarkən əzbərlədiyinizin mənası da ağlınızdan keçəcək. Eyni ilə subtitrli bir film kimi, həm görüntü həm yazı birlikdə davam edir, bax belə.

35. Ətrafınızda Quranı həqiqi mənada oxumağı bacaran "ayaqlı Quran" varsa, Quranı ondan öyrənin. Bu, Quran öyrənməkdə Nəbəvi üsuldur. Allah Rəsulunun Quran müəllimi Cəbrail idi. Qiraət istikranı [üzərində yaxşıca düşünərək dərk etmək. Tək-tək hadisələrdən ümumi nəticələr çıxartmaq], istikra isə əməli zəruri edir.

36. Qurana öz subyektiv qənaətlərinizi yamamağa çalışmayın. Quranın şəffaf irmağını, mədəniyyətlərin kütləvi zinasının məhsulu olan zehin tullantıları ilə bulandırmayın. Hər ayəni doğru anlamaq üçün aşağıdakı qaydalara diqqət yetirin:

a) Quranda o ayəni açıqlayan və ya tamamlayan başqa ayə varmı?
b) Peyğəmbərimiz o ayəni necə anladı, açıqladı və yaşadı?
c) Səhabənin fəqihləri[5] o ayəni necə anladı və yaşadılar?


37. Yaxşı bilin ki, Quran; əks tərəfi təhlükəli olan silah kimidir. Özünün söylədiyi kimi: "möminin imanını, zalımın və kafirin hüsranını [6] artırır."

38. Evlisinizsə hər gün, ailənizlə, ev əhlinizlə birlikdə Qurandan bir hissəni anlayaraq oxumağı qarşınıza məqsəd qoyun. Onları da vəhylə tanış edin. Bu qəbildən olan gündəlik oxumalar sizdə vərdiş halına gəlsin. Yemək üçün heç kəsin xatırlatmasına ehtiyac duymadığınız kimi bunun üçün də heç kəsin təşviqinə ehtiyac duymayın. Yaxşı bilin ki, qəlbin və ağlın aclığı, mədənin aclığından daha təhlükəli nəticələrə səbəb olur. Ağlın qidası saleh elm, ruhun qidası isə bu elmin imana dönməsidir. Tamamilə imana dönə biləcək tək elm qaynağı isə vəhydir. Saleh olmayan bir elmi imana çevirmək, zəhərli ərzaqla qidalanmağa bənzəyir. Duyğu və düşüncə zəhərlənməsi nəticə etibarilə qida zəhərlənməsindən daha qorxuludur.

39. Uşaqlarınıza nağıl yerinə Quran qəhrəmanlarının; Həzrəti İbrahimin, Həzrəti İsmayılın, Həzrəti Musanın, Həzrəti Yusifin, Həzrəti İsanın qissələrini anladın. Çağdaş mədəniyyət, onların xəyal dünyasına saxta futbol ilahlarını və pop meqastarlarını yerləşdirmədən, siz, Quran qəhrəmanlarını yerləşdirin.

40. Quranı, onun nazil olduğu insanları və mühiti, vəhyə müxatib olan ilk cəmiyyəti və vəhyin böyük müxatibi Nəbi Əleyhissəlamı tanımaq istəyirsinizsə, səhih sünnətin qaynaqları olan hədis, siyər[7], meqazi [8] kitablarını və səhabə həyatını anladan əsərləri oxuyun. Unutmayın ki, Quranı tanımağın ən yaxşı yolu budur. Vəhyin ruhunu və özünü ancaq bu şəkildə qavraya bilərsiniz.

41. Hafizənizə onun haqqını verin; Qurandan və səhih sünnətdən ayə və hədislər əzbərləyin. Mədəniyyətiniz artar, söz ehtiyatınız zənginləşər. Daha doğrusu namazları bir ömür boyu "Ələmtərdən aşağısıyla" [9] qılmağa məhkum olmazsınız. Bu bir məhrumiyyətdir. Quran coğrafiyasının dəyişik iqlimləri olan fərqli surələrdən heç olmazsa kiçik-kiçik hissələr əzbərləyin. Mənasını bilərək namazlarınızda oxuyun. Namazlarınızdan fərqli bir həzz almağa başladığınızı görəcəksiniz.


[1] Xitab olunan, müraciət olunan
[2] Hökmləri dəqiq bilinən
[3]Quranı Kərimdə mənası çox da açıq olmayan, həqiqi mənalarını yalnız Allahın bildiyiayələr.
[4]Hökm ehtiva edən Quranı Kərim ayələri
[5]Fıqh alimi, İslam hüquqçusu
[6]Zərər, ziyan, itki
[7]Həzrəti Peyğəmbərin həyatından bəhs edən kitab,
[8] Qəzalar, qəzvələr haqqında məlumatlar.
[9]Ələmtər “Fil” surəsinin digər adı, Quranın 105- ci surəsi. Burada Fil surəsindən sonra gələn qısa surələrlə yetinmək mənasında işlədilmişdir.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:23
GÜNƏŞ07:01
ZÖHR [ 4 rükət ]13:41
ƏSR [ 4 rükət ]17:25
MƏĞRİB [ 3 rükət ]20:21
İŞA [ 4 rükət ]21:53
GECƏYARI00:52
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka