Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ

[ Oxu! / 1669 dəfə baxılıb ]   
|
 
Oxucularıma lap çoxdan “İman Risaləsi” adlı bir kitab borclu idim. Əziz oxuyucularımdan ricam budur ki, “İman Şüuru” adı altında çap olunan bu əsəri, o köhnə borcumun əvəzi hesab etsinlər. Belə ki:

“İman” adlı kitabım, bu mövzuda yazdığım ilk əsərimdir. Üstündən çox vaxt keçib. Bu əsər, bəzi fakültələrdə dərs kitabı kimi tədris olundu, bəzilərində tədqiqat əsərlərinə mövzu oldu. Lakin əslində biz "İman" adlı əsərimizi yazarkən, onu bir “risalə” olaraq nəzərdə tutmuşduq. Amma kitab yazılıb bitdiyində “risalə”nin çərçivəsini aşan bir əsər meydana gəldi. İlk fəsilləri əsasən kəlami mövzulara ayrılmışdı. Ona görə də ilk adı olan “İman Risaləsi” adını dəyişdirməyə məcbur olduq.

İman kitabımızın çap olunduğu gündən bəri bəzi oxucularımız, ya ayrı bir risalə qələmə almağımı, ya da "İman" kitabının son fəslini müstəqil olaraq nəşr etdirməyimi təkid edirdilər. Hətta bəziləri İman kitabımın “İman: İnsanın Səadəti” adlı beşinci fəslini çoxaldaraq yaydılar. Bundan aldığım cəsarətlə, mən də israrlara müqavimət göstərmədim. Arzum yeni bir “İman Risaləsi” qələmə almaq idi. Fəqət zamanım əlverişli deyildi. Nəticədə ikisinin arası oldu. İman kitabımızın son fəslinin yayınlanmasına məhz buna görə icazə verdim. Ancaq bunun məni rahatlatması üçün o fəslin əvvəlinə nisbətən uzun və əhatəli hesab oluna biləcək İman Əsaslarına aid bir fəsil əlavə etdim.

Əlinizdə tutduğunuz "İman Şüuru", məhz belə ərsəyə gəldi. Rəbbimdən arzu edirəm ki, təsirini artırsın, sözlər ürəklərimizdən çıxıb ürəkləri tapsın. Sözlərimiz cəsəd hökmündədir. O cəsədin qəlbinə ruh üfləyərək müxatibə təsir göstərən Allahdır.

Qeyrət bizdən, uğur və təsir isə Allahdandır.


Mustafa İslamoğlu

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka