Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏQDİM

[ Oxu! / 2213 dəfə baxılıb ]   
|
 
Dünyadakı bütün yollar ölümə gedir. Ölümdən sonra yollar tək yola çıxır, o da Allaha gedir. Allahdan başlayan yol yenə də Allahda bitir.
Həyata bir neçə dalma su ilə başlayan biz insanların, ölümdən sonra sonsuzluğa uzanan həyatımız haqqında ciddi narahatlığımız yoxdursa, bu həm dünyəvi həyatımız, həm də uhrəvi həyatımız üçün böyük bir təhlükədir.
Bu gün insanların düşüncələrini məşğul edən narahatlıqlarına baxın; əksəriyyətinin dünyəvi narahatlıqlar olduğunu görəcəksiniz. İzdihamlı bir şəhərin ən sıx nöqtəsində durun və oradan keçən minlərlə insanlardan hər birinə bu sualı verin: "Bu anda nəyi düşünürdün?" Heç bir insanın rahatca "Bu anda, bir gün öləcəyimi və yaşadığım həyatın hesabını verəcəyimi düşünürdüm" deyəcəyini eşitməyəcəksiniz. İnsan, yüz faiz başına gələcək ölüm hadisəsini və hesaba çəkilməyi düşünmədən necə yaşaya bilər? Təəssüf ki, yaşayır.
Məhz yaşadığımız bu acı həqiqətlərdən çıxış edərək bir az da olsun insanlara axirəti xatırlatmaq, onlara tez-tez axirət həyatını xatırlatmaq üçün gündəlik həyatımızda yaşadığımız bir sıra hadisələri şərh edib mənalandıraraq, hisslərimizi Allaha və axirət gününə yönəltmək istədik. Axirətdən ayırdığımız dünyanı təkrar axirətlə birləşdirməyə çalışdıq. Yalnız "Ölümə qədər olan müddət" olaraq hesab etdiyimiz istiqbal [gələcək] anlayışını, ölümdən sonranı da ehtiva edəcək şəkildə anlamağa və izah etməyə çalışdıq. İstədik ki, bir ayağımız axirətdə, bir ayağımız dünyada; bir gözümüz axirətdə, bir gözümüz dünyada və bir qulağımız İsrafilin Surunda, bir qulağımız da bu dünyada olaraq yaşayaq.
Biz bütün bunları qarşımıza bir məqsəd kimi qoyarkən, bu hədəfə nə qədər yaxınlaşa bildik? Bu duyğuları nə qədər verə bildik? Və ya bu sətirləri oxuyanlar o gözəl duyğuları nə qədər duya biləcəklər? Bunu oxucunun ixtiyarına buraxıram.
Qulluğa aid bütün problemlərimizin, nəticədə gəlib "axirətə iman" nöqtəsində düyünləndiyini gördük və bu düyünü bir az da olsun boşaltmağa və açmağa çalışdıq. Səhvlərimiz bizə, doğrularımız Rəbbimizə aiddir.
Əzm bizdən, doğru yola yönəltmək isə ancaq Allahdandır...




* Axirətlə bağlı, axirət

Həsən Əkər

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka