Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

OXUMAQ

[ Oxu! / 6300 dəfə baxılıb ]   
|
 
9.Oxuyun. Unutmayın ki, «oxumaq» hələ də elm əldə etməyin ən təsirli üsuludur. Bunu da unutmayın ki, oxumanın obyekti sadəcə kitab deyil. Kitab, bəlkə də oxumağa mövzu olan obyektlərdən yalnız biridir. Kitabdan başqa Allahın ayələrindən olan hadisələr, əşya, kainat və insanın özü də oxumağa mövzu olan predmetlərin önündə gəlir.
10.Düşüncənizi acından öldürməyin. Bu mənada oxumaq, vəhy də almadığınıza görə, zehnin aclığını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Oxumayan insan susuz bitki kimidir, quruyar. Bəlkə də elmə ancaq oxumaqla qovuşmaq olmaz, lakin oxumaq elmə qovuşmanın ən təminatlı üsullarından biridir.
11.Doğru niyyətlə oxuyun. Oxumaqda məqsədiniz dünya mənfəəti əldə etməkdirsə, dünya mənfəətini oxumaqdan daha tez əldə edə biləcəyiniz vasitələr var, onlardan istifadə edin. Elmə saf bir niyyətlə yönəlin. Unutmayın ki, "gerçəyin elmi [həqiqət] Allahın qatındadır." O elmdən bəhrələnə bilməyiniz ixlasınızdan* asılıdır. İxlassız elm sahibinə yükdür.
12.Doğru oxuyun. Doğru oxumağın təminatı doğru bir dünya görüşüdür. Kitabı, hadisələri, əşyanı, kainatı və insanı yanlış oxuyanlar müdrikliyin sirrini heç bir zaman dərk edə bilməzlər. Doğru oxumağın bir yolu da "səlim ağıl"* sahibi olmaqla mümkündür. Səlim olmayan bir ağıl oxuduğu doğru şeyləri belə yanlış anlayacaq, haqqı batil ilə qarışdıracaqdır.
13.Əlbəttə, gözün oxuduğu obyekt sadəcə kitab deyil, hər şüurlu baxış bir oxuma hadisəsidir. Doğru oxumaq üçün doğru baxmaq lazımdır. Əyri baxanlar heç bir zaman doğru görə bilməzlər.
14.Yanlışlığı baxdığınızda deyil, əvvəlcə baxışınızda axtarın. İnsana əyri baxan biri ilk baxışda onun imanını, ağlını, qəlbini, cəsarətini, fəzilətini, gözəlliklərini deyil bağırsağını görürsə «insan kimdir?» sualına «bağırsaqdır» deyə cavab verəcəkdir. İlk baxışda fincanın dolu olan yarısını deyil boş olan yarısını görən biri, bir evdə salon, qonaq otağı, istirahət otağı olduğu halda evi «içində tualet olan məkandır» şəklində xarakterizə edən bir şəxs kimidir.
15.Qulaqla oxuyarkən, – qulaqla oxumaq dinləməkdir, – qulaq ardı etməyin. Söylənilənlərin hamısını diqqətlə dinləyin. Dinlədiyinizi doğru anlayıb anlamadığınızı araşdırmadan etiraz etməyin.
16.İstər göz, istər qulaq, istər zehin, hansı əzanızla oxuyursunuz oxuyun, aldığınız məlumatı mütləq könül süzgəcində süzün. Əldə etdiyiniz elmi, imanınızın «təsdiq»ini almadan əmələ çevirməyin.
17.Doğrunu oxuyun. Bunun mənası «yanlışı oxumayın» deyil. Ancaq oxumaq üçün etdiyiniz seçim doğru seçim olmalıdır. Burada elmin hələ də ən sadiq daşıyıcısı olma xüsusiyyətini özündə əks etdirən kitab gündəmə gəlir. Doğru seçilməmiş bir kitab, bir deyil bir çox baxımdan israfdır: Əmək israfı, pul israfı, zaman israfı, zehin israfı… Bu israfların qarşısını almağın yolu şüurlu seçimdir. Yüz qram şəkər yemək üçün yüz kilo şəkər qamışı çeynəmək ağılsızlıqdır.
18.Unutmayın, vəhydən başqa bütün kitablar bir «əcəba?» ilə başlayar, bir «əcəba?» ilə bitər, bəlkə də elə bir «əcəba?» üçün də yazılar.
19.Kitabların qəlbini qırmayın. Onların qəlbi var, onlarla küçə yosması* kimi pis davranmayın. Kitabı, belinə minərək dünya nemətinə qovuşulacaq bir vasitə kimi görmək, kitabın iffətinə təcavüzdür.
20.Allahın kitabından başqa heç bir kitab «la raybə fiyh: İçində şübhə olmayan» deyil. Bu baxımdan insan əməyinin məhsulu olan kitablar qarpıza bənzəyirlər. Qabığını kəsib içini yeyin. İçi gözəldir deyə qabığını yemək də, qabığı var deyə içini atmaq da anormallıqdır. İmam Şafi, əl-Ümm adlı məşhur əsərini diktə etdirərkən tələbəsinə «oğlum, oxu baxım» deyir, tələbəsi də oxuyur. İmam «buranı sil belə yaz, buranı poz belə yaz» deyərək kitabı əvvəldən axıra kimi qaralama halına gətirir. İkinci dəfə «bax, indi oldu» deyərək oxutdurur. Ancaq bu dəfə də birincisi kimi sildirir, pozdurur, yazdırır. «Hə, bax indi oldu» dediyi üçüncü dəfə də bir sıra təshih edilməsi lazım olan yerlər çıxınca öz-özünə söz verir və deyir ki: «Bundan sonra Allahın kitabından başqa heç bir kitaba mükəmməl deməyəcəyəm.» Unutmayın ki, bir Kitabdan başqa heç bir kitab əvvəldən axıra qədər doğru və yenə heç bir kitab da əvvəldən axıra qədər yanlış ola bilməz.
21.Doğru kitab seçimi, ilk əvvəl doğru müəllif seçimidir. Çünki xüsusilə üzərində təfəkkür olunacaq əsərlər müəlliflərindən ayrı deyil. Əgər müəllifin düşkünlükləri varsa, qüsurları əsərində öz əksini tapacaq. Buna görə də insana aid heç bir əsəri, Allahın əsəri kimi oxumayın, hətta bu insan çox sevdiyiniz biri olsa da. Özü mükəmməl olmayan insan, necə mükəm-məl bir əsər yaza bilər ki? Bu mənada mükəmməl olan Allahdır və içində şübhə olmayan yeganə kitab da Onun kitabıdır.
22.Bu baxımdan Allahın kəvni* ayələrini [sünnətullah] və əməllərini əks etdirən pozitiv elmlərlə bağlı əsərlər etimada daha çox layiqdirlər.
23.Kitabları üç qrupda dəyərləndirin: I.Stolüstü əsərlər, II.Tədqiqat əsərləri, III.Ümumi mədəniyyət əsərləri. Stolüstü əsərlər, bir dəfə deyil, təkrar-təkrar oxunacaq əsərlərdir ki, çox azdır. Bunlar qida kimidir, qəbul edilməsələr olmaz. Quran bunların ən öndə gələnidir. Qidası Quran olanın təməli möhkəm olar. Tədqiqat əsərləri; lüğətlər, terminoloji kitablar, ensiklopediyalar bu qrupa daxildir. Bunlar dərman kimidir, ehtiyac olduqda istifadə olunur. Ümumi mədəniyyət əsərləri isə, seçimində ən çox tələbkarlıq tələb olunan qrupu formalaşdırırlar.
24.Oxuma üsulu çoxdur. Ancaq bunlardan üçü məşhurdur. I. Xətt çəkmək və işarə etmək üsulu. II. Qeyd etmə üsulu. III. Konspektləşdirmək üsulu. Oxumaqda məqsəd elm əldə etməkdir. Yaddaşı insanı aldada bilər. Əgər oxuduqlarınızda davamlı istifadə edəcəyiniz məlumatlara rast gəlmişsinizsə bunları mühafizə etməlisiniz. Onu da ancaq bu üsulların biri ilə edə bilərsiniz.
25.Əgər öyrəndiyiniz elmi başqalarına da öyrədirsinizsə, yenidən istifadə edəcəyiniz bütün məlumatları qeyd etdiyiniz kiçik bir "məlumat kitabçanız" olsun. Yaxşı bilin ki, "hafizəi-bəşər nisyan ilə məluldur."*
26.Qulaqla oxuduğunuz zaman əhəmiyyətli hesab etdiyiniz məlumatları mütləq qeyd edin. Qeyd dəftərçəsiz gəzməməyi adət halına salın. Şairin tövsiyəsini unutmayın:

"Qələm qızıl, kəlam inci həmən dərc eylə, dərc eylə,
Tərəziyə qoyub satma, yeri gəldikcə xərc eylə."

*İxlas - Hal və hərəkətində Allah rizasına yönəlmə. Tövhid [təktanrılıq] inancının xülasəsi.
**Səlim ağıl - Allahın ayələrini anlayan, ona təslim olan ağıl. Qüsursuz, nöqsansız, təmiz, səmimi.
*** Küçə yosması - Yüngülxasiyyət qadın
**** Kəvni - Kainat ayələri, varlıq, mövcudiyyət.
***** "hafizəi-bəşər nisyan ilə məluldur." - İnsanın hafizəsi unutmağa meyllidir.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka