Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ELM

[ Oxu! / 3847 dəfə baxılıb ]   
|
 
1. Məqsədsiz olmayın. Məqsədsiz olmaq insanlığın içərisində “tullantı/curuf” olmağa namizəd olmaqdır. Yaradılış məqsədiniz barəsində ciddi düşünün. Kainat içərisində insanlığın, insanlıq içərisində mənsub olduğunuz ümmətin, ümmət içərisində şəxsiyyətinizin vəzifə və məsuliyyətləri barəsində düşünün. Rolunuzu yaxşı oynamaq, onun nədən ibarət olduğunu bilməklə mümkündür.

2. Siz “Həzrəti İnsan”sınız. Özünüzü tanıyın. Hər şey sizdə başlayır. Məxluqatın onurğa sütunu olduğunuzu unutmayın. İnsan həm yoldur, həm yolçu. Yolçu yolu tanımaq istəyirsə özünü tanımalıdır. Məziyyətlərini, üstünlüklərini, düşkünlüklərini, məsuliyyətlərini, hüquqlarını…

3. İnsanı tanımaq istəyənlər bilməlidirlər ki, öyrənmə qabiliyyəti insanı insan edən əsas keyfiyyətlərdən biridir. Digər bütün məziyyətlərinin də “bilmə”yə bağlı olduğunu heyrətlə görəcək.

4. Cəhalətdən, vəbadan qaçan kimi qaçın. Elm, həqiqi məziyyətdir. İman belə elmlə başlayır: Mərifətullah. Sizi həqiqətin elminə qovuşduracaq qaynaqları kəşf edin. Bu kəşfin ən ümumiləşdirilmiş adı «oxumaq»dır. “Oxu” əmri, bir möcüzə əsəri olan Quranın nazil olan ilk ayəsinin ilk kəlməsidir. Oxuyan sadəcə göz deyil, həm də qulaq, burun, dil, zehin, qəlb, ruh, ağıl, təsəvvürdür. Amma hər birinin oxumaq formaları fərqlidir.

5. Elmə sahib ola bilmək dünyada sahib oluna biləcək sərvətlərin ən xeyirlisidir. Çünki elm həqiqi krallıqdır.

6. Elm əldə etməkdə birinciliyi təcili ehtiyaclara verin. Təbii ki, bunun üçün də oxuma obyektinə hər yönəldiyinizdə "Mənim bu elmə ehtiyacım varmı?" sualını özünüzə verməlisiniz.

7. Belə ki, elmi, dini və dünyəvi olaraq iki qismə ayırmaq doğru deyildir. Bir möminin dünyası dinindən, dini dünyasından ayrı deyildir. Məsləyinizin elmi sizin "elmi-halınızdır." Bu, eynilə axirətinizin elmi kimi lazımlı və faydalıdır.


8. Elm hamballığından cəhalətdən qaçdığınız kimi qaçın. Unutmayın ki, Allah Rəsulu faydasız elmdən Allaha sığınmışdır. Faydasız elm zehnin daşıdır, atılmalıdır. Bəzən zehin daşı böyrək daşından daha təhlükəli olur və müalicəsi də çətindir. Böyrək daşını lazer şüaları ilə parçalamaq mümkün ikən zehin daşını parçalamaq az qala qeyri-mümkün olur. Əllamə [1] ilə alimi, əllaməliklə elmi qarışdırmaq alimin kim, elmin də nə olduğunu bilməməkdir. Elmin və alimin tərifini «Qulları içərisində Allahdan layiqi ilə ancaq alimlər qorxar» ayəsi ilə dərk edə bilərsiniz.

[1]Özünü hər şeyi bilən kimi göstərən adam

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka