Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏLB

[ Müxtəlif / 9599 dəfə baxılıb ]   
|
 
Kim ki, Allahı istəyir görmək
arasın qəlbi – tabnakində,
Arasın kəndi ruhi – pakində,
Hər kimim qəlbi ruhu düzgündür,
Daima hiss edər də, Haqqı görür.
Seylə sofanə ruhə malik olan yaşamaz ayrı hərgiz Allahdan.
Hüseyn Cavid. (Şeyx Sənan)

Qəlb... Nədir qəlb? Mikro kainat olan insanın paytaxtı, mərkəzi şəhəri.

Düşündük ki, qəlbimizdən xəbərdarıq. Əslində xəbərdar olmadığımız ən böyük sirlərdən biri də qəlbdir.

Bir şeyi bilməklə onu əldə etmək, yaxud onunla yaşamaq arasında sərhədsiz fərq var. Yaşanılmayan bir şeyi anlatmaq mümkünsüz. Biliyə sahib olmaq xəbərdar olmaq deyil, onunla yaşamaqdır. Ürəyə sahib olan hər kəs qəlbinədəmi sahib? ...
Vücudda bir ət parçası vardır. O pozularsa bütün vücud pozular. O qəlbdir.

Paklığı sevən Yaradanın yaratdığı qəlb də yaradılış etibarı ilə pakdır. Amma... Amma vücud ölkəsinin mərkəzi, ana şəhəri olması səbəbilə qəlbin iman, ruh kim dostları şeytan, nəfs kimi düşmənləri var. Qəlb üzərində savaş böyük... Qəlb kimin məkanı olacaq? İnsanın paytaxtına kim sahib olacaq? ...

Bu ucsuz-bucaqsız ölkənin xüsusiyyəti adında gizlənmişdir. Qəlb—yəni dəyişkən olan, haldan-hala girən, dönük, incə... Bir su kimi içinə girdiyi qabın formasını alır, gördüyünə axır... Ölkədə hər şeyi qəfil dəyişə biləcək olan inqilab da, qəlb də eyni kökdən deyilmi? ..

Qəlbin harada yerləşməsinin nə önəmi var? Əsas onun var olması, sağlam yaşaya bilməsi deyilmi? İnanın, əgər o yaşayırsa sizi varlığından mütləq xəbərdar edəcəkdir...
Qəlb... Qəlb kimə məxsus olmalıdır? Kimi qonaq etməlidir?

Yol göstərən nur Allah Ənbiya surəsinin 22-ci Kərim ayəsində belə buyurur:

”Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, yer və göy, (onların nizamı) pozulub gedərdi”...

Ey Adəm övladı, bil! Göylərin bir ilahı, bir sahibi var... Əgər iki olsaydı param - parça olub məhv olardı. Qəlbin Yaradanı da onun tək ilahı, tək məbududur. Qəlb məkansıza məkan ola bilmək keyfiyyətinə sahibdir. İnsana şah damarından da yaxın olan Allahı qonaq edə biləcək səviyyədədir...

”And olsun ki, İnsanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq (Qaf, 16)
Möminin qəlbi Allahın evidir...

“Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal, 24)
Qəlb onu Yaradana məxsus olmalıdır... Qəlb yalnız nur Allahı qonaq edərsə, almaz kimi, nur kimi parlayaraq tək sahibinə dönə bilər.

Rasulumuz bizə öyrətməyibmi:“Allah sizin görkəminizə və mallarınıza deyil, qəlblərinizə baxar”

Ya Rabbimiz, ağ libasdan kiri təmizlədiyin kimi, qəlbimizi də xətalardan təmizlə...

Həmd olsun Sənə ya Rabbimiz, təmizlənmək, arınmaq üçün bizlərə Ramazan ayını yaşatdığın üçün...

Yoxsa...“Onların qəlblərini qazandıqları günahları qaraltmışdır” (Əl- Mutəffifin, 14)

Bu kiri təmizləmək, əlbəttə asan deyil. Ən çox istifadə olunan orqanlarımız əl, beyin, qəlb... Əlimizi bir neçə ay yumasaq halımızı təsəvvür edin... Əldən qaynaqlanan mikroblar bütün vücudumuzu bürüyəcək. Daha çox istifadə olunan orqan olan Qəlbin kirlilik dərəcəsini təsəvvür edin. Necə ki, Rasulumuz olan Allah Həbibi Muhamməd (s.a.s) bizi öyrədib: “Mömin hər günah etdikdə onun qəlbinə qara bir ləkə düşür. Əgər o an bunu anlayıb peşmançılıq çəkib istiğfar edib tövbə edərsə, ləkə silinər və qəlb ilk halına dönər. Səhvini anlamadığı təqdirdə isə günahlarını davam etdirdikcə ləkələrin sayı artaraq qəlbi qaralıb kömürə çevriləcək.”

“Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların çərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırır və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!” (əl-Bəqərə,74)

İmtahanlar dünyasında yaşayan insanın qəlbi aparıcı qüvvə olması səbəbilə sınanmadan, yoxlanışdan kənarda deyil. Hər an, hər addımda fitnələrlə qarşı-qarşıyadır. Allahın təqva üçün sınadığı qəlblər hər an savaş içindədir. Amma qəflət deyilən bir düşmən də mövcuddur. Heç bir pəncərəsi, qapısı, dəliyi olmayan qaranlıq bir məkan təsəvvür edin. Qəlbin çırağı olan hidayət nuru bu qaranlıq məkana haradan işıq sala bilər?

“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır” (əl-Bəqərə, 7)

Onları böyük bir əzab gözləyir...

“Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” (əl-Ənam, 46)

Qəlbin qatılaşmamasının, yəni xilas olmaq şansının bir yolu var... Daxili müharibə... Daxili müharibə əbədi savaşdır. Dünyadakı müharıbələr müəyyən bir zaman içərisində bitsə də, insanın daxili dünyasında yaşanan müharibələr bitməz. Hər düşmənin bir gün dost olma ehtimalı var, amma insanın qiyamətə qədər əbədi var olacaq düşməni heç bir an durmayacaq. Adəm oğlunun əbədi düşməni şeytan öz savaşına əvvəl ürəyində məğlub oldu, sonra Cənnətindən məhrum oldu. Məğlubiyyət səbəbini özündə deyil, əşrəf insanda gördü. Öz “mən”inə deyil, insana düşmən kəsildi. Təkəbbür, kin, nifrət, lovğalıq, sevgisizlik, bütün mənfiliklər hakim kəsildi qəlbinə. Unutdu ki, Allah kimsəyə əzab verməz, hər kəs öz əməlinin girovudur. İntiqam, nifrət hissilə alovlanan şeytan insana qarşı cəbhələr açdı... Beləliklə, savaş başladı: İblis xisləti və insan fitrəti.

”Sənin məni zəlalətə düçar etməyinə əvəz olaraq mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!” (əl-Əraf, 16-17)

Qiyamətə qədər möhlət alan düşmən durmayacaq. Ey Adəm övladı, sənin dostun və yardımçın olan Uca Yaradan düşmənin tələsindən, üzərinə atdığı çirkablardan təmizlənə bilmən üçün Ramazan ayı kimi bur nemət vermiş... Fürsətini itirmə. Qəlbini təmizlə. Şeytana məxsus duyğuları çıxarıb at qəlbindən. Allahın əxlaqı ilə əxlanmaq zamanı gəldi... Qəlbinə sevgini, ədaləti hakim et... Qəlbində Yalnız Yaradanını yerləşdir. Sənin yalnız Yaradana ehtiyacın var... Sən yalnız Yaradana, sənə Həyat verənə möhtacsan... Fitrətinə dön – qələbə qazan.
Allahın varsa nəyin yox? .. Allahın yoxsa nəyin var ???
Düşün, çox düşün... Allah onun ayələri üzərində düşünənləri sevir. Rəbbinin verdiyi ağıl nemətindən bol-bol istifadə et, çünki, Rabbimiz ağıl nemətini yalnız sevdiyi qullarına bəxş edir. İmam Əli nə gözəl demiş: “Ağıl qəlbdədir”...
Şeytanın viruslarını qəlbinizdən çıxarın. Allahı buraxıb şeytanı özünüzə dost etməyin, İblisin xislətindən kiçik bir əlamət belə düşməninin sevinci deməkdir. Düşmənin sevinci sənin məğlubiyyətin deməkdir. Qələbə Allahın firqəsinindir. Allahın firqəsi Allahın üfürdüyü pak ruhu qəlblərində sultan edənlərdir. Yaradana məxsus qəlbdə düşmənə və onun xislətinə yer yoxdur. Düşməni andıracaq hər əlamətdən uzaq dur. Yoxsa Allah kimi bir düşmən qazanarsan...

”Allah quluna yetməzmi ” (əz-Zumər, 39)
yetər, yetər, yetər...

Bu gün qəlbinizi bulaq kimi qaynayan, göz yaşlarınızla yuyaraq təmizləyin. Allah üçün ağlar gözlər Cənnətdə gülər. Qəlbinizi fikirlə, zikrlə, şükrlə, gözəlliklə, ehsanla, təqvayla, duayla, tövbəylə təmizləyin... Bu gün dua günüdür...

”Əgər duanız olmasa, Rabbimin yanında nə qədir - qiymətiniz olar?” (Furqan, 77)

İçinizdəki dünyanı kəşf üçün hazırlaşın. Səlim qəlb axtarışında olun.. Səlim qəlb salam halında olan qəlbdir. Salam halında olmaq = islamda olmaq = Rəbbin qanunlarına təslim olmaq = əbədi səadət = qələbə. Ruhunuzla qəlbiniz arasında vəhdət yaradın. Qəlbinizin dostu iman, Allahın üflədiyi ruh... Qəlbinizə dilədiyi hüzuru verin... Qəlbinizə qələbə qazandırın. Qəlbin qələbəsi hüzur deməkdir.

“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır... Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapa bilər” (Rad surəsi, 28)...

Ey Adəm övladı bu gün fikir, zikr, şükr günüdür... (hər saniyə ömürdən gedir, saniyələrini Allahı zikr etməklə doldur) Zikr ən gözəl qazancdır. Zikr, şükr sənin xilasın və silahındır.

“Ey Adəm övladı, gözlər kor olmur, ancaq sinələrdəki qəlblər kor olur.” (Həcc, 46)

Qəlbini hikmətə aç. O zaman biləcəksən ki,
“Kimə hikmətdən bir pay verilmişsə ona çox xeyir verilmişdir” (Bəqərə, 229)

“Möminlər o kimsələrdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər” (Ənfal, 2)

BismillahirRahmənir Rahim.

Mərhəmətli Rəhmli Allahın adı ilə

Məhəmməd Peyğəmbərə (s. ə. s. ) və onun ailəsinə salam olsun.
Ey qəlbləri yönəldən Allahım, qəlbimi dində sabit et.
Mərhəmətli Allahım, qəlblərimizi mərhəmətlə zənginləşdir, doldur. Bu mərhəmət Sənə yaxınlaşmağa bir vəsilə olsun. Rəhman, Rəhim, Sevən, Bağışlayan, Yardım edən, Rauf Allahım qəlblərimizi, əməllərimizi, niyyətlərimizi Sənin bu keyfiyyətlərinlə zinətləndir ki, Sənin sevgini, rizanı, lütfünü qazana bilək. Qəlbimizin qaranlığından Sənə sığınırıq. Qəlbimizə Nur ver. Sən Nur üstündə Nursan.

Kim ki, Allahı istəyir görmək
arasın qəlbi – tabnakində,
Arasın kəndi ruhi – pakində
Aləmlərin Rəbbinə həmd olsun. Peyğəmbərlərə salam olsun.

Amin.


Tərtib etdi: Yeganə Mirzəyeva / Azerislam.com



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka