Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Açıq cəmiyyətin Azərbaycanda qurulması və şüurun transformasiyası problemi

[ Aktual / 3723 dəfə baxılıb ]   
|
 
Hal-hazırki şəraitdə bütün inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanın da qarşısında sabit inkişafa çatmaq üçün kifayət qədər mürəkkəb bir məsələ durur. Vəziyyətin mürəkkəbliyi sosial-iqtisadi, xarici və dövlətdaxili siyasət və digər problemlərin məcmusundan ibarətdir. Onların müvəffəqiyətli həlli üçün millətin inkişafında beynəlxalq ictimaiyyətin təzyiqi ilə deyil, ictimaiyyətin özünün daxili resurslarının iştirakı ilə nail olunmasını anlamaq lazımdır. Bizim üçün bu əlaqələrdə ən mühüm olan Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasıdır, belə ki artıq təxminən 20 ilə yaxındır ki, Azərbaycan müxtəlif ideoloji sistemlərin və mexanizmlərin təzyiqi altındadır. Təcili olaraq respublikanın bütün vətəndaşlarını birləşdirərək vahid bir millət halına gətirə biləcək bir dəyərlər sistemini hazırlamaq və cəmiyyətin böyük bir hissəsində (xüsusilə gənclərdə) Azərbaycanın uzunmüddətli iqtisadi çiçəklənməsini, siyasi sabitliyini və strateji təhlükəsizliyini təmin etmək üçün həvəsləndirmək lazımdır.

Qəbul etmək olar ki, bu gün cəmiyyətin təfəkkürünün “büsbütün dəyişdirilməsi” təkcə ölkə daxilindəki vətənpərvər qüvvələri deyil, həmçinin xaricdə “yeni dünya qurucularını”da narahat edir. Bununla əlaqədar olaraq, mövcud problemə yanaşma bir-birinə tamamilə ziddir: ümumi qərbləşməkdən tutmuş radikal ənənənçiliyə qədər. Bu iki tendensiyanın bir-birinə əks aspektləri bir çox filosof və sosioloqların əsərlərində göstərilib və onların əsassızlığının ən bariz şahidi tarixin özüdür. Bizim fikrimizcə elə buna görə, qoyulmuş məsələnin həlli üçün bazar iqtisadiyyatının və açıq cəmiyyətin qurulması, liberalizmin ən parlaq nailiyyəti olan insan hüquqlarının qorunmasını təmin edən mədəni ənənlərin liberal dəyərlərlə dinamik ahəngi lazımdır. Yeri gəlmişkən, bu zaman kommunist blokunun tənəzzülünə qədər daha fərqli fikirdə olan, açıq cəmiyyətlə uyğunlaşa bilən maliyyəçi Corc Soros belə bir qənaətə gəlmişdi ki, artıq nüfuzlu qərb demokratiyası idarəçiliyin yeganə forması deyil (Kutıryov V. A. İki Soros// İctimai elmlər və müasirlik, 2000, N3, s. 189)

Bizim fikrimizcə, ənənələrin və novasiyaların arasında konsensunsa nail olmaq üçün millətin daxili dünyasını təyin edən (hansı ki çox vacib amildir) müqavilə tipli əlaqələrin inkişafına mane olmayan Azərbaycan mədəni ənələrinin özəyində olan etik-mədəni dəyərlərin qorunması lazımdır. Elə bu yolla millətin mədəniyyətinin özünəməxsusluğunu məhv etməyən və həqiqətən də insanları konstruktiv inkişafa sövq edən liberalizm idealarını həvəsləndirmək lazımdır.

Açıq cəmiyyətin qurulması sadə vətəndaşlardan bu məfhumun məğzinin düzgün anlaşılmasını, alimlərdən bu yolda olan mədəni və konkret-tarixi səddin dəf edilməsində vacib olan cəmiyyətin daxili resurslarının düzgün qiymətləndirilməsini, siyasətçilərdən isə bu məsələnin həlli üçün ölçülmüş və vicdanlı yanaşmanı tələb edir. Bəzi politoloqların bizə demokratiyanın və açıq cəmiyyətin qurulması nailiyyətlərini yalnız üçüncü sektorun sürətli inkişafı və onların nüfuzunun artması ilə əlaqələndirmələri fikirləri ədalətsiz və hətta sosial təhlükəlidir. Bu ekspertlərin təsiri altında son zamanlar “üçüncü sektor” anlayışı vətəndaş cəmiyyəti ilə assosiasiya olunması ilə yanaşı, hətta bu anlayış artıq sinonimi şəklində də işlənilir. Bizim fikrimizcə, elə bu dünyanın demokratik inkişaf dalğasının ən təhlükəli yanlışlığıdır.

Qeyri-hökümət təşkilatlarının inkişafı onların düzgün təxsis edilməsindən və cəmiyyətdəki rolunun düzgün anlaşılmasından irəli gəlməlidir. Üçüncü sektor hakimiyyətlə kütlə arasında olan müəyyən bir müddət ərzində dövlətin suveren taleyini şəxsən özlərinin həll etməyə qabil bir səlahiyyətlərinin malik olduqları bir həlqədir. Beləki qeyri-hökumət təşkilatlarının səlahiyyatlari bu çərçivədən kənara çıxmamalıdır artıq ona görə ki, onlar bu qərarların qəbul edilməsi və nəticələri üçün nə xalqın, nə də ki qanun qarşısında məsuliyyət daşımırlar. Üçüncü sektor hakimiyyətin hipertrofiyaya (həddən artıq böyümüş) tutularaq, lazımi məsuliyyətlərlə bağlı olmayan, müəyyən səlahiyyətlərə bölünmüş törəmə bir qoluna çevrilməməlidir. O vətəndaş cəmiyyətindən ayrılmış bir “qeyri-hökumət” təbəqəsinə çevrilməməlidir, çünki əgər demokratik dövlətlərdə hakimiyyət nümayəndələri xalq tərəfindən seçilirsə, qeyri-hökumət təşkilatlarının rəhbərləri bəzən anonim maliyyə strukturlarının hesabına nüfuz toplayırlar. Bununla yanaşı, QHT-nin bu vəya digər səbəblərdən rolunu qiymətləndirməmək olmaz. Çünki bizim ölkənin qeyri-hökumət təşkilatları hələ indi-indi formalaşır və bir qayda olaraq özlərinin nə maddi – texniki bazaları, nə də yüksək intelektual kadrları vardır.

Bununla yanaşı, əsl demokratiyadan danışarkən (əgər elə bir forma varsa) bizim fikrimizcə, vətəndaş cəmiyyətini hakimiyyətə qarşı qoymaq olmaz, çünki hakimiyyət nümayəndələri –xalqın seçdikləri şəxslərdir. Qərb tədqiqatçılarının daima üçüncü sektoru dövlətdən ayırmaq cəhdləri belə bir kədərli fikrə gətirib çıxarır ki, hətta inkişaf etmiş demokratik dövlətlərdə belə “xalqın seçdikləri”nin özləri artıq qapalı bir elitar qrupa çevriliblər (bu cür qapalı cəmiyyətlərin mövcudluğu vətəndaş cəmiyyətinin ruhu ilə bir araya sığmır). Lakin bu, sözsüz başqa bir müzakirə mövzudur.

Biz vətəndaşların siyasi, iqtisadi və sosial hüquqlarının təmin olunmasının qarantı kimi hökümət sifətində hakimiyyəti rəhbər tuturuq. Ona görə də hakimiyyətin üçüncü sektorun və ya şəxsi, hətta transmilli kapitaldan dərin bir asılılığa düşərək zəifləməsi yol verilməzdir. Eyni zamanda dövlət şəxsi sahibkarların fəaliyyətinin qarşısını almağa cəhd etməməlidir, biznesin inkişafına şəraitin yaradılmasına borcludur. Unutmaq olmaz ki, sosial hüquq və həmçinin daxili və xarici təhlükəsizliyi anarxiya və neokolonial müstəqillik şəraitində təmin etmək olmaz. Bizim danışdığımız vətəndaş cəmiyyəti dövlət institutlarının, özəl sektorların və QHT-lərin güclü dövlət xeyrinə əməkdaşlıq etdikləri balanslaşdırılmış bir sistemdir.

Bu sistemin daxildən balansının pozulması korrupsiyanı, qanunsuzluğu, tiranlığı, kütləvi insan hüquqlarının pozulmasını yaradır. Xarici faktorların təsiri altında balansın pozulması dövlətin təbii tarixi axarının dəyişilməsinə gətirib çıxarır, bu da son zamanlar nəticələri çətinliklə söylənilən “rəngli” inqilablar şəklində özünü göstərir. Lakin təxmin etmək olar ki, inqilabi “tozcuq” tarixin qanunlarını dəyişmir və hakimiyyətə onsuz da böyük maliyyə dairələrinin dəstəklədiyi insanlar gəlir.

Burada belə bir sual ortaya çıxır: vətəndaşların təfəkkürləri hələ də liberal dəyərləri qəbul etməyə hazır deyillərsə, vətəndaş cəmiyyətinin qurulması üçün hakimiyyətin inqilab nəticəsində dəyişdirilməsi kifayətdirmi və hətta hal-hazırda bunlar hələdə müzakirə və diskussiya mövzusudur. Bizim nəzərimizcə, vətəndaşlar özləri millətinin çiçəklənməsi üçün ümumi bir anlaşmaya gələ bilməsələr, hakimiyyət strukturlarında dəyişikliklər cəmiyyətin təfəkküründə heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Bizim fikrimizcə, yalnız bu cür mental bazisin əsasında və həmçinin maliyyənin dəstəyilə cəmiyyətin daxildən açıq cəmiyyəti qurması mümkündür. O xarici maliyyə, ideoloji və digər formalı aqressiyalar üçün deyil öz nümayəndələri üçün açıq olmalıdır. Başqa sözlə bizim fikrimizcə, açıq cəmiyyət insanları siyasətə siyasət xatirinə deyil, özünü azad ifadə edə bilmək və öz hüquqlarını təmin etmək üçün mərkəzləşdirilmiş humanist ideaları olan bir cəmiyyətdir.


Elmir QULİYEV-İlahiyyatçı, Fəlsəfə Üzrə Fəlsəfə Doktoru/AZERISLAM.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:57
GÜNƏŞ07:30
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:21
İŞA [ 4 rükət ]18:50
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka