Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVBƏ VƏ İSTİĞFARIN ÖNƏMİ

[ Oxu! / 3480 dəfə baxılıb ]   
|
 
وعن الأَغَرِّ بْن يَسار المُزنِيِّ رضي الله عنه قال : قال رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : « يا أَيُّها النَّاس تُوبُوا إِلى اللَّهِ واسْتغْفِرُوهُ فَإِنِّي أَتُوبُ فِي اليَوْمِ مِائَةَ مَرَّةٍ » رواه مسلم

Əğarr İbni Yesər əl-Müzəni (radiyallahu anhdən) rəvayət edildiyinə görə Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurdu:

"Ey insanlar! Allaha tövbə edib ondan bağışlanma diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edərəm."

Müslim, Zikr 42. Ayrıca Əbu Davud, Vitr 26; İbni Macə, Ədəb 57


Əğarr İbni Yesar əl-Mizəni

Onun Mədinəyə ilk hicrət edənlərdən olduğu bilinməkdədir. əl-Cüheni soyadı ilədə xatırlanmaqdadır. Özündən İbni Ömər, Müaviyə İbni Kurrə və Əbu Bürdə hədis rəvayət etmişlər. Əğarr haqqında qaynaqlarda çox məlumat yoxdur. İkisi tövbə və istiğfara aid olmaqla üç rəvayəti vardır.

Allah ondan razı olsun!

Şərh

Hədisi şərif "Ey insanlar!" deyə başladığına görə bütün insanların tövbə və istiğfara dəvət edildiyi aydın olmaqdadır. Bəzi alimlər mövzumuzun başında keçən "Hamınız Allaha tövbə edin, ey möminlər!" ayəsinə baxaraq "Ey insanlar!" xitabıyla yenə möminlərin nəzərdə tutulduğunu söyləmişlər.

Allah Rəsulu tövbə və istiğfar edilməsini tövsiyə edərkən "Ey insanlar" xitabıyla hər kəsi, hər mömini hədəf aldığına görə, mənəvi vəziyyəti nə olursa olsun, bütün insanlar Allahdan bağışlanma diləməyə məcburdur. Çünki heç bir varlıq Ona qarşı etməsi lazım olan vəzifələrini və qulluq borcunu layiqiylə edə bilməz. Edə bilməyincə də ondan qüsurları səbəbiylə əfv və bağışlama diləməsi bir qulluq vəzifəsi olar.

Tövbə və istiğfar insanın özünü və qüsurlarını, Rəbbini və Onun ucalığını tanıması, Rəbbinə möhtac olduğunu etiraf etməsi və beləcə mənəvi yüksəlməyi arzu etməsi mənasını gəlməktədir.
Bir əvvəlki hədisdə Rəsulu Əkrəm (səllallahu əleyhi və səlləmin) gündə yetmişdən çox tövbə və istiğfar etdiyi rəvayət edilmişdi. Bu hədisi şərifdə tərəddüdsüz bir rəqəmlə gündəlik tövbə və istiğfarının yüz olduğu ifadə edilmişdir. 1876 nömrəli hədisdə gələcəyi üzrə Abdullah İbni Ömər Hz. Peyğəmbərin bir məclisdə yüz dəfə:

"Rabbiğfirli və tüb aleyye, innəkə əntət-təvvabür-rahim: Ya Rəbbi! Məni bağışla; tövbəmi qəbul buyur. Şübhəsiz sən tövbələri qəbul edən mərhəmət sahibisən" dediyini, özlərinin də bunu saydıqlarını söyləməkdədir. Bu və bundan əvvəlki hədis,
Ümməti Məhəmmədin tövbə etməklə vəzifəli olduğunu, etiraz edilə bilməz nümunəmiz Hz. Peyğəmbərin tətbiqi ilə göstərməkdədir. Heç kim Peyğəmbərdən daha üstün bir mövqedə olmadığına görə, hər kəsin tövbəyə ehtiyacı vardır.

Hədisdən öyrəndiklərimiz:

1. Bir əvvəlki hədisi şərif üçün deyilən nəticələr, eynilə bu hədis üçün də etibarlıdır.

2. İstiğfarın müəyyən bir sayı yoxdur. Yetmiş və yüz rəqəmləri çox istiğfar edilməsi lazım olduğunu ifadə etmək üçün deyilmişdir. Bizim üçün tövbə və istiğfarın minimum rəqəmi yüz olmalıdır.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka