Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVBƏ - ALLAHDAN BAĞIŞLANMA DİLƏMƏK

[ Oxu! / 5010 dəfə baxılıb ]   
|
 
قال العلماء: التوبة واجبة مِنْ كل ذنب. فإن كانت المعصية بين العبد وبين اللَّه تعالى لا تتعلق بحق آدمي فلها ثلاثة شروط: أحدها أن يقلع عَنْ المعصية، والثاني أن يندم عَلَى فعلها، والثالث أن يعزم أن لا يعود إليها أبدا؛ فإن فقد أحد الثلاثة لم تصح توبته. وإن كانت المعصية تتعلق بآدمي فشروطها أربعة: هذه الثلاثة وأن يبرأ مِنْ حق صاحبها. فأن كانت مالا أو نحوه رده إليه، وإن كان حد قذف ونحوه مكنه مِنْه أو طلب عفوه، وإن كانت غيبة استحله مِنْها. ويجب أن يتوب مِنْ جميع الذنوب، فإن تاب مِنْ بعضها صحت توبته عند أهل الحق مِنْ ذلك الذنب وبقى عليه الباقي. وقد تظاهرت دلائل الكتاب والسنة وإجماع الأمة عَلَى وجوب التوبة

Alimlərə görə insan, etdiyi hər günahdan ötrü tövbə etməlidir. İşlənən günah yalnız Allaha qarşı olub qul haqqına toxunmursa, bundan tövbə etmənin üç şərti vardır:

1. O günahı tərk etmək.

2. Onu etdiyinə peşman olmaq.

3. Bir daha etməməyə qərar vermək.

Əgər bu üç şərtdən biri əskikdirsə, tövbə edilmiş olmaz.
İşlənən günah qul haqqına toxunursa, ondan tövbə etmənin dörd şərti vardır:

Üçü yuxarıda sayılan şərtlərdir.

Dördüncüsü də qul haqqından təmizlənib xilas olmaqdır. Bu da belə olar:

Əgər bu haqq mal və bənzəri bir şeydirsə, onu sahibinə geri verər.

Əgər "zina etdi" deyə iftira atmaq kimi bir günahdan ötəri cəza görməyi tələb edirsə, haqq sahibinə özünü cəzalandırma səlahiyyəti verər və ya ondan özünü bağışlamasını istər.
Əgər bu qul haqqı birini çəkişdirmə günahıdırsa, o kimsədən üzr istəyər.

İnsanın etdiyi hər günah üçün tövbə etməsi lazımdır. Günahlarının bir qismindən tövbə edərsə, əhli-sünnəyə görə, yalnız o günahları haqqında tövbə etmiş sayılar, tövbə etmədiyi günahları davam edər.

Qurani Kərim ayələri, hədisi şəriflər və İslam alimləri tövbə etmənin lazımlı olduğunu göstərməkdədir.

Ayələr



1. "Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (24, 31) ayəsi bütün möminlərin tövbə etməsini əmr etməkdə, günahlardan xilas olma yolunun tövbə olduğunu ifadə etməkdə, tövbəsi qəbul edilən kimsənin qurtuluşa çatdığını xəbər verməkdə, bu səbəbdən qüsursuz qul olmayacağını bildirməkdədir.

Demək olar ki, sağlam bir cəmiyyətin əhəmiyyətli şərtlərindən biri, günahlarından xilas olmağı arzu edən və bu məqsədlə Allaha yönələn fərdlərdən meydana gəlməsidir. Çünki tövbə edən kimsə, etdiyi səhvi Allah Təalaya etiraf etməkdə, o günahı bir daha etməyəcəyinə dair söz verməkdə, Onun mərhəmətinə sığınaraq əfvini diləməkdə və beləcə Cənabı Haqqın yeganə bağışlayıcı olduğunu qəbul etməkdədir.


2. "Rəbbinizdən sizi bağışlamasını istəyin, sonra ona tövbə edin." (11,3)

Günahları bağışlayacaq olan Allah Təaladır. Qul bunu belə bilərək Uca Mövlasına əl açıb əfvini diləyəcək və etdiyi günahlardan ötəri peşmanlıq duyduğunu Ona etiraf edəcəkdir. Bağışlanmanın tək yolu budur.

3. "Ey iman edənlər! Allaha səmimiyyətlə tövbə edin!" (66,8)

Səmimi tövbə, edilən günahın çirkinliyini insanın bilməsi, bunu vicdanının qəbul etməsi və onu etdiyinə görə peşmanlıq duymasıdır. Allah Təala "Səmimiyyətlə tövbə edin" deyərkən, qulunun etdiyi günah üzündən kədərlənib vicdan əzabı çəkməsini istəməkdə və onun öz-özünə "Mən artıq bu günahı bir daha etməyəcəyəm" deyə söz verməsini gözləməkdədir.

İnsanı qurtaracaq olan səmimi tövbə (tövbəyi-nasuh) məhz budur. İşlədiyi günahdan peşmanlıq duyan kimsə, tövbə etdiyini diliylə söyləyərkən qəlbi həqiqətən peşmanlıq duymalı, bədəni günahdan uzaq durmalı və o mövzudakı qüsur və nöqsanlarını aradan qaldırmağa çalışmalıdır.



وعَنْ أبي هُرَيْرَةَ رضي الله عنه قال : سمِعتُ رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يَقُولُ : « واللَّه إِنِّي لأَسْتَغْفرُ الله ، وَأَتُوبُ إِليْه ، في اليَوْمِ ، أَكثر مِنْ سَبْعِين مرَّةً » رواه البخاري


Əbu Hüreyrə (radiyallahu anh) Rəsulullahı (səllallahu əleyhi və səlləm) belə buyurarkən eşitdiyini söyləmişdir:

"Vallah mən gündə yetmiş dəfədən çox Allahdan məni bağışlamasını diləyir, tövbə edərəm."

Buxari, Daavat 3. Əlavə bax. Tirmizi, Təfsiri surə (47) İbni Macə, Ədəb 57


Şərh

Tövbənin lüğət mənası dönmək deməkdir. Edilən günahdan imtina etmək mənasını verir. Daha aydın bir ifadəylə, edilən bir günahı, günah olduğunu bilərək və onu etdiyindən ötəri peşmanlıq duyaraq tərk etməkdir. Tövbədə əhəmiyyətli olan, edilən hərəkətin çirkinliyini bilmək və ondan iyrənərək imtina etməkdir.

Tövbə edən kimsə çirkin davranışları gözəlləriylə dəyişdirdiyi, Allahdan uzaqlaşdırıb şeytana yaxınlaşdıran yolları tərk etdiyi üçün təqdirə layiqdir. İnsan pis yolu tərk etməklə qalmamalı, qüsurlarını kompensasiya etmək üçün ibadət və itaətlə Allahın razılığını qazanmağa çalışmalıdır.

Tövbənin müəyyən bir zamanı yoxdur. İnsanın nə vaxt öləcəyi müəyyən olmadığı üçün ilk fürsətdə tövbə etməlidir. Bəzi rəvayətlərdən aydın olduğuna görə, ən gözəl ibadət zamanı olan səhər vaxtı qalxılmalı, Allah rızası üçün iki rükət namaz qılınmalı, sonra da tövbə və istiğfar edilməlidir.

Allah Təalanın əmrlərinə hər kəsdən çox uyan Peyğəmbər Əfəndimiz, bəhsimizin baş tərəfində gördüyümüz ayəni tövbə əmrinə uyaraq, gündə yetmiş dəfədən çox tövbə edərdi. Bir sonrakı hədisi şərifdə görüləcəyi kimi, gündə yüz dəfə tövbə etdiyi də olardı.

Hədisi şəriflərdə çox vaxt yetmiş və ya yüz rəqəmi çoxluğu, çoxluğu izah etmək üçün istifadə edilir. Peyğəmbər Əfəndimiz də gündə yetmiş və ya yüz dəfə tövbə etdiyini söyləməklə Cənabı Haqqı çox andığını ifadə etmiş ola bilər.

Rəsulu Əkrəm Əfəndimizin günah işləməkdən qorunduğunu, bu səbəbdən onun heç bir günahı olmadığını bilirik. Buna baxmayaraq onun hər gün bir çox dəfə tövbə etməsinin səbəbi, ümmətinə tövbə və istiğfarın əhəmiyyətini göstərmək və heç bir kimsənin Allah Təalaya, Onun layiq olduğu şəkildə ibadət edə bilməyəcəyini ifadə etməkdir.

Peyğəmbərlər, Cənabı Haqqı ən yaxşı bilən və tanıyan kəslər olduqları üçün, Ona hər kəsdən çox ibadət edərlər, hər kəsdən çox şükr edərlər və Ona lazım olduğu şəkildə ibadət edə bilmədiklərini etiraf edərlər. Peyğəmbər Əfəndimiz də yemə, içmə, yatma, yoldaşlarıyla birlikdə olma kimi mübah işlərlə məşğul olarkən və ya ümmətinin müxtəlif problemləriylə maraqlanarkən Allah Təalanı lazımı şəkildə zikr edib düşünə bilmədiyi üçün tövbə və istiğfar edərək Ondan üzr istəməkdədir. Necə ki hədisimizin bir başqa rəvayətində Rəsul Əkrəm (səllallahu əleyhi və səlləm) belə buyurmuşdur:

"Mənim də ürəyimə qəflət çökür. Mən də Allaha gündə yüz dəfə istiğfar edirəm" (Müslim, Zikr 41).

Bu vəziyyət qarşısında bizim belə düşünməyimiz lazımdır:
Mənim sevimli peyğəmbərim, heç günahı olmadığı halda hər gün bu qədər tövbə edirsə, günahlara boğulmuş olan mən minlərlə dəfə tövbə və istiğfar etməliyəm. Heç olmazsa Əfəndimin bu sünnəsinə uyaraq hər gün yüz dəfə tövbə və istiğfar etməyə çalışmalıyam.

İstiğfar, Allah Təalaya "Rəbbim, məni bağışla!" deyə dil ilə yalvararkən, bədəni günahlardan uzaq tutmaqdır. Qulun edəcəyi budur. Allah Təaladan ümid edilən isə istiğfar edən qulunu məğfirət edərək bağışlaması, daha aydın bir ifadəylə, onu cəhənnəm əzabından qorumasıdır.

Hz. Əlinin dediyi kimi, dünyada Allah Təalanın əzabından xilas olmanın iki yolu vardır. Bu yollardan biri Rəsulullahın (səllallahu əleyhi və səlləm) varlığıdır. Çox təəssüf ki onun vəfatıyla bu fürsət əldən qaçmışdır. Geriyə bərk-bərk yapışılması lazım olan tək yol qalmışdır. O da istiğfardır. Bu ayə bu gerçəyi dilə gətirməkdədir:

"Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!" (8, 33)


Allah Təalanın qullarına olan mərhəmətini bütün genişliyiylə ortaya qoyan bu ayə nə ümid vericidir, deyilmi?! Qullarına qarşı beləsinə şəfqətli bir Rəbbi olan insan, necə ümidsizliyə qapıla bilər? Bu ayədə, Allahdan bizi bağışlamasını dilədiyimiz müddətcə əzaba uğramayacağımız vəd edilməkdədir. Əlimizdə beləsinə möhkəm bir zəmanət varkən nə üçün ümidsiz olaq və nə üçün istiğfar etməyək?

İstiğfar mövzusu, Riyazü's-salihin'in 1873-1883. hədislərində geniş bir şəkildə ələ alınmışdır. Bu hədis 1874 nömrəylə təkrar gələcəkdir.

Hədisdən Öyrəndiklərimiz

1. İnsan hər gün özünü hesaba çəkməli, etdiyi səhvləri və günahları axtarmağa çalışmalıdır. Sonra da bu günahları düşünərək Allah Təalaya yönəlməli və ondan özünü bağışlamasını diləməlidir.

2. Hz. Peyğəmbərin Allah Təalaya qarşı nə böyük bir hörmət bəslədiyi və bu barədə ümmətinə nümunə olduğu görülməkdədir.

3. Peyğəmbər Əfəndimiz günah etməkdən qorunduğu, gəlmiş keçmiş bütün qüsurları bağışlandığı halda gündə yetmiş dəfədən çox tövbə edirsə, günah çuxuruna batmış olan bizlərin hər gün ən az onun qədər tövbə etməyimiz lazımdır.

4. Tövbə müsəlmanın yenilənmə və təmizlənmə imkanıdır. Qullar üçün böyük bir nemətdir. Son nəfəsə və qiyamət qopduğu ana qədər tövbə qapısı açıqdır.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka