Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YAXŞI ƏMƏLLƏRİN VƏSİLƏSİ

[ Oxu! / 3050 dəfə baxılıb ]   
|
 
وعن أبي عَبْد الرَّحْمَن عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بْنِ الْخطَّابِ، رضي الله عنهما قال: سَمِعْتُ رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يَقُولُ: «انْطَلَقَ ثَلاَثَةُ نفر مِمَّنْ كَانَ قَبْلَكُمْ حَتَّى آوَاهُمُ الْمبِيتُ إِلَى غَارٍ فَدَخَلُوهُ، فانْحَدَرَتْ صَخْرةٌ مِنَ الْجبلِ فَسَدَّتْ عَلَيْهِمْ الْغَارَ، فَقَالُوا : إِنَّهُ لا يُنْجِيكُمْ مِنْ الصَّخْرَةِ إِلاَّ أَنْ تَدْعُوا الله تعالى بصالح أَعْمَالكُمْ .
قال رجلٌ مِنهُمْ : اللَّهُمَّ كَانَ لِي أَبَوانِ شَيْخَانِ كَبِيرانِ ، وكُنْتُ لاَ أَغبِقُ قبْلهَما أَهْلاً وَلا مالاً فنأَى بي طَلَبُ الشَّجرِ يَوْماً فَلمْ أُرِحْ عَلَيْهمَا حَتَّى نَامَا فَحَلبْت لَهُمَا غبُوقَهمَا فَوَجَدْتُهُمَا نَائِميْنِ ، فَكَرِهْت أَنْ أُوقظَهمَا وَأَنْ أَغْبِقَ قَبْلَهُمَا أَهْلاً أَوْ مَالاً، فَلَبِثْتُ وَالْقَدَحُ عَلَى يَدِى أَنْتَظِرُ اسْتِيقَاظَهُما حَتَّى بَرَقَ الْفَجْرُ وَالصِّبْيَةُ يَتَضاغَوْنَ عِنْدَ قَدَمى فَاسْتَيْقظَا فَشَربَا غَبُوقَهُمَا . اللَّهُمَّ إِنْ كُنْتُ فَعَلْتُ ذَلِكَ ابْتِغَاءَ وَجْهِكَ فَفَرِّجْ عَنَّا مَا نَحْنُ فِيهِ مِنْ هَذِهِ الصَّخْرَة ، فانْفَرَجَتْ شَيْئاً لا يَسْتَطيعُونَ الْخُرُوجَ مِنْهُ

قال الآخر : اللَّهُمَّ إِنَّهُ كَانتْ لِيَ ابْنَةُ عمٍّ كانتْ أَحَبَّ النَّاسِ إِلَيَّ » وفي رواية : « كُنْتُ أُحِبُّهَا كَأَشد مَا يُحبُّ الرِّجَالُ النِّسَاءِ ، فَأَرَدْتُهَا عَلَى نَفْسهَا فَامْتَنَعَتْ مِنِّى حَتَّى أَلَمَّتْ بِهَا سَنَةٌ مِنَ السِّنِينَ فَجَاءَتْنِى فَأَعْطَيْتُهِا عِشْرينَ وَمِائَةَ دِينَارٍ عَلَى أَنْ تُخَلِّىَ بَيْنِى وَبَيْنَ نَفْسِهَا ففَعَلَت ، حَتَّى إِذَا قَدَرْتُ عَلَيْهَا » وفي رواية : « فَلَمَّا قَعَدْتُ بَيْنَ رِجْليْهَا ، قَالتْ : اتَّقِ الله ولا تَفُضَّ الْخاتَمَ إِلاَّ بِحَقِّهِ ، فانْصَرَفْتُ عَنْهَا وَهِىَ أَحَبُّ النَّاسِ إِليَّ وَتركْتُ الذَّهَبَ الَّذي أَعْطَيتُهَا ، اللَّهُمَّ إِنْ كُنْتُ فَعْلتُ ذَلِكَ ابْتِغَاءَ وَجْهِكَ فافْرُجْ عَنَّا مَا نَحْنُ فِيهِ ، فانفَرَجَتِ الصَّخْرَةُ غَيْرَ أَنَّهُمْ لا يَسْتَطِيعُونَ الْخُرُوجَ مِنْهَا

وقَالَ الثَّالِثُ : اللَّهُمَّ إِنِّي اسْتَأْجَرْتُ أُجرَاءَ وَأَعْطَيْتُهمْ أَجْرَهُمْ غَيْرَ رَجُلٍ وَاحِدٍ تَرَكَ الَّذي لَّه وذهب فثمَّرت أجره حتى كثرت منه الأموال فجائنى بعد حين فقال يا عبد الله أَدِّ إِلَيَّ أَجْرِي ، فَقُلْتُ : كُلُّ مَا تَرَى منْ أَجْرِكَ : مِنَ الإِبِلِ وَالْبَقَرِ وَالْغَنَم وَالرَّقِيق فقال: يا عَبْدَ اللَّهِ لا تَسْتهْزيْ بي ، فَقُلْتُ : لاَ أَسْتَهْزيُ بك، فَأَخَذَهُ كُلَّهُ فاسْتاقَهُ فَلَمْ يَتْرُكْ مِنْه شَيْئاً ، اللَّهُمَّ إِنْ كُنْتُ فَعَلْتُ ذَلِكَ ابْتغَاءَ وَجْهِكَ فافْرُجْ عَنَّا مَا نَحْنُ فِيهِ ، فَانْفَرَجَتِ الصَّخْرَةُ فخرَجُوا يَمْشُونَ » متفقٌ عليه

Əbu ƏbdürRəhman Abdullah İbni Ömər İbnul-Xəttab -radıyallahu anhuma-dan rəvayət edildiyinə görə, Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurarkən dinlədiyini söyləmişdir:

"Sizdən əvvəl yaşayanlardan üç adam bir səfərə çıxdılar. Axşam olduqda, uzanıb yatmaq üçün bir mağaraya girdilər. Lakin dağdan qopan bir qaya mağaranın ağzını bağladı. Belə olduğu halda bir-birilərinə:

- Etdiyiniz yaxşılıqları ifadə edərək Allaha dua etməkdən başqa bizi bu qayadan heç bir şey qurtara bilməz" dedilər.

İçlərindən biri sözə başlayaraq:

-"Allahım! Mənim çox yaşlı bir anamla atam vardı. Onlar yeməklərini yemədən uşaqlarıma və xidmətçilərimə bir şey yedirib içirməzdim. Bir gün heyvanlara yem tapmaq üçün evdən çıxdım, onlar yatmadan əvvəl də dönə bilmədim. Evə gəlir-gəlməz heyvanları sağıb südlərini anamla atama apardığımda, gördüm ki, ikisi də yuxuya gediblər. Onları oyandırmaq istəmədiyim kimi, onlardan əvvəl ev xalqının və xidmətçilərin bir şey yeyib içməsini də uyğun hesab etmədim. Süd qabı əlimdə, şəfəq çıxana qədər oyanmalarını gözlədim. Uşaqlar ətrafımda aclıqdan sızlanıb dayanırdılar. Nəhayət oyanıb südlərini içdilər.

Rəbbim! Əgər mən bunu sənin razılığını qazanmaq üçün etmişəmsə, başımızdakı çətinliyi uzaqlaşdır"- deyə yalvardı. Qaya bir az aralandı, lakin çıxmaq mümkün deyildi.

Bir başqası sözə başladı:

-"Allahım! Əmimin bir qızı vardı. Onu hər kəsdən çox sevirdim. (Bir başqa rəvayətə görə: Bir kişi bir qadını nə qədər sevirsə, mən də onu o qədər sevirdim). Ona sahib olmaq istədim. Lakin o məni istəmədi. Bir il qıtlıq olmuşdu. Əmimin qızı gəldi. Özünü mənə təslim etmək şərtiylə ona 120 qızıl verdim. Qəbul etdi. Ona sahib olacağım zaman (bir başqa rəvayətə görə: Cinsi münasibətə başlayacağaım zaman) dedi ki: Allahdan qorx! Dinin uyğun hesab etmədiyi bir yolla məni əldə etmə! Ən çox sevib arzu etdiyim o olduğu halda ondan uzaqlaşdım, verdiyim qızılları da götürmədim.

Allahım! Əgər mən bu işi sənin razılığını qazanmaq üçün etmişsəmsə, başımızdakı çətinliyi uzaqlaşdır." deyə yalvardı. Qaya bir az daha açıldı, lakin yenə çıxmaq mümkün deyildi.

Üçüncü adam da:

-"Allahım! Vaxtilə mən bir çox işçi işlədirdim. Pulunu almadan gedən biri xaricində hamısının ödənişini verdim. Ödənişini almayan gedən adamın pulunu xərclədim. Bu puldan böyük bir sərvət qazandım. Bir gün bu adam gəlib çıxdı.

Mənə:

-Ey Allah qulu! Ödənişimi ver - dedi.

Mən də ona:

-Bu gördüyün dəvələr, mallar, qoyunlar və kölələr sənin ödənişindən törədi - dedim.

Adam:

-Ey Allah qulu! Mənimlə lağ etmə, deyərkən, səninlə lağ etmirəm - deyə cavab verdim.
Bu zaman o, bir tək şey belə mənə vermədən hamısını önünə qatıb apardı.

Rəbbim! Əgər bu işi sırf sənin razılığını qazanmaq üçün etmişsəmsə, içində olduğumuz çətinlikdən bizi qurtar" - deyə yalvardı. Mağaranın ağızını tıxayan qaya açıldı, onlar da çıxıb getdilər.

Buxari, Büyu 98, İcarəyə 12, Hars vəl-müzarea 13, Ənbiya 53, Ədəb 5; Müslim, Zikr 100


Abdullah İbni Ömər

Hicrətdən on il əvvəl Məkkədə doğuldu. Atası Hz. Ömərlə birlikdə müsəlman oldu və onunla birlikdə hicrət etdi. On üç yaşında ikən Uhud döyüşünə qatılmaq istədi, lakin Hz. Peyğəmbər onun hələ çox gənc olduğunu söyləyərək buna icazə vermədi. Həyatının sonrakı dövrlərində bir çox döyüşlərdə və fəthlərdə iştirak etdi. Əbu Əyyub əl-Ənsarinin də olduğu İstanbul səfərinə qatıldı.

Hz. Osmanın şəhid edilməsindən sonra xəlifə olması istənən namizədlərdən biri də İbni Ömər idi. Lakin o, bu təklifi mənimsəmədi. Müsəlmanlar arasındakı anlaşılmazlıqlara qatılmadı. Dini mövzularda laqeydliklərini gördüyü idarəçiləri dərhal xəbərdar edərdi.

Bacısı Hz. Həfsə Rəsulu Əkrəmin xanımı olduğu üçün, Əfəndimizin yaxın ətrafında olma imkanına sahib idi. Bu səbəblə səhabələrin görüb eşitmə imkanını tapa bilmədiyi bir çox hədisin müsəlmanlara çatmasını təmin etdi.

Rəvayət etdiyi, təkrar mövzulara dair hədislərlə birlikdə 2630 hədis ilə Əbu Hüreyrədən sonra ən çox hədis rəvayət edən yeddi səhabənin ikincisi oldu.

İbni Ömər eyni zamanda ən çox fətva verən yeddi səhabədən biriydi. Altmış il boyunca fətva verdi.
Hz. Peyğəmbərin həyat tərzinə hərfi hərfinə uyğun gəlmə və onun əmrlərini eynilə yerinə yetirmə mövzusunda bir bənzəri yox idi. İbni Ömər bir gün gördüyü bir yuxunu bacısı Hz. Həfsə vasitəsilə Peyğəmbər Əfəndimizə ifadə etdi.

Əfəndimizin:

"Abdullah nə yaxşı insandır, bir də gecə namazını qılsa!" buyurunca, o gündən etibarən gecə namazını heç tərk etmədi. Rəsulu Əkrəmin vəfatından sonra ona olan sevgisindən ötəri, onun namaz qıldığı yerləri öyrənib oralarda namaz qılar, getdiyi yollarda gedər, kölgələndiyi ağacların altında oturar, qurumasınlar deyə onları sulardı. Hələ Əfəndimizin salamlaşma mövzusundakı buyruqlarını yerinə yetirmə barəsində çox həssas davranardı. Heç bir işi olmadığı halda yalnız müsəlmanlarla salamlaşmaq üçün küçəyə çıxar, böyük kiçik qarşılaşdığı hər kəsə salam verərdi.

Abdullah İbni Ömər dövrünün zənginlərindən idi. Sərvətinin çox yığılmasına icazə verməz, əlinə keçəni yoxsullara paylayardı. Sahib olduğu şeylər içində ən çox bəyəndiklərini, Allah yolunda qurban edilmək və ya sədəqə olaraq vermək üzrə ayırardı. Bir dəfə nökərlərindən birinə həddindən artıq sevgi duymağa başlamış, onu dərhal azad edərək digər azadlılarından biriylə evləndirmişdi.
Yaxşı halını gördüyü və xüsusilə namaz qıldığını öyrəndiyi bütün kölələrini azad etməyə başlamışdı. Dostlarından biri onu xəbərdar etmə gərəyini hiss etdi. Kölələrindən bir qisiminin sırf azad edilmək üçün məscidə getdiyini söyləyincə ona:

Bizi Allah ilə aldatmaq istəyənlərə aldanmağa razıyıq, qarşılığını verdi. Müxtəlif səbəblərlə 1000-dən çox kölə azad etdi.
Qürur duyğusuna qapılma narahatlığına görə sadə geyinərdi. Sağlam olmasına baxmayaraq az yemək yeyərdi.
Saçları çiyinlərinə töküləcək qədər uzun idi. Saqqalını xına və kətəm deyilən boyayla sarıya rəngləyər, bu səbəblə saqqalı qumral bir rəng alardı. Hz. Peyğəmbərin də elə etdiyini söyləyərdi.

Abdullah İbni Ömər 73 (692) ilində səksən beş yaşında ikən Məkkədə vəfat etdi.

Allah ondan razı olsun!

Şərh

Hədisi şərifdə yaxşı niyyətlə, ixlas və səmimiyyətlə edilən davranışların Allah Təalanı məmnun etdiyi ifadə edilməkdədir. Allah öz razılığını əldə etmək üçün edilən gözəl hərəkətlərdən və əzabından qorxularaq tərk edilən pis işlərdən ötəri qulundan məmnun olmaqdadır. Onun bu məmnuniyyəti insanı həm dünyadakı həm də axirətdəki bir çox çətinliklərdən qurtarmaqda, hər iki dünyada bəxtiyar olmasını təmin etməkdədir.

Əfəndimizin izah etdiyi bu hekayədə ana ataya xidmət, nəfsə hakimiyyət və insan haqqına hörmətin əhəmiyyəti ifadə edilməkdədir. Birinci hekayə, ana ataya edilən yaxşılığın, onların könülünü xoş tutmanın qiymətli bir hərəkət olduğunu göstərməkdədir. Əslinə baxılsa, insan ana atasına yaxşılıq etməyə məcburdur. Çünki onlar vaxtilə özünə bir çox yaxşılıq etmişlər. İndi isə yaxşılıq etmə sırası övlada gəlmişdir. Buradakı gözəl davranış yalnız ana atanı içinə aldığı, o biri hekayələrdə isə başqalarına yaxşılıq əsas mövzu olduğu üçün, onlar daha qiymətli görünməkdədir.

Bu üç gözəl hərəkətin ən qiymətlisi, əmisinin qızına sahib olmasına heç bir maneə yoxkən yalnız Allahdan qorxduğu üçün nəfsinin istəklərinə meydan verməyən kimsənin davranışıdır. Belə birinin cənnətlik olduğunu bu ayə göstərməkdədir:

"Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq." (79, 40-41)

İnsan çətinliyə düşüncə, özünü bu çətinliklərdən qurtarması üçün Allah Təalaya dua və niyaz etməlidir. Bu əsnada səmimiyyətlə etdiyindən əmin olduğu bəzi gözəl hərəkətlərini xatırlayaraq, onların xatirinə özünə kömək etməsini söyləyib Allah Təalaya yalvara bilər. Bu heç bir zaman başa qaxma mənasını verməz. İnsanın sıxışdığı zamanlarda dua vəsiləsi edə biləcəyi ixlaslı işlərinin olması nə gözəldir.

İxlas və yaxşı niyyətlə edilən gözəl davranışların xeyirli nəticələri daha dünyada ikən, hətta hər şeyin bitdiyi sanılan bir zamanda görülər. Bu da ixlas və yaxşı niyyətin insan həyatındakı yerini göstərər.

Hədisdən Öyrəndiklərimiz

1. Ana və ataya hər kəsdən çox itaət və hörmət etməli, onları bütün sevdiklərinə tərcih etməlidir.

2. Nəfsin arzu etdiyi şeyləri edə biləcək imkana sahib olduğu halda, sırf Allahdan qorxaraq və onun razılığını qazanmaq istəyərək bunları tərk etmək insana böyük fəzilətlər qazandırar.

3. İnsanlarla edilən işlərdə dürüst, anlayışlı və fədakar davranmaq, əmanətə riayət etmək Allah Təalanı məmnun edən gözəl hərəkətlərdir.

4. Allah Təala edilən heç bir yaxşılığı məhv etməz; zamanı gəlincə onu qiymətləndirər.

5. İnsan ixlas və yaxşı niyyətinin qarşılığını həm dünyada həm də axirətdə görər.


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka