Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

CAMAATLA NAMAZ QILMAĞIN SAVABI VƏ ÖNƏMİ

[ Oxu! / 4324 dəfə baxılıb ]   
|
 
وَعَنْ أبي هُرَيْرَةَ رَضِيَ الله عنه قال: قال رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : «صَلاَةُ الرَّجُلِ في جماعةٍ تَزيِدُ عَلَى صَلاَتِهِ في سُوقِهِ وَبَيْتِهِ بِضْعاً وعِشْريِنَ دَرَجَةً ، وذلِكَ أَنَّ أَحَدَهُمْ إِذا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ أَتَى الْمَسْجِد لا يُرِيدُ إِلاَّ الصَّلاَةَ ، لا يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ ، لَمْ يَخْطُ خُطْوَةً إِلاَّ رُفِعَ لَهُ بِها دَرَجَةٌ ، وَحُطَّ عَنْهُ بِهَا خَطيئَةٌ حتَّى يَدْخُلَ الْمَسْجِدَ ، فَإِذَا دَخَل الْمَسْجِدَ كَانَ في الصَّلاَةِ مَا كَانَتِ الصَّلاةُ هِيَ الَّتِي تَحْبِسُهُ ، وَالْمَلائِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ ما دام في مَجْلِسهِ الَّذي صَلَّى فِيهِ ، يقُولُونَ : اللَّهُمَّ ارْحَمْهُ ، اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ تُبْ عَلَيْهِ ، مالَمْ يُؤْذِ فِيهِ ، مَا لَمْ يُحْدِثْ فِيهِ » متفقٌ عليه ،وهَذَا لَفْظُ مُسْلمٍ . وَقَوْلُهُ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : «ينْهَزُهُ » هُوَ بِفتحِ الْياءِ وَالْهاءِ وَبالزَّاي : أَي يُخْرِجُهُ ويُنْهِضُهُ

Əbu Hüreyrədən (radiyallahu anh) rəvayət edildiyinə görə Rəsulullah (səllallahu əleyhi və səlləm) belə buyurdu:

"Bir kimsənin məsciddə camaatla qıldığı namaz, işyerində və evində qıldığı namazdan iyirmi misli dəfə daha savablıdır. Belə ki bir adam gözəlcə dəstəmaz alar, sonra başqa heç bir məqsədlə deyil, yalnız namaz qılmaq üçün məscidə gələrsə, məscidə girənə qədər atdığı hər addım səbəbiylə bir dərəcə yüksəldilər və bir günahı bağışlanar. Məscidə girərkən də, namaz qılmaq üçün orada dayandığı müddət boyu, eynilə namaz qılırmış kimi savab qazanar. Biriniz namaz qıldığı yerdən ayrılmadığı, kimsəyə əziyyət etmədiyi və dəstəmazını pozmadığı müddətcə mələklər:

"Allahım! Ona mərhəmət et!
Allahım! Onu bağışla!
Allahım! Onun tövbəsini qəbul et!"- deyə ona dua edərlər."


Buxari, Salat 87, Azan 30, Büyu 49; Müslim, Təharət 12, Məsacid 272. Əlavə bax Əbu Davud, Salat 48; İbni Macə, Təharət 6, Məsacid 14

Şərh

İslamiyyət birlik və bərabərliyi əvəzedilməz görərək, bunu təmin edəcək xüsuslardan biri olan camaatla namaz qılmağa böyük əhəmiyyət vermişdir. Bu səbəblə evdə və iş yerində təklikdə qılınan namaza nisbətlə məsciddə digər möminlərlə birlikdə qılınan namazı daha çox üstün görmüşdür. Burada zikr edildiyi kimi camaatla qılınan namaza, təkbaşına qılınan namazdan iyirmi misli, bəzi rəvayətlərdə iyirmi beş, hətta iyirmi yeddi misli savab verilməsinin səbəbi də budur.

Evdə və iş yerində camaatla qılınan namaz, məsciddə camaatla qılınan namaz kimi qiymətli olmamaqla yanaşı, təklikdə qılınan namazdan əlbəttə daha savablıdır. İş yerində, daha məşhur ifadəylə dükan-bazarda qılınan namaz o qədər də məqbul görülməmişdir. Çünki iş yerlərində mal alınıb satılarkən ümumən yalan danışılır, insanlar aldadılır, müxtəlif haqsızlıqlar edilir. Bunlara bir də müştərini qaçırmama təlaşı, malını satma arzusu əlavə olunduqda, iş yerlərində könül rahatlığıyla namaz qılmaq xeyli çətinləşir.

Hədisi-şərifimizdə, namaz qılmaq üçün məscidə gedəcək kimsənin əvvəl gözəlcə dəstəmaz alması istənməkdədir. Gözəlcə dəstəmaz almaq ifadəsi, dəstəmaz orqanlarının yaxşıca yuyulması, dəstəmazın sünnəsinə və ədəbinə uyulması nəzərdə tutulmaqdadır. Sonra da o kimsənin bir başqa iş üçün deyil, sadəcə camaatla namaz qılmaq üçün yola çıxması lazımdır. Yəni ixlas və niyyəti tam olmalıdır.

Evin məscidə uzaq olması, məscidə girənə qədər atılan hər addım səbəbiylə bir dərəcə yüksəldilmək və bir günahı bağışlanmaq imkanı verir. Rəsulu Əkrəm Əfəndimiz bu mövzuya belə açıqlıq gətirməkdədir:

"Namaz səbəbiylə ən çox savab əldə edənlər, camaatın yanına ən uzaq yerlərdən yeriyərək gələnlərdir" (Buxari, Azan 31).

Camaatla qılınacaq namazı gözləmənin də ayrı bir savabı vardır. İstər məsciddə, istər bir başqa yerdə namaz vaxtının gəlməsini gözləyən kimsə ibadət halındadır. Məsciddə gözləyənlərin qazancı, həm ibadət edirmiş kimi savab qazanmaq, həm də mələklərin duasını almaqdır. Ancaq bu əsnada bir incəliyə uymaq lazımdır ki, o da kimsəyə əziyyət etməmək və dəstəmazını pozmamaqdan ibarətdir. Əziyyətdə məqsəd dedi-qodu etməmək, əliylə və diliylə bəzilərini incitməməkdir. Ruhani bir varlıq olan mələklər, məsciddə dəstəmazsız dayanılmasından narahat olarlar. Məhz bu səbəblə məsciddə namazı gözləyərkən dəstəmazı pozmamaq şərti irəli sürülmüşdür.

Belə gözəl duyğularla, yəni ixlasla və Allahın razılığını qazanma düşüncəsiylə qılınan namazın bir çox qarşılığından biri 20 misli çox savab qazanmaqdır. Bu miqdar bəzi hədislərdə 25, daha səhih olan bəzilərində isə 27 dərəcə olaraq ifadə edilmişdir (bax 1066. hədis). Dərəcələrin fərqli olmasında, namaz qılan kimsənin ixlasının, duyduğu hüzur və huşunun təsiri olduğu şübhəsizdir. Mənəvi bir hüzur içində qılınan namazın bir başqa qarşılığı isə mələklərin duasını qazanmaqdır. Dua edən bu mələklər bizi qoruyub güdən hafaza mələklər olduğu kimi başqa cür mələklər də ola bilər. Mələklərin salatı demək, onların möminə istiğfar etməsi, yəni günahlarının əfvini diləməsi deməkdir. Bu halda mələklər, namaz qılan kimsəyə həm istiğfar, həm də dua edərlər.

Allah Təalanın mələklərin dua və niyazlarını qəbul edərək qulunu bağışlaması demək, onun günahlarını bağışlaması deməkdir, quluna rəhmət etməsi isə ona bol-bol lütfkarlıq etməsi deməkdir. Bu hədis 1067 nömrə ilə təkrar gələcəkdir.

Hədisdən Öyrəndiklərimiz:

1. Hər işdə olduğu kimi, namaz qılarkən və camaatla namaza gedərkən ixlaslı olmaq, yalnız Allah rizasını düşünmək lazımdır.

2. Camaatla qılınan namaz, tək başına qılınan namazdan 27 dərəcə daha fəzilətlidir.

3. Camaatla namaz qılmaq üçün məscidə getmək və orada namaz vaxtını gözləmək, insana böyük savablar qazandırar.

4. Məsciddə dəstəmazsız dayanmaq mələkləri incitdiyi üçün, belə edənlər mələklərin duasından məhrum olarlar.

5. Məsciddə və ya başqa bir yerdə namaz vaxtının girməsini gözləmək savabdır.

6. İş yerlərində namaz qılmaq, digər yerlərə nisbətlə daha az savab qazandırmaqla yanaşı caizdir.

7. Üsuluna uyaraq dəstəmaz alanlar, böyük savab qazanarlar.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka