Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏKKƏ

[ Həcc / 8111 dəfə baxılıb ]   
|
 
İndi çıx.
Məkanın dilindən ölümsüz mahnılar dinləmək üçün gözü iti, könülü iti bir ziyarətçi ol. Unutma ki, təfəkkürsüz ziyarət ibadət deyil. Olsa, olsa bir turist gəzintisi, insan marağının önünə atılan bir qucaq otdur: Yeyər və özü özünü aldadar.
Ziyarəti təfəkkürə çevirmək, onu ibadətə çevirməklə ekvivalentdir. Ziyarəti təfəkkürə çevirmək üçün mütləq iki şeyə çox diqqət yetirməlisən:
1. Ziyarət etdiyin yeri səcdəgah və totem halına gətirib bir gözəl bütə çevirməməyə.
2. Ziyarət etdiyin məkanın, zamanın dərinliklərindən qucaqlayıb gətirdiyi mesajı dinləməyə və mənimsəməyə.
Əşyanı, məkanı və insanı səcdəgah halına gətirib bir totemə çevirmək insanoğlunun ən qədim zəifliyidir. Bunu insan nifrət etdiyinə deyil, hər zaman sevdiyinə qarşı edər. Bu vəziyyət sevginin cinayətə çevrilməsidir. Ağ sevginin alnına qara ləkə salmaqdır.
Türklərin Şamanlıq dövrünün bütpərəst adətlərindən olan əski-üskü, cır-cındır bağlama maraqları bu vəziyyətin ən tipik nümunəsidir. Bəzi cahil Ərəblər, müşriklərin savaş zamanlarında uğur gətirsin deyə qılınclarını asıb müqəddəs hesab etdikləri Zatu Envat ağacını nəzərdə tutaraq, həzrəti Peyğəmbərə "Bizim də bir Zatu Envatımız olsa" dedikləri zaman onun reaksiyası çox pis olmuş və belə demişdir: "Subhanallah! Bu söz eynilə Musanın toplumunun bu sözünə bənzəyir: "Onların ilahəsi kimi bizə də bir tanrı ver." Varlığımı qurban etdiyim Zata and olsun ki, sizdən əvvəlkilərin yolunu eynilə təqib edəcəksiniz. " (Tirmizi 4/475, № 218)

İndi bu iki qanuna diqqət etmək şərtiylə yola çıx. Kəbənin gün doğanında, Səfa təpəciyinin yanında, bu gün üzərində yüksələn beton sarayların altında inləyən Əbu Qubeys dağını görəcəksən. Əslində bu təpə hər daşının, hər təpəsinin birinci dərəcədən tarixi əsər və təbii qoruq sahəsi elan edilən "hərəm"in ən qiymətli parçasıdır. Amma "Hərəm"in hər yanı kimi, Əbu Qubeysin harimi ismətinə də qaba əllər uzanıb onu tar-mar ediblər. Bu dağın Həzrəti Peyğəmbərin dəvətini başlatdığı məkan olduğunu xatırla. Əbu Qubeysin cənub ətəklərində olan Ərkamın evinin dəvətin ən çətin illərində Rəsulullaha qərargahlıq etdiyini və səhabə tərəfindən "daru'l-İslam" deyə xatırlandığını unutma. Bu təqdirdə dağa baxışın dəyişəcək.
Onun şimalında, indi Kəbənin həyətində qalan və tualet olaraq istifadə edilən Əbu Cahilin evinin olduğu məkanı görəcəksən. Və anlayacaqsan ki, evin, cismin, məzarın Kəbəyə yaxın olması hətta Kəbənin həyətində olması insanı xilas etmir. Həyətində deyil, hətta Kəbənin içində olsa nə dəyişər?
Unutma ki, bütlər Kəbənin içinə qoyulduğu üçün heç bir dəyər almadılar.
Özü öz dəyərini itirmiş bir insana, Kəbəyə yaxın olmaq bir dəyər qatmaz. Eynilə Salam Qapısının tam qarşısına düşən Rəsulullahın doğulduğu evin Əbu Cahilin evindən Kəbəyə daha uzaq olması, ona bir qüsur gətirmədiyi kimi...
İndi kitabxana olaraq istifadə edilən bu yerin, digər bütün tarixi məkanlar kimi orijinalı yox edilib. Lakin buna baxmayaraq o məkan yenə də insana bir çox şeylər söyləyir.
Bu qarşısında dayandığınız məkanda dünyaya gələn yetim bir uşaq, Allahın tərbiyəsindən keçincə dünyanın iftixarı olur. Miladi 6-cı əsrin son dörddə birində, bu məkanda, bu quraq və şoran bölgədə dünyaya gələn uşağın, dünyanın gedişatını və tarixin istiqamətini dəyişdirəcəyini Allahdan başqa kim bilərdi ki?
Bu məkandan şimala doğru uzanan Qəzzə prospektinin solunda, təxminən 2 km. irəlidə insanı zamanın dərinliklərinə daldıran bir tarix yatır: Mualla qəbiristanlığı.
Məzar, "ziyarət yeri" mənasını verir. Məzarı ziyarət yeri olmaqdan çıxarıb, məbəd halına gətirən anlayışa şəxsən Peyğəmbərin özü lənət oxumuşdu. Həm də adi məzarları deyil insanlığı nurlandıran peyğəmbər məzarlarını: "Allah Yəhudilərə və Xristianlara lənət etsin. Peyğəmbərlərinin qəbirlərini məbəd halına gətirdilər." Hətta bu təhlükənin qabağına keçmək üçün ilk illərdə Rəsulullah qəbir ziyarətini belə qadağan etmiş, ancaq daha sonra möminlərin tövhid şüuru yetkinləşincə bu qadağanı qaldırmış (Buxari, Cənaiz 2/91, Müslim, Məsacid 19) və hətta ölülərdən ibrət alıb ölümə hazırlıq üçün təşviq belə etmişdir.
Mualla qəbiristanlığı, ölmədən əvvəl ölümü təlim etmək üçün gələn hacılara öldükdən sonra yaşamanın sirrini söyləyir. Rəsulullaha böyük əməyi keçən babası Abdulmuttalib, əmisi Əbu Talib və anaların anası Həzrəti Xədicə burada yatır. Kim bilir, bəlkə də işgəncəylə öldürülən İslamın ilk şəhidləri Sümeyyə, Yasir və başqaları da buradadırlar.
Əbu Taliblə Əbu Ləhəb fərqi burada gündəmə gəlir. İkisi də əmi, ikisi də eyni inancda amma aralarında əxlaq, rəftar, davranış baxımından dağlar qədər fərq var. İman iddiasının təqibçiləri Əbu Talib və Əbu Ləhəbin şəxsində öz çağlarında da bu iki tipi görüb, təsbit edə bilərlər.
Hıra Məkkənin şimalına, Sevr cənubuna düşür. Dağ deyib də keçməyin. Dağların dili var, ürəyi var. Bəzən darıxar, yanar, sızlayar və sevər. Xatırlayın Peyğəmbərin Uhud üçün söylədiyi sözü:
"Uhud bizi sevər, biz Uhudu."
Hıra, digər adıyla Nur Dağının dilini anlamaq üçün ora heç olmasa bir dəfə dırmaşmanız şərtdir. 550 metr hündürlüklü yığcam granitdən yonulmuş bu lava abidəsinin bəzən 80 dərəcəyə çatan istidə fövqəladə dik yamaclarını peyğəmbərlikdən əvvəl dəfələrlə dırmaşan bir cüt ayaq. Miladi 7-ci əsrin ilk dörddə birində bu qara torpaqların, nəcib bir övladını yandırıcı səhra istisi altında bu dağlara çıxmağa sövq edən səbəb nədir?
Onu günlərlə, bəzən həftələrlə içinə qapanıb, içinin dərinliklərindən qopub gələn varlıq ağrısını dincəldən sancı necə bir sancıdır?
Necə bir varlıq sancısı, necə bir könül yarası, nə dəhşət bir zehin fırtınası, necə bir ürək inqilabıdır?
Bu sualların cavabı ilk nazil olan Ələq surəsinin beş ayəsində verilir. Bu, bir varlıq sancısıdır. Və gələcəyin Peyğəmbəri həqiqətin uca qapısını zehninin və ürəyinin bütün gücüylə yumruqlayır və nəhayət uzaqlardan səs gəlir:

"- Oxu!
- Mənim oxumağım mümkün deyil.
- Oxu! [Dinləyənin oxumaqdan anladığı mənadan fərqli bir oxuma nəzərdə tutulduğu açıq].
- Mənim oxumağım mümkün deyil.
- Oxu yaradan Rəbbin adına! O insanı bir tək hüceyrədən yaratdı. Oxu, sənin Rəbbin kərəm sahibidir. O ki, qələmlə yazmağı öyrətdi; insana bilmədiyini öyrətdi..."

Adi alpinistin çətinlik çəkəcəyi Hıranın təpəsində tam Kəbəni görən bir qaya ovuğu, Allahın insana göndərdiyi həyat mesajına şahid olur. Məhz bu qarşında dayanan qapqara qayalar bu xariqüladə mənzərənin ölümsüz şahidi. Əgər dilindən anlayacaq bir ürəyin varsa, qulağını dirə. Onların sənə söyləyəcəyi çox şey var.
Hıra ürəyə doğru çıxılan bir hicrətin məşqi idi. Sevr isə insana doğru reallaşdırılan bir hicrətin məşqi. Hıradan daha yüksək [650 m.] və daha çətin.
Sevr insana tam fərqli şeylər söyləyir.
İnsanın gücünün bitdiyi yerdə Allahın köməyinin başladığını söyləyir.
Peyğəmbər belə olsa bir bədəl ödəmədən, var gücünü xərcləmədən, layiq olmadan ilahi köməyi əldə edə bilməyəcəyini söyləyir.
Ta ürəkdən "Bitdim, ya Rəbbi!" deyənlərə Allahın, "Döz, yetdim qulum!" deyəcəyini söyləyir.
Quranın dediyi "Siz Allaha kömək etsəniz Allah da sizə kömək edər" həqiqətini o da öz diliylə söyləyir.
Mədinənin yolunun Sevrdən keçdiyini söyləyir.
Məkkəsini Allah iddiası uğruna fəda edənlərə Allahın göz-qulaq olacağını söyləyir.
Dinləyib duya biləcək ürəyi olanlara daha nələr, nələr söyləyir.


Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka