Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏVAF (2)

[ Həcc / 5980 dəfə baxılıb ]   
|
 
"Yanar duraram
Dönər duraram
Qalmaz qürurum
Pərvanəyəmmi?"

Haradan gəldiyi bilinməz. Necə gəldiyi də soruşulmaz. Çünki, aşiq heç vaxt yorulmaz. Onun işığa olan eşqi dillərə dastandır. Həmişə işığa gəlir. Bilir ki, işıq varsa, deməli bir qaynağı da var. Onun işığa olan eşqi onu işığın mərkəzinə çəkər. Kiçik, parlaq qanadlarıyla lampanın kənarına qədər gələr. Salamlayarcasına əvvəlcə toxunar və işığın ətrafında dönməyə başlar. Əvvəlcə yavaş – yavaş. Daha sonra sürətlənər. Artıq onu kimsə tuta bilməz. Göz bu sürətli dönüşü izləməkdə acizdir. Təvafını nə vaxt bitirəcək deyə gözləyərkən, birdən özünü qaldırar lampanın içinə atar. Öncə bir "cızzz" səsi duyular. Daha sonra bir alov parlayar və sönər. Kiçik varlığı işığa qarışan pərvanə indi tamamən işıq olmuşdur. Eşq işığa dönmüşdür.
Bu, bir pərvanənin işığa olan eşqinin dramatik hekayəsidir.
Hesab et ki, pərvanəsən.
Bir pərvanənin işığa gəlməsi kimi gəlib Kəbənin qarşısında dayandın. Bir azdan okeana qarışacaq, mədara (Ekvatora müvazi olan xəyali dairə) girəcəksən. Nəfəsini tutub gözləyirsən. Əvvəl Həcərüləsvədə bir əl sallayırsan. Səni qeydə almasını istəyirsən. Bu, "Mən də buradayam" demək kimi bir şeydir. "Bax, gəldim, bir damlaydım okean olmağa gəldim" demək kimi bir şey...

"Bismilləhi Allahu əkbər" deyib qarışırsan selə.
Artıq damla deyilsən.
Dəniz oldun sən.

Cahanşümül xorda sənin də səsin əks-səda verəcək.
Kosmik bəstəni sən də öz dilində söyləyəcəksən.
Göylərin və yerin dostu olacaqsan. Bu azdırmı? Və hamısından başqa onları və səni yaradanın dostu olacaqsan. "Yeddi göy ilə yer və onların arasında olan hər şey Onun sərhədsiz qüdrət və ucalığını xatırlamaqdadır" [17.44] ayəsi qulağında əks-səda verəcək. Paltar kimi sıxılacaq ürəyin. İçin ürpənəcək. Bu ayəni nə vaxt oxusan ürəyinə bir xəncər batar. Ayə sanki sənə: "Göylər və yer öz dilində Onu təsbih edərkən bəs sən niyə dayanırsan? Sən haradasan? Sən niyə yadlaşdın? Göylərin və yerin kosmik musiqisinə sən nə vaxt qatılacaqsan?" dediyi kimi!..

İndi, ta könlündən qopub gələn səssiz bir qışqırıqla var gücünlə hayqıra bilərsən: "Allahu əkbər, bax, mən də gəldim! Sizinlə eyni xora qatılmağa gəldim, eyni bəstəni dilləndirməyə gəldim!" deyə bilərsən.

Haydi, başla dönməyə.
Kəbə ürəyin tərəfdə olmalıdır.
Sən elektronsan Kəbə nüvə, sən qansan Kəbə ürək.
Sən Aysan Kəbə dünya.
Sən dünyasan Kəbə Günəş.
Sən Günəşsən Kəbə...

Dayanma, aşiqlər dayanmaz. Eşqin vaxtı, saatı yoxdur, təvafın da. Eşq əbədidir, eşqə doyum olmaz, təvafa da... Bir pərvanəsən, işığa gəldin. Aşiq kimi düşün, aşiq kimi duy. Qoy, ağıl tədbir düşünsün. Sən aşiqsən, eşqinin arxasına düş, qorxma aşiqlərin yandığı görülməmişdir.

Əgər aşiq isən yara,
Düş İbrahim kimi nara.
Sakın aldanma ağyarə
Bu gülşəndə yanar olmaz.

Ya da, bir eşq adamı olan Seyid Nizamoğlu kimi, ürəyin tellərini titrədən bu sətirləri təkrarla:

Mövlam, ver eşqini mənə, heyranın olum Sənin
Bülbül kimi camalına, ağlayan olum Sənin.

Yandır məni, yandır məni, eşq meyilə aldat məni
Sərxoş edib döndər məni, pərvanən olum Sənin.

Al məndə mənlik qalmasın, kimsələr halım bilməsin
Namu nişanım qalmasın, pünhanın olum Sənin.

Bu can quşun sənə uçur, eşq meyindən mənə içir
Bu tacu hırkadan* keçir, üryanın olum Sənin.

Seyid Nizamoğlu hocam, ayırma səndən mövlam
Əgər qan ağlasa bu çeşmə, giryanın olum Sənin.

Sən dön, amma ürəyin sabit qalsın. Bu yaxşıdır. Fəlakət, sənin sabit qəlbinin dönməsidir.

Ərafatda mərifətə çatıb göz yaşı ilə yuduğun ürək aynanı Kəbəyə yönəlt. Ürəyin oradan aldığı işığı Ay kimi içinin qaranlıq yerlərinə əks etdirsin. Bu əks olunmanın arxasına düş. Ürəyinə doğru bir səfər reallaşdır. Necə olsa, buxarlaşma təhlükən yoxdur. Çünki, sən artıq damla deyil okeansan. Mədara daxil oldun, istiqamətini kim dəyişdirə bilər?

Gözlərinlə deyil könülünlə bax.
Ürəyinin də içində, Onu tapacaqsan.
Sənə şah damarından yaxın olanı.

O ana qədər qışqırıb– bağıraraq dua edirdin. Ziyanı yoxdu, artıq Onun sənə şah damarından daha yaxın olduğunu gördün. Onun üçün qışqırıb çağırmağına ehtiyac yoxdur. İnsan dənizinin xariqüladə uğultusunu pozacaq bütün yanlış səslərdən uzaq dayanmalısan.

Üçüncü liqa komandası kimi səpələnmiş məşqçilərin müşayiətində xorla təvaf etmək ədəbsizliyi nümayiş etdirmə. Ora stadion deyil, Allahın evidir. Orada kimsənin həvəsləndirici təşviqinə ehtiyac duymamalısan. Ayrı xora qoşulmana, qrup yaratmağına, bir yod kimi üzdə qalıb selə qarışmamaqda israr etməyinə ehtiyac yoxdur. Özünü bu dənizin ahəngli dalğalarına təslim et. Onlar səni hara aparacağını bilir.

Ürəyin heç dayanmasın. Dodaqların tərpənsə də olar, tərpənməsə də. Amma daima istəyən, yalvaran, inləyən, sızlayan, darıxan, həmd edən, səna edən, zikr edən, fikr edən, şükr edən, tövbə edən, dua edən olmalısan.

İstəyə bildiyin qədər istə. Unutma dənizə girdinsə, sudan qabın tutan qədər götürərsən. Ürəyinin ağızını açıq saxla, ürəyini rəhmət novunun altına qoy, aman ha ürəyinin dibi dəlik olmasın.

Bir... iki... üç.
Tam yeddi dəfə dönməlisən. Xatırla 7 sayı sonsuzluğu, davamlılığı ifadə edər. Bəs, məhəbbət "əbədi" idi? Bax, sirri budu. Xatırla şeytana qarşı savaşda istifadə etdiyin güllələr də 7-lik maqazinlər idi. Cəmi 70 idi.

Bu o deməkdir ki: batilə qarşı savaşın nə qədər sürsə, haqqa olan eşqin də o qədər sürər.

Bu o deməkdir ki: savaş da, eşq də əbədidir.
Özünə bir sistem yarada bilərsən. Məsələn, birinci dövrü təkbirlə, ikinci dövrü həmdlə, üçüncü dövrü Allahın gözəl ad və sifətləriylə, dördüncü dövrü duayla, beşinci dövrü təsbihatla, altıncı dövrü tövbə və istiğfarla, yeddinci dövrü təfəkkürlə dəyərləndirə bilərsən.

Təvaf eynilə namaz kimidir. Buna görə mənasiq içərisində dəstəmaz şərti yalnız təvaf üçün etibarlıdır. Təvaf da namaz kimi miracdır. Namaz da təvaf kimi bir müqavilə təzələmədi.
360 dərəcəlik hər dönüş bir dövrədir. 7 dövrənin sonunda müqaviləni təzələmiş və eşqini təqdim etmiş olaraq İbrahimin Rəbbinə yönəl və iki rükət namaz qıl.

İndi yer üzünə geri dönüncə nə edəcəksən, onun təlimi ilə məhşərin məşqi sona çatacaq.

Bəli, müqaviləni yerinə yetirməyin sərf edəcəyin səyə bağlıdır. Səy üçün əzm göstərməzsənsə, səadətə layiq ola bilməzsən. O halda haydi, indi də Həcər ol və zəhmətinin xoşbəxt sonunu yaşa. Unutma "dağları yıxan igidlərin əzmidir." Qarşısında yıxılmağı gözləyən dağ kimi əngəllər var.

Sən Fərhadsan.
Şirinin dağların ardında. O halda dayanma.
Külüngü vurma, ürəyini vur zamanlara.

*Burada Dünya nemətlərindən keçir mənasında... yanına çılpaq gəlim


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka