Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DÜNYA

[ Həcc / 6790 dəfə baxılıb ]   
|
 
Ən pis qonaqlığı səadət olan
bütün zamanların müqəddəs səyyahı
qonaqlayacağını duyunca bütün ulduzlar
taxaraq bütün zinətlərini
önündə sıra – sıra düzüldülər
səni başlarına tac etmək üçün
soyundular, geyindilər, süzüldülər

kiçik bir ulduz
bir küncdə boynubükük, qəmli
elə ağladı ki
dənizlər, okeanlar meydana gəldi
hüznü sevən yönünlə sən
ötdün gözəllərini, ötdün böyüklərini
gəlib önündə dayandın bu qəmli qızın
saçlarını dağıdaraq rəqsə başladı birdən
gözəlliyinlə başını döndürdün
"dünya" adlı bu dərbədər ulduzun

indi,
dünya səni göstərmək üçün
ay səni görmək üçün dönür
düşmən oldu günəş səni örtən buluda
bilirəm bu kainat məcnunu
vurulub sən gözələ, mənim kimi yanır

adına qiyamət deyəcəklər
yoxluğunu dərk etməyin
günəşin gözləri qaralacaq
hər gecə səbirlə səni axtarışa çıxan
ay çatlayacaq
dünya başını ulduzlara qatacaq
səni itirmənin cahanşümül matəminin
adına qiyamət deyəcəklər


Sanki, ulduzlar və planetlər arasında cahanşümül bir yarışma təşkil edilmiş.
Üzərində həyatın yaradılacağı, şərəfli məxluqat olan insana beşik və məzar olacaq ulduz və planetlər sıraya düzülsün, deyilmiş. Yarışmağa nəhəng cüssəli, cazibədar ulduzlar qatılmış. Amma dünya adlı kiçik, çəlimsiz bir planet boynu bükük, bir küncdə eləcə durmuş. Sanki dünya, belə bir şərəfi o qədər ulduz və planet var ikən kim mənə verər, deyərək təvazö göstərmiş. Qəmli və kədərli, bir küncdə gözləmiş. Amma ilahi əl, onun bu təvazösünü, bu qüssəsini qiymətləndirmiş və o qədər nəhəng göy cisimlərini bir kənara qoyub, insana yurd olma şərəfinə onu layiq görmüş.
Bu metaforanı/bənzətməni eynilə Məkkəyə uyğunlaşdıra bilərsiniz.

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka