Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DUA

[ Həcc / 18592 dəfə baxılıb ]   
|
 
Qulun Allaha duası, ubudiyyət və acizlikdir.
Allahın qula duası, rəhmətdir.
Dua bir çağırışdır, yəni dəvət. Quranda həm "Allahın qula" həm də "qulun Allaha" dua etməsi şəklində ifadə olunur. Həcc Allahın duasıdır, yəni qullarına dəvəti. Qul bu dəvətə "Ləbbeyk Allahummə ləbbeyk: Buyur Allahım buyur" deyərək razılıq etmiş və gəlmişdir.

Kəfəni simvollaşdıran ihramına bürünüb gəlmişdir. Bunun mənası Allahım, Sənə dönəcəyimin şüuru içərisindəyəm, sonunda Sənə hesab verəcəyimə iman etdim. ‘Hesaba çəkilməzdən əvvəl nəfsimi hesaba çəkməmi' tövsiyə edən Nəbiyə uydum və məhz Adəmin, İbrahimin, İsmayılın və Məhəmmədin gəlib sənə yalvardıqları yerdə mən də sənə yalvarıram.

Allahım!
Ey İbrahimin Rəbbi!
Ey Məhəmmədin Rəbbi!
Ey Məzlumların Rəbbi!

Mən mənəvi bir səhraya dönmüş torpağımdan, bu “dilək okeanı”nda bir damla olmağa gəldim. Bildim ki, səhraya düşən damla buxarlanıb səhra olar, gölə düşən damla göl olar. Mən də bu rəhmət okeanına qarışan bir damla olmaq istəyirəm. Bu rəhmət dənizinin təmiz və pak suyuna məni də qəbul et!
Allahım!

Möminlərin, dünyanın yetimləri, kimsəsizləri oldular. Mən də o boynu bükük kimsəsizlərdən biriyəm. Mənim kimsəsizliyimin sənin qatında heç bir dəyəri olmaya bilər. Lakin sənin qatında çox qiymətli olduğunu bildiyim İslamın yetimləri, kimsəsizləri, yaşayan şəhidləri var! Məni də onların arasında qəbul et!
Allahım!

Quranın mətruk, coğrafiyan müqəddər, dinin mahzun, dostların mağdur, düşmənlərin məğrur, nizamın məhkum, halımız məlumdur. Həmişə inandım ki, qulun gücünün bitdiyi yerdə Sənin köməyin başlayar. "Bitdim Ya Rəbbi!" deyənə, "Çatdım qulum!" deyərsənmi?

"İlahi, köməyin nə vaxt gələcək?" deyəcək qədər daralmadıq, sınanmadıq, sarsılmadıq, bədəl ödəmədik. Ancaq taqətimiz yox, gücümüz az, yolumuz uzun, azuqəmiz qıt, yükümüz ağır, bəxtimiz zəif, dostumuz gücsüz, düşmənimiz güclü. Bu vəziyyətdə sənə Peyğəmbərinin Taif dönüşü Əbu Kubeysin təpəsində, girə bilmədiyi Məkkəsinə dönərək yaşlı gözlərlə etdiyi dua ilə yalvarırıq:

Allahım
Qüvvətimin tükəndiyini sənə ərz edirəm.
Gücümün azaldığını,
insanların gözündən düşdüyümü sənə şikayət edirəm!
Ya Ərhamərrahimin!
Sənsən əzilmişlərin Rəbbi!
Sənsən mənim Rəbbim!
Məni kimlərin əlinə buraxdın?
Mənə qarşı qəddar davranan yadların əlinəmi?
Yoxsa, davamı ipoteka edəcək bir düşmənəmi?
Əgər sən mənə qəzəblənmədinsə,
qətiliklə bunlara fikir vermərəm.
Lakin yaxşılığın məni rahatlaşdıracaq.
Sənin nuruna sığınıram;
qaranlıqları aydınladan nuruna,
dünya və axirətimi aydınladacaq nuruna...
Gələcək qəzəbin, mənə çatacaq hirsindən
qaçıb xilas olacaq bir sığınacaq axtarıram.
Sənə sığındım, yetər ki, razı ol!
Güc və qüvvət Səndəndir,
yalnız Səndən!” (İbn Hişam 2/29 - 30)

Allahım!
Könüllərimiz səhraya döndü məhəbbət ver!
Ümmət paramparça oldu, vəhdət ver!
Küfrün pəncəsində zəlil, rəzil və rüsvay olduq, izzət ver!
Ayrılıq canımıza işlədi, ülfət ver!
Özümüzə qarşı yadlaşıb "alçaq meymunlara" döndük, fitrət və xilqət ver!
Əsrlərdi xoşbəxtliyin zəngini idik, indi müflisi olduq, səadət və salamatlıq ver!
Saxta bələdçilərin arxasında, öz labirintimizə məhkum olduq, hidayət ver!
Daşlaşmış ürəklərimizin gözləri kor, qulaqları kar, dilləri lal oldu, bəsirət və fərasət ver.
Öz qorxularımızın əsiri, fobiyalarımızın məhbusu, vahimələrimizin xidmətçisi olduq, cəsarət, şücaət və təmkin ver.

Yalvaracaqsan.
Onun astanasına başını qoyub sızlayacaq, inləyəcək, inləyəcəksən. Belə ki, başqa qapı yoxdur. Öz kiçikliyini bilən, Onun böyüklüyünü bilər. Öz bacarıqsızlığını bilən, Onun mükəmməlliyini bilər. Öz acizliyini və məhrumiy­yətini bilən, Ondan istəyər.

Şirk, adamın öz – özünə yetərli olmaq iddiasıdır. Dua, qulun öz – özünə yetərli olmadığının ifadəsidir. Namaz, duanın hərəkətə çevrilmiş formasıdır. Dua acizliyin etirafıdır. Dua həddini bilməkdir. Onun üçündür ki "dua ibadətlərin beyni, iliyidir." (Tirmizi 5/456, № 3371). Daha doğrusu "Dua, ibadətdir." (Əbu Davud 2/76, № 1479)

Buna görədir ki, Quran, "De ki: Duanız olmasaydı Rəbbinizin nə işinə yarayardınız" [25.77] deyə sual verir. "Dua edin ki qəbul edim" buyuran Allah, Onu uzaq zənn edənləri belə xəbərdar edir: "Əgər qullarım səndən Məni soruşsalar Mən yaxınam. Dəvət edənin dəvətinə/duasına qarşılıq verərəm..." [2.186]

Allah dəvət etdi, siz gəldiniz. Ərafatdasınız, Cəbəlurrahmənin sahilində. İndi sıra sizdə. Siz dəvət edəcəksiniz. Təbii ki, Onu qonaq edəcək səlim bir qəlbiniz varsa. Onu xarabaya dönmüş, şəhər zibilliyindən betər hala gəlmiş bir ürəyə dəvət edə bilməzsiniz. Əvvəl oranı təmizləməlisiniz. Elə bir ürəyi təmizləyəcək yeganə yuyucu toz gözyaşı olmalıdır. Yunis Əmrənin sözlərinin öz – özünüzə təkrar etməlisiniz:
"Təmiz et könül evini
Yar gələcək qalmağa
"

Təmizləməli və dəvət etməlisiniz. Zatən hər ləbbeykiniz həm dəvəti qəbul etmək, həm də dəvətdir.

"Mən gəldim sən də rəhmətinlə gəl, məğfirətinlə gəl, yardımınla gəl, əfvinlə gəl, lütfünlə gəl, ehsanınla gəl" deməkdir.

Rəhmət Dağının ətəyində Rəsulullahın üzərinə oturub dua etdiyi qaya hələ də orda durur. Həzrəti Nəbinin gözyaşlarına şahid olan, qoxusunu iyləyən, səsini dinləyən bu ərazilərə də şahid olmalısan. Ərazinin də bir yaddaşı olduğunu unutmamalısan.
Bilməlisən ki, Ərafat lotereya bileti kimi deyil. Adəm kimi ikiqat gələnlər, cənnətini istəyənlər və günahını etiraf edib özünü tənqid edənlər əfv olunacaqlar.

Həcc bir ibadətdir. İbadətin qəbulu niyyətə bağlıdır. İbadəti qəbul edəcək olan Allahdır. Heç bir ibadətin, əvvəlcədən qəbul zəmanəti yoxdur. Bu, həcc üçün də belədir. Mömin insan, hər ibadəti "Görəsən qəbul oldumu?" ürpərtisi içində yerinə yetirər. "Rəbbim üzümə çırpma!" niyazı ona yoldaşlıq edər. Buna görə Peyğəmbər əfəndimiz "Həccin qarşılığı yalnız cənnətdir" deyil, "Qəbul olmuş həccin qarşılığı yalnız cənnətdir" buyurmuşdur.
Duanın qəbula ən layiq olanı insanın içindən gəldiyi kimi dua etməsidir. Həcc mənasiqinin hər hansı biri üçün Rəsulullahdan "burada bu duanı oxuyun" şəklində bir xəbər yoxdur.

Adəmlə şeytanın fərqi özünütənqiddir. Şeytan da qovuldu, Adəm də. Şeytan da üsyan etdi, Adəm də. Ancaq şeytan üsyanında israr etdi və günahını müdafiə etdi, Adəm isə səhvində israr etməyib peşman oldu və tövbə etdi. Tövbə insanın öz özüylə üzləşməsidir. Tövbə özünütənqid, özünütənqid tövbədir. Bunun qarşılığında Adəm itirdiyi cənnəti geri qazandığı kimi əlavə olaraq dünya səadətinə də çatdı.

Həcc, həccə gələn hər mömin üçün bir milad olmalıdır. Həzrəti Peyğəmbər bir hədisində Ərafatda mərifətə yüksələn insanı təsvir edərkən, "anasından doğulduğu günkü kimi" buyurur. Məhz belə bir milad. Ərafatda yenidən doğan bir mömin həyatını, "miladdan əvvəl – miladdan sonra" deyərcəsinə "həccdən əvvəl –həccdən sonra" deyəcək qədər yaxşı tərəfə dəyişdirməli, həcc onun üçün bir bası badə'l-məvt [yenidən doğuluş] olmalıdır.

Ərafat həcc mənasiqinin orta dirəyidir. Buna görə Həzrəti Peyğəmbər, "Həcc ərəfədir" buyurmuşdur. Bu hədis həccin məqsədini də açıqca ortaya qoyur. Buna görə həccin məqsədi mərifətdir. İnsanın özü ilə və həqiqətlə tanış olmasıdır. Bu tanış olmanın yaşanmadığı bir həcc, ərəfəsiz bir həccdir. Ərəfəsiz bir həcc isə həcc deyil.

Nə qəribədir ki, bəzi fiqh kitablarında "Ərafat vəqfəsində Ərafatda olduğunu və vəqfə etdiyini bilmək şərt deyil. İstər şüurlu, istərsə şüursuz, Ərafat hədləri içində olan hər kəs vəqfə etmiş sayılar." deyilir. (Kasani (öl. 1191), əl – Bədai, Kitabul Həcc, III fəsil. Lakin, Sərahsinin (öl. 1090 m) "Məbsut" əsəri və Səmərqəndinin (öl. 1145 m.) "Tuhfətul – Furqaha"sı kitabı kimi daha əvvəlki Hənəfi qaynaqlarında bu fikir yer alır.)
Bu halda Ərafata dəvəylə, mərkəblə, atla ya da taksiylə, avtobusla gələn bir insanın özü ilə minyi arasındakı fərq nədir?
İbadət bir şüur halı deyilsə nədir?

İbadətin özünün dəyərsizləşdirildiyi bir yerdə, ibadətdən ümid edilən nəticə necə hasil olacaq?

Ərafat məhşərin bir məşqidir. Buna görə orada səfərin davamlılığını vurğulamaq üçün günorta və əsr namazı birləşdirilərək [cəm] günorta vaxtında qılınar. Bu sünnət həccin bir növ ‘cihad' olduğunu xatırlatması baxımından olduqca mənalıdır. Çünki namazlar ‘cihada' çıxılan səfərlərdəki kimi əsl sayına dönmüşdür. Həzrəti Aişə, Həzrəti Peyğəmbərə qadınların cihadını soruşduğunda Rəsulullah belə cavab verər:
"- Bəli, onlara içində savaş olmayan bir cihad vardır: Həcc və ümrə." (Əhməd b. Hambəl, 6/165; İbn Macə, 2/968, 2901)

Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka