Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

[Əl-Bəqərə, 184]


Rəsulullah(s.a.s): "Kim Allahu Təala yolunda bir gün oruc tutsa, Allah onunla od arasını, genişliyi səma ilə ərş arasını tutan bir xəndək edər".

(Tirmizi)


Oruc tutmaq, özünü tutmaqdır.
 
Abunə olmaq
İmtina etmək

SİZ BİZİM CANLARIMIZSINIZ...

[ / 433 dəfə baxılıb ]   
|
 
Bir insanın başqa bir insana yaxşılıq etməsi adətən müəyyən hədd və çərçivə daxilində olur. Yəni insan qarşısındakı digər bir insana yalnız bacardığı və istədiyi qədər kömək edə bilir. Amma bəzən Allahın yaratdığı elə insanlar da var ki, onlar bu aləmdə Rəbblərinin sayəsində istəklərinə və bacarıqlarının dərəcəsinə baxmadan, sözlə ifadəsi mümkün olmayan elə hərəkətlər edirlər ki, insanlar bu hərəkətlərə mat qalaraq söz tapa bilmir, sadəcə sükut içində olub-bitənin gözəlliyini izləyirlər.

Belə hərəkət edənlərdən bəziləri də ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımıza yardım etmək, yardıma ehtiyacı olan insanlarımıza fayda vermək üçün və köməyə ehtiyacı olan bir vətandaşımızın: “kömək edən kimsə varmı?” dediyi zaman hamının susduğu anda “mən varam” deyən Türkiyədən Azərbaycana gələn böyük insanlardır. Onlar o insanlardandırlar ki, təmtəraqlı, şəraiti yaxşı olan bir həyata əlvida deyib, böyüklərinin nəsihəti ilə bu topraqlara təşrif buyuraraq buradakı insanları sevən, onlara elm və savad, gözəl tərbiyə və gözəl əxlaq təbliğ etmək istəyən fədəkar sözünə sığmayan Allahın iman neməti ilə bəzənmiş kimsələrdir. İnsanlıq tarixi belə insanların varlığına bəlkə də az şahidlik edib. Onlar valideynlərini, yaxınlarını, sevdiklərini arxada qoyaraq yardıma ehtiyacı olanlara qaçaraq gələn Allahın, Rəsulullahın (s.a.s) və mələklərin sevdiyi kimsələrdir. Qardaş Türkiyədən Azərbaycana hicrət edib burada ürək qoyan igidlərdirlər onlar. Onlardan kimisi burada evlənib, kimisi burada vəfat edib, kimisi də həyatının sonuna qədər burada yaşamağı və insanlara xidmət etməyi üstün tutub.

Belə insanlardan biridə Loğman Həlvacı adında bir müəllimdir. O, 15 il idi ki, bu torpaqlarda ailəsi ilə məskunlaşıb xidmət edən insanlardan olmaqla yanaşı həmdə bu torpaqlarda müəllim kimi bir çoxlarının bir yerdə birləşib etmədiklərini edən kəsdir. O, həm də Azərbaycanın fərqli-fərqli şəhərlərində gözəl əxlaqlı, savadlı və mənəviyyatlı gənclərin yetişdirilməsində ən fəal rol oynayan insanlardan biri olub. Loğman müəllim tək tələbələrə xidmət ilə kifayətlənməyib Allahın ona verdiyi elm və savaddan istifadə edərək Azərbaycanda bir neçə kitabın da müəllifi olmuşdur.

Çox mülayim və çox sakit insan olan Loğman müəllimin 15 illik xidməti bu yaxında başa çatmışdır. Onunla vidalaşmaq üçün böyük bir məclis qurulmuşdu. Məclisdə isə bəlkə də çoxlarının görmədiyi çox gözəl və çox möhətəşəm hadisə baş vermişdir. Loğman müəllimin Azərbaycanda dünyaya gələn təxminən 10 yaşlarında Musa adında bir oğlu vardır. Allahın sayəsində əxlaqlı, tərbiyəli və çox şən olan Musa da tədbirdə iştirak edirdi. Məclisin bir yerində Musa kövrələrək başını aşağı salıb ağlamağa başladı. Bu anda dillər tutuldu və hamı Musaya tərəf baxdı. Loğman müəllim və məclisdə iştirak edənlər də Musa ilə bərabər ağlamağa başladılar. Bu gözyaşlarının səbəbi dilə gətirilməsə də hamı hər şeyi başa düşürdü. 10 yaşlı bir balaca oğlanın ailəsinin xidmət üçün gəldikləri bu yerlərdən getməsi onu çox kədərləndirirdi. O da bəlkə də gələcəkdə atası kimi buralarda qalıb həyatının sonuna qədər insanlara xeyir verməyi düşünürdü. Həqiqətən bu yerdə sözlər acizdir. Musanın bu ağlayışı bəzi səhabələrin peyğəmbərimiz(s.a.s) ilə birlikdə Təbuk döyüşünə imkansızlıqdan qatıla bilmədikləri üçün ağlamalarına bənzəyirdi. Allah həmin zamanda onlar haqqında ayə endirərək onların bu döyüşdən məsul olmadıqlarını bildirmişdi. Musanın bu hərəkəti həmçinin yadımıza Həzrəti Əlinin 10 yaşında Rəsulullaha iman etməsini salır.

Loğman müəllim və Loğman müəllim kimi insanlar etdiklərini nə pula, nə də başqa şeylərə görə edirlər. Onlar, sırf Allah üçün, Allahı sevdikləri üçün və Allahın rızasını qazanmaq üçün bu yoldadırlar. Onlar bizim canlarımız və qardaşlarımızdırlar. Allah onların xidmətinə şahiddir, mələklər də şahiddir və bizlər də şahidik. Allah onlardan razı olsun, bizlərə də onlar kimi əvəzsiz xidmət etməyi nəsib etsin və onları Özünün vəd etdiyi cənnət köşkləri ilə mükafatlandırsın inşallah. Amin!
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:39
GÜNƏŞ07:12
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:17
MƏĞRİB [ 3 rükət ]20:05
İŞA [ 4 rükət ]21:34
GECƏYARI00:52
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka