Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VƏSİYYƏT

[ Hədis elmi / 4762 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

٧- وَعَنْ أبي إِسْحَاقَ سعْدِ بْنِ أبي وَقَّاصٍ مَالك بن أُهَيْبِ بْنِ عَبْدِ مَنَافِ بْنِ زُهرةَ بْنِ كِلابِ بْنِ مُرَّةَ بْنِ كعْبِ بنِ لُؤىٍّ الْقُرشِيِّ الزُّهَرِيِّ رضِي اللَّهُ عَنْهُ، أَحدِ الْعَشرة الْمَشْهودِ لَهمْ بِالْجَنَّة ، رضِي اللَّهُ عَنْهُم قال: « جَاءَنِي رسولُ الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يَعُودُنِي عَامَ حَجَّة الْوَداعِ مِنْ وَجعٍ اشْتدَّ بِي فَقُلْتُ : يا رسُول اللَّهِ إِنِّي قَدْ بلغَ بِي مِن الْوجعِ مَا تَرى ، وَأَنَا ذُو مَالٍ وَلاَ يَرثُنِي إِلاَّ ابْنةٌ لِي ، أَفأَتصَدَّق بثُلُثَىْ مالِي؟ قَالَ: لا ، قُلْتُ : فالشَّطُر يَارسوُلَ الله ؟ فقالَ : لا، قُلْتُ فالثُّلُثُ يا رسول اللَّه؟ قال: الثُّلثُ والثُّلُثُ كثِيرٌ أَوْ كَبِيرٌ إِنَّكَ إِنْ تَذرَ وَرثتك أغنِياءَ خَيْرٌ مِن أَنْ تذرهُمْ عالَةً يَتكفَّفُونَ النَّاس ، وَإِنَّكَ لَنْ تُنفِق نَفَقةً تبْتغِي بِهَا وجْهَ الله إِلاَّ أُجرْتَ عَلَيْهَا حَتَّى ما تَجْعلُ في امْرَأَتكَ قَال: فَقلْت: يَا رَسُولَ الله أُخَلَّفَ بَعْدَ أَصْحَابِي؟ قَال: إِنَّك لن تُخَلَّفَ فتعْمَل عَمَلاً تَبْتغِي بِهِ وَجْهَ الله إلاَّ ازْددْتَ بِهِ دَرجةً ورِفعةً ولعَلَّك أَنْ تُخلَّف حَتَى ينْتفعَ بكَ أَقَوامٌ وَيُضَرَّ بك آخرُونَ. اللَّهُمَّ أَمْضِ لأِصْحابي هجْرتَهُم، وَلاَ ترُدَّهُمْ عَلَى أَعْقَابِهم، لَكن الْبائسُ سعْدُ بْنُ خـوْلَةَ « يرْثى لَهُ رسولُ الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم» أَن مَاتَ بمكَّةَ » متفقٌ عليه .

7. Cənnətlə müjdələnmiş on səhabədən biri olan Əbu İshaq Səd bin Əbu Vəqqas radıyallahu anh belə demişdir:

Vida həcci ilində (Məkkədə) tutulduğum şiddətli bir xəstəlik səbəbilə, Rəsulullah -səllallahu əleyhi və səlləm- ziyarətimə gəldi. Ona:

-Ya Rəsulullah! Gördüyün kimi çox xəstəyəm. Mən zəngin bir adamam. Bir qızımdan başqa varisim də yoxdur. Malımın üçdə ikisini sədəqə olaraq paylayım?, -deyə soruşdum.

Hz. Peyğəmbər:

-“Xeyr”, dedi.

-Yarısını paylayımmı?, -dedim. Yenə:

-“Xeyr”, dedi.

-Bəs üçdə birinə nə buyurarsan, ya Rəsulullah?, -deyə soruşdum.

-“Üçdə birini payla! Hətta o belə çoxdur. Varislərini zəngin qoymağın, onları möhtac qoyub xalqa əl açdırmaqdan daha xeyirlidir. Allah rizasını düşünərək etdiyin bütün xərclərin, hətta yemək yeyərkən yoldaşının ağızına verdiyin loxmaların belə mükafatını alacaqsan” -buyurdu.

Səd bin Əbu Vəqqas sözünə davamla dedi ki:

-Ya Rəsulullah! Yoldaşlarım (buradan) ayrılarkən mən qalacağammı? (burada öləcəyəmmi?), -deyə soruşdum.

-“Xeyr, sən burada qalmayacaqsan. Allah rizası üçün gözəl işlər edərək dərəcən artacaq, yüksələcəksən. Allahdan elə ümid edirəm ki, daha nə uzun illər yaşayaraq neçə-neçə insanlar (möminlər) səndən fayda, kimiləri də (kafirlər) zərər görəcəkdir.

Allahım! Səhabələrimin (Məkkədən Mədinəyə) hicrətini tamamla! Onları geri çevirib hicrətlərini yarım buraxma! Halına ağlamalı olan Səd bin Xövlədir”- buyurdu.


Bu sözlərilə Rəsulullah -səllallahu əleyhi və səlləm- Səd bin Xövlənin Məkkədə ölməsinə kədərləndiyini bildirdi.

Buxari, Cənaiz 36, Vəsaya 2, Nəfəqat 1, Mərza 16, Dəavat 43, Fəraiz 6; Müslim, Vəsiyyət 5. Ayrıca bax: Əbu Davud, Fəraiz 3; Tirmizi, Vəsaya 1; Nəsae, Vəsaya 3; İbn Macə, Vəsaya 5

Səd bin Əbu Vəqqas

Həzrəti Səd cənnətlik olduqları Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- tərəfindən müjdələnilən on bəxtiyar səhabədən biridir. Qureyş qəbiləsindən və Bənu Zöhrə soyundandır.
Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in anası Hz. Əminə də Bənu Zöhrədən idi. Bu səbəblə Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- Səd bin Əbu Vəqqasa “Mənim dayımdır” deyərdi.

Onun İslamiyyət ilə ilk şərəflənən səhabələrin beşincisi və ya yeddincisi olduğu qeyd edilir. Müsəlman olduğu zaman on yeddi yaşında bir cavan idi. Bu halını: “müsəlman olduğumda üzümdə hələ tük yox idi”, -deyərək anlatmışdı. Onun bir xüsusiyyəti də Allah yolunda ilk ox atan və ilk qan tökən kimsə olmasıdır. İlk qan tökməsi hadisəsi belə olmuşdur:

Səd radıyallahu anh, İslamiyyəti qəbul etdiyi zaman müşriklərdən biri onu təhqir etdi. O da bir dəvənin çənə sümüyünü yerdən dərhal qapıb adamın başını yardı. Allah yolunda axıdılan ilk müşrik qanı bu oldu. Uhud qəzvəsində düşmənə min ox atdı. Bu döyüşdə Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- ona bir tərəfdən ox verir, bir tərəfdən də:

-“Anam, atam sənə fəda olsun, ey Səd! At!” buyuraraq onu dəstəkləyirdi. Bütün döyüşlərdə Hz. Peyğəmbər-səllallahu əleyhi və səlləm- in yanından ayrılmadı və ondan çoxlu xeyir-dualar aldı. Onun müvəffəqiyyətlərini artıran Fəxri-Dünya Peyğəmbərimizin:

-“Ya Rəbbi! Oxunu istiqamətləndir və duasını qəbul et!” şəklindəki niyazlarıdır. Bu səbəblədir ki, Hz. Səd atdığını vurar, Cənabı Haqqa etdiyi dualar qəbul edilərdi. Bunu bilənlər onun bədduasını almaqdan qorxardılar.

Rəsuli-Əkrəmin hədisi-şərifdə xəbər verdiyi möcüzə reallaşdı və nə qədər ölkələr onun əliylə fəth edilərək İslam diyarı oldu. İran fatehlərinin ilki, Qadisiyyə döyüşünün baş sərkərdəsi və Kufənin qurucusu o idi. Daha sonra Kufə valisi oldu.

Hz. Ömər özündən sonrakı xəlifəni seçəcək altı nəfərlik heyətdə Sədi də vəzifələndirdi. Səd bin Əbu Vəqqas, Hz. Osman şəhid edildikdən sonra bir guşəyə çəkildi və heç bir hadisəyə qarışmadı. Onun bu davranışını Hz. Əli belə qiymətləndirmişdi:

-Səd ilə Abdullah bin Ömərin bu tərəfsiz davranışları tam yerindədir. Bu hadisələrdə bir kənara çəkilməkdə günah varsa, hər halda o günah kiçikdir. Savab varsa, o da şübhəsiz çox böyükdür.

Səd bin Əbu Vəqqas səksən ildən çox yaşadı. Hədisi-şərifdə qeyd edilən Sədin ağır xəstəlik keçirmə hadisəsi zamanı yalnız bir qızı vardı. Sonralar bir neçə dəfə evləndi və bir çox uşağı oldu. Nəhayət hicrətin 55-ci ilində Mədinədə xəstələndi. Vəfatının yaxınlaşdığını hiss edincə, saxladığı köhnə bir əbanı gətirdərək:

-Mənim kəfənim bu olsun. Çünki Bədir qəzvəsində düşmənlərlə vuruşarkən üzərim də bu cübbə vardı. İndiyə qədər onu bu məqsədlə saxlamışdım, -dedi. Aşarei-mübəşşərədən ən son vəfat edən o olmuşdur.

Rəvayət etdiyi 215 hədisin 115 dənəsi həm Buxarinin, həm də Müslimin Səhihlərində yer almışdır.

Allah ondan razı olsun!

Şərh


Hədisimizdə qeyd olunan hadisənin keçdiyi Vida Həcci hicrətin onuncu ilində baş tutmuşdur. Təxminən bundan üç ay sonra da Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- Mövlasına qovuşmuşdur.

Hədisi-şərifdə inasanın malının nə qədərini Allah rizası üçün paylanmaq üzrə vəsiyyət edə biləcəyi izah edilməkdədir. Görüldüyü üzrə uşaqları və yaxın varisləri olan bir adam malının üçdə birindən çoxunu paylanmaq üzrə vəsiyyət etməyəcəkdir. Uzaq yaxın heç bir varisi olmayan kimsənin malının üçdə birindən çoxunu vəsiyyət edib edə bilməyəcəyində müxtəlif görüşlər irəli sürülmüşdür.

Hənəfilər ilə Malikilər varisi olmayan kimsənin bütün malını vəsiyyət edə biləcəyini söyləmişlər. Digər məzhəb imamları da varisi olmayanın varisi Beytülmaldir düşüncəsilə, bu görüşə qarşı çıxmışlar. Əgər varislər, malın üçdə birindən çoxunun vəsiyyət edilməsinə etiraz etməzlərsə, üçdə birdən çoxunu paylamaqda heç bir məhzur yoxdur.

Gördüyümüz kimi Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- varlı bir kimsəyə öz malını hədiyyə və ya vəsiyyət edərkən ölçülü davranmasını tövsiyə etməkdədir. Zəngin bir kimsənin bütün malını kasıb və fəqirlərə paylaması ilk baxışda cazibədar və qibtə ediləcək bir davranış kimi görülə bilər. Lakin bir ailə sərvətinin tamamilə əldən çıxmasına gətirib çıxaran bu addım mirasa möhtac olan bir çox kimsənin çətin vəziyyətdə qalmasına səbəb ola bilər. Bunun üçün gözəl dinimiz özündən sonra geriyə miras qoyacaq kimsənin əlindən tutmuş, ona ən uyğun davranışı tövsiyə etmiş, geridə qalanları düşünməyi, onları kimsəyə möhtac etməməyi nəsihət etmişdir.

Səd bin Əbu Vəqqasın malını Allah rizası üçün xərcləmək istəməsi, Peyğəmbərmizin də buna müəyyən şərtlərdə icazə verməsi, varlı kəslərin daha həyatda ikən yaxşılıq etmələri lazım olduğunu göstərməkdədir. Çünki həmin sərvəti dişiylə, dırnağıyla qazanan adamın ölümüylə birlikdə varisləri ümumiyyətlə xeyir işləməzər, əllərinə keçirdikləri o hazır malı sovuraraq xərcləyib bitirərlər.

İnsan ağlı başında ikən və malının üzərində istədiyini etməyə gücü varkən onu ən uyğun yerlərə xərcləməli və axirətini daha dünyadaykən qazanmağa çalışmalıdır. Bununla birlikdə yaxın varislər daim unutulmamalı, onların yaxşılığı düşünülməli və kimsəyə möhtac olmamaları təmin edilməlidir.

Xeyir və yaxşılıq etmənin çox müxtəlif yolları olduğuna işarə edən Peyğəmbər Əfəndimiz, buna bir misal vermək istəmiş, misalı da üzərində hər vaxt əhəmiyyətlə dayandığı bir mövzudan seçmişdir: İnsanın həyat yoldaşı olan xanımıyla xoş dolanması. Həyat yoldaşıyla yaxşı dolanmağa çalışan kimsə həm həyat yoldaşını xoşbəxt edər, həm də özü xoşbəxt olar. 294 nömrəli hədisdə təkrar ediləcəyi üzrə, yemək yeyərkən yoldaşını sevindirmək üçün onun ağzına verilən loxmayla belə, xeyir və yaxşılıq işlənir.

Ailə səadətini təmin etmək üçün edilən bu və bənzəri davranışlar başqalarına nə qədər sadə və əhəmiyyətsiz gəlirsə gəlsin, Allah rizasını qazanmaq niyyətilə edildiyi təqdirdə nafilə bir ibadət sayılar və insana savab qazandırar. Beləcə, niyyət və ixlasın əhəmiyyəti bir dəfə daha ortaya çıxmaqdadır. Ailə fərdlərini dolandırmaq üçün işləyib çalışan kimsə əhəmiyyətli bir vəzifə etmiş, bir məsuliyyətdən xilas olmuş olar. Bu işi edərkən bir də Allah rizasını qazanmağı düşünmüşsə, həm vəzifəsini edər, həm də savab qazanar.

Hədisi-şərifin sonunda görüldüyü kimi Səd bin Əbu Vəqqas Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- dən xüsusi bir sual soruşur: Siz səhabələr ilə Mədinəyə qayıdarkən mən burada ölüb qalacağam? Mən Məkkədən Mədinəyə Allah rizası üçün hicrət etmişdim, indi burada ölüb qalsam hicrət savabını itirmiş olacağam?, -deyə vəziyyətini öyrənmək istədi.

Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- Sədin ölüb ölməyəcəyini əlbəttə öncədən bilməzdi. O əsnada Allah Təala Rəsuluna bu sualın cavabını bildirdi. Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- də Sədin bu xəstəlik üzündən ölməyəcəyini, hələ nə qədər gözəl xidmətlər edəcəyini söyləyərək bir möcüzəni reallaşdırmış oldu. Həqiqətən də, Hz. Səd bu hadisədən sonra 45 il daha yaşadı. İslama və müsəlmanlara bir çox xidmətlər etdi.
Bunu yaxşı bilmək lazımdır ki, Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- in gələcəyə aid xəbər verməsi, onun qeybi bildiyi mənasını verməz. “Cin” surəsinin 26-cı ayəsində ifadə edildiyi üzrə, görünməyən aləmin sirlərini yalnız Allah Təala bilər və bu sirlərdən dilədiyi qədərini Peyğəmbərinə bildirər.

Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- in “Halına ağlamalı vəziyyətdə olan Səd bin Xövlədir” buyurduğu şəxs əvvəl Həbəşistana, sonra Mədinəyə hicrət edən Bədir, Uhud və Xəndək qəzvələri başda olmaq üzrə bir çox döyüşdə iştirak etmiş bir səhabədir. Vida həcci əsnasında Məkkədə vəfat etmişdir. Səhabələr Allah rizası üçün tərk edib getdikləri bir yerə geri dönüb orada ölməyi doğru görməzlər, hicrət etdikləri yerdə ölməyi arzu edərdilər. Səd bin Əbu Vəqqasın: Məkkədə ölüb qalacağam?, -deyə soruşması üzərinə Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- onun adaşı olan və bir müddət əvvəl Məkkədə vəfat edən Səd bin Xövləni xatırlamış və itirdiyi bəzi savablar səbəbilə onun adına kədərlənmişdir.
Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- in Hz. Sədi ziyarəti 917 nömrəli hədislə təkrar gələcəkdir.

Hədisdən öyrəndiklərimiz:

1. Yaxşı niyyətlə edilən işlər insana savab qazandırar. Allah rizası güdülərək ailə fərdlərinə çəkilən xərclər və hətta bu düşüncəylə edilən zarafatlar nafilə ibadət sayılar.
2. Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- xəstələnən səhabələrini ziyarət edərdi.
3. Xəstəlik Allah Təalanın insanı sınaq etmə yollarından biridir. Bu səbəblə xəstə olan kimsə halından şikayət etməməlidir.
4. Qanuni yollarla zəngin olmaq, malını Allah yolunda xərcləmək, varislərini və yaxın qohumlarını kimsəyə möhtac olmayacaq vəziyyətdə buraxmaq yaxşı bir davranışdır.
5. Xəstə ikən malın üçdə birindən çoxu sədəqə olaraq paylana bilməz, paylanması da vəsiyyət edilə bilməz. Xəstələnmədən əvvəl isə üçdə birlə məhdud qalmadan məqsədəuyğun formada istənilən qədər xərclənə bilər. Ölümündən sonra geridə çox malı qalmayacaq kimsə heç vəsiyyət etməməli, hər şeyini varislərinə buraxmalıdır.
6. Allah Təala Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- ə gələcəkdə olacaq bəzi şeyləri xəbər vermiş, o da bunlardan uyğun hesab etdiklərini səhabələrinə bildirmişdir.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka