Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YAXŞI NİYYƏTİN MÜKAFATI

[ Azerislam.com / 3708 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

٤- وعَنْ أبي عَبْدِ اللَّهِ جابِرِ بْنِ عَبْدِ اللَّهِ الأَنْصَارِيِّ رضِيَ الله عنْهُمَا قَالَ :كُنَّا مَع النَّبِيِّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم في غَزَاة فَقَالَ : «إِنَّ بِالْمَدِينَةِ لَرِجَالاً مَا سِرْتُمْ مَسِيراً ، وَلاَ قَطَعْتُمْ وَادِياً إِلاَّ كانُوا مَعكُم حَبَسَهُمُ الْمَرَضُ» رَواهُ مُسْلِمٌ .
وَفِي روايَةِ : «إِلاَّ شَركُوكُمْ في الأَجْرِ»

4. Əbu Abdullah Cabir bin Abdullah əl-Ənsari -radiyallahu anhuma- belə demişdir:

-Bir dəfə Peyğəmbər -səllallahu əleyhi və səlləm- ilə birlikdə bir qəzvədə (döyüşdə) idik. Buyurdu ki:

-“Xəstəlikləri üzündən Mədinədə qalan elə kəslər vardır ki, siz bir yolda getdiyiniz və ya bir vadini keçdiyinizdə, onlar da sizinlə birlikdədirlər.”

Bir başqa rəvayətə görə:

-“Savab qazanmada sizə ortaq olarlar" buyurdu.
[Müslim, İmarə 159]

Cabir bin Abdullah

Hicrətdən 16 il əvvəl Mədinədə doğuldu. Atası Uhud qəzvəsində ilk şəhid düşən səhabə Abdullah bin Amr bin Haramdır. Atası həyatda ikən 9 bacısına baxdığına görə, döyüşlərə gedə bilməmişdi. Atasının vəfatından sonra Hz. Peyğəmbərlə -sallallahu əleyhi və səlləm- birlikdə 19 qəzvədə oldu. Cabir -radiyallahu anh- ikinci Aqəbə beyətinə qatılan 70 nəfərlik heyətin ən kiçik üzvü idi.

Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- Cabiri çox sevərdi. Zaman zaman onu dəvəsinin tərkinə mindirər, xəstələndiyində ziyarətinə gedərdi. Atası geridə bir xeyli borc buraxaraq şəhid olduğu zaman Cabir bu borcları ödəməkdə çətinlik çəkdi. Çoxu yəhudi olan borc verənlər borcunu dərhal ödəməsini istəyirdilər. Lakin onun xurma bağçalarından başqa gəlir gətirən bir şeyi yox idi. Üstəlik o il məhsul da az idi. Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- toplanan xurmaları topalar halında yığdırdı. Mübarək əlinə tərəzini alaraq hər kəsə alacağını verməyə başladı. Hz. Peyğəmbər-səllallahu əleyhi və səlləm- in möcüzəsi olaraq Cabirin bütün borcları ödəndiyi kimi, xurmaların heç azalmadığı da müşahidə olundu.

Zatürriqa qəzvəsindən qayıdarkən Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- onunla söhbət etdi. Yeni evləndiyini və çox borcu olduğunu öyrənincə, dəvəsini özünə satmasını istədi. Uzun bir bazarlıqdan sonra, Mədinəyə varınca təslim etmək şərtilə Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- Cabirdən dəvəsini satın aldı. Cabir dəvəni təslim etmək üçün gətirdiyində, Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- ona olan borcunu ödəməkdən əlavə dəvəni də özünə hədiyyə etdi. Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- in bu nümunəvi kömək şəkli əshabələri (r.anhum) duyğulandırdı. Bu hadisə daha sonraları dəvə gecəsi mənasında Leylətul-bəir deyə İslam tarixində iz qoydu.. Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- o gecə Cabir üçün 25 dəfə istiğfar etdi.

Mindən çox hədis rəvayət etdikləri üçün "muksirun" deyə tanınan yeddi səhabədən biri olan Cabir -radiyallahu anh- təkrarlarla birlikdə 1540 hədis rəvayət etmişdir.

Bir dəfə şəxsən özünün Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- dən eşitmədiyi bir hədisi əshabi-kiramdan Abdullah bin Üneysin bildiyini eşitdi. Bu hədis, üzərində məzlum haqqı olan kimsənin cənnətə girə bilməyəcəyinə dair idi. Cabir bu hədisi Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- dən eşidən ilk ağızdan şəxsən eşitmək istədi. Lakin bu səhabə Şama yerləşmişdi. Cabir usanmadı və bir dəvə satın alaraq Mədinədən yola çıxdı. Bir ay davam edən uzun bir səfərdən sonra Şama vardı və hədisi Abdullah bin Üneysdən soruşaraq öyrəndi.

Ömrünün sonlarına doğru gözlərini itirdi və 78/697-ci ildə 94 yaşında Mədinədə vəfat etdi. Mədinədə ən son vəfat edən səhabə Cabir bin Abdullah olmuşdur.
Allah ondan razı olsun!

1345 – cı nömrə ilə təkrar gələcək olan bu hədis bir sonrakı hədislə birlikdə açıqlanacaqdır.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka