Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZİLHİCCƏ AYI

[ Həcc / 24574 dəfə baxılıb ]   
|
 
Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir: Peyğəmbər (s.a.s) Zilhiccənin ilk on günündə edilən ibadətlər digər aylarda edilən yaxşı əməllərdən, Allah nəzdində daha məqbuldur buyurunca orada olanlar; Ya Peyğəmbər (s.a.s) Allah yolunda edilən cihad da Zülhiccədə edilən ibadətdən daha sevimlimidir? dedilər. Peyğəmbər (s.a.s) bəli cihad da. Yalnız malını, canını təhlükəyə qoyaraq cihada çıxıb dönməyən (şəhid olan) kimsənin cihadı bundan daha fəzilətlidir buyurdu. (Təcrid, III, 188)

Zilhiccənin səkkizinci gününə “tərviyyə günü”, doqquzuncu gününə “Ərəfə günü” Qurban bayramı gününə ( onuncu gününə) “Nəhr günü” ondan sonrakı üç günə də “Təşriq günləri deyilmişdir.

Ərəfə günü burada Qurban bayramından bir öncəki gün mənasında deyil Ərəfada vəqfa gününü nəzərdə tutan bir anlama gəlir.

Həc surəsinin 28-ci ayəsində keçən Əyyamr-malumat: Müəyyən günlər ilə Bəqərə surəsinin 203-cü ayəsində keçən Əyyamı-madudat: “Sayılan günlər” İbn Abbas (r.a) tərəfindən “Zilhiccənin ilk on günü və təşriq günləri deyə təfsir edilmişdir. “Əyyamı malumat”ın tərviyyə və Ərəfa günü, Əyyamı madudatın təşriq günləri olduğuna dair rəvayət də vardır.

Bu günlər üçün xoş görülmüş bir ibadər vardır ki, buna “təşriq təkbirləri” deyilməkdədir. Allahu əkbər, Allahu Əkbər, lə iləhə illallahu vallahu əkbər Allahu əkbər vəlillahul-hamd şəklindəki təkbirləri Ərəfə günü sabah namazından bayram günü əsr namazına qədər namazların fərzlərindən sonra söylənilir.

Zilhiccənin ilk yarısındakı günlər, Uca Allah qatında dəyərli günlər arasındadır. Hətta Cümə həftənin; Zilhiccənin ilk onu isə ilin mübarək günləridir deyilmişdi. Buna görə Zilhiccənin ilk onuna təsadüf edən Cümə hər iki fəziləti də toplayacağı üçün ilin ən mübarək günlərindən biri sayılmışdır.

Peyğəmbər (s.a.s) və əshabələri bir çox fəzilətin bir arada toplandığı Zilhiccənin ilk yarısını, zikrlə, ibadətlə keçirər, yoxsullara kömək edərdilər. Dolayısı ilə onları örnək alaraq müsəlmanların o günlərdə ibadətlərinə diqqət etmələri, dualarını artırmaları, xeyir işlər çox görmələri, günahları üçün tövbə etmələri çox gözəl olardı.

Bunu da xatırlamaq lazımdır ki, Zilhiccə ayının içində Həc və Qurban ibadəti vardır.
Allah bizi bu aydan faydalananlardan etsin. Amin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:10
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:10
GECƏYARI00:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka