Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURBANI ANLAMAQ

[ Zül-hiccə ayi / 3187 dəfə baxılıb ]   
|
 
Allah, "insana şah damarından yaxın olan"dır. Buna görədir ki, O, insana, nəfsinin nələri, niyə və hansı səbəblərdən pıçıldadığından xəbərdardır.
Ona görə qurban, Allahın insana yaxınlaşmasını deyil, insanın Allaha yaxınlaşmasını ifadə edir. Şah damarından uzaq olan, Allahdan da uzaq olar. "Şah damarından uzaq olmaq" demək, özündən uzaq olmaq deməkdir. Özünə yaxın olmaq isə, "Allaha yaxın olmaq" deməkdir.
İnsana şah damardan daha yaxın olan, bütün damarların ona açıldığı ürəkdir. Ürək, daha içəridə, daha mərkəzdədir. Şah damar, ona açılan "yol"dur. Allah "yol " da deyil, "yolçu" da deyil. Mərkəzdədir; həyatın və varlığın mərkəzində. Yolda olan, yolçu olan insandır. Uzaqlaşar və yaxınlaşar. Ondan gəlmiş və Ona dönəcək.
İnsan damarından uzaqlaşdığında, "dəm-i məfsuh" [tullantı qan] hökmünü alar. Həyatın və sağlamlığın səbəbi ikən, ölümün və xəstəliyin səbəbi olar. Qan ürəyə, yəni səfərinin mənasını tapdığı yerə dönməlidir. Ürəyə dönmək, özünə dönməkdir. Ürəkdən uzaqlaşmaq, özündən uzaqlaşmaqdır. Şah damarı, qanın "sıratı mustaqimi"dir. Doğru yola girən insan da, deməli mənəvi bədənin qəlbinə gedən yola girib.
Quranda "qurban" termininin istifadə edildiyi nadir yerlərdən biri olan Maidə surəsinin 27-ci ayəsi, Adəm oğullarından ikisinin qurbanla imtahan olunmasından danışar. Bu, nəyi göstərir? Birincisi, Qurban ibadətinin insanla yaşıd, hətta insanın ilk ibadəti olduğunu. İkincisi, insanın cövhəri ilə tullantısının sınanmadan, imtahan olunmadan ayırd edilə bilməyəcəyinin. Üçüncüsü, insan nə qədər özündən və Allahdan uzaqdırsa, mülkiyyət təsəvvüründəki yanlışlığın da o qədər dəhşətli olduğunu.
Həzrəti İbrahim və Həzrəti İsmayılın imtahanı başa düşülmədən, qurban ibadəti başa düşülməz. Buna görə ilahi vəhylər bu nümunə hadisədən danışarlar. Quran Saffat surəsində, mövzuya detallı olaraq yer verər: Həzrəti İbrahim, Nemruda qarşı verdiyi tövhid mübarizəsində can imtahanından keçir. İmtahanını müvəffəqiyyətlə verir. Bu dəfə sıra "can yarısı" imtahanına gəlir. Bir gecə yuxuda, özünü, uzun bir məhrumiyyətdən sonra qovuşduğu oğulunu qurban edərkən görür.
"Bu hansı oğludur?" sualı, söhbətimizin mövzusu deyil. Quran açıqca ad çəkmir. Yəhudilər, bu uşağın İshaq olduğunda israr edirlər. Hələ ilk nəsillərdən etibarən bu versiyanı dəstəkləyən bir çox nüfuzlu şəxləri görmək mümkündür. Yəhudilər, bu seçimi "müqəddəs irq" tezisi üzərinə qurar və həm yadelli, həm də cariyə olan bir ananın oğulu olan İsmayıl yerinə, Saradan olan İshaqın "zəbih" olmağa daha layiq olduğunu dilə gətirərlər.
Bütün məlumatlar bu uşağın ilk oğul olduğunu göstərir. İlk oğulun İshaq olduğunu söyləmək, Həzrəti İbrahimin həyatı haqqındakı bütün məlumatları yox hesab etməkdir. Həcərin, Saradan uzaqlaşdırılmasının səbəbi onun uşaq sahibi olmasıdır. Qurban edilənin ilk oğul olduğunu, Həzrəti İbrahimim Quranda dilə gətirilən duasından anlayırıq: "Rəbbim mənə Salehlərdən olacaq bir [övlad] bağışla" [37:100]. Bu duanın, uşaq həsrətinin ardından gəldiyi açıqdır. İlk uşağın da İsmayıl olduğu bizə tarixdən məlumdur. Qurban edilən, "eşq halı ilə" edilən bir duanın məhsulu olan məhz bu uşaqdır.
Bizə elə gəlir ki, bu "dua məsələsi", qurbanı anlamaqda açar mövqeyindədir. Quranda, uşaq həsrəti ilə keçən uzun illərin ardından, ürəkdən edilən bir dua ilə uşaq sahibi olan nümunələrə baxaq:
Həzrəti İbrahimə, övlad həsrətiylə edilmiş bir dua ilə Həzrəti İsmayıl bəxş edildi.
İmranın arvadı Hannəyə, uzun bir müddət sonra bir dua ilə Həzrəti Məryəm bəxş edildi.
Özü yaşlı, həyat yoldaşı da sonsuz olan Həzrəti Zəkəriyyəyə, Həzrəti Yəhya bəxş edildi.
Ya Adayan ol, Hannə kimi
Ya Adaq ol, Məryəm kimi
Ya Adananlara bağban ol, Zəkəriyya kimi
Amma əsla dördüncüsü olma, həlak olarsan.

Buna bənzər bir nümunə də Saraya yaşlılığında Həzrəti İshaqın bəxş edilməsidir. Lakin bu hadisədə Həzrəti İbrdahimin deyil, yaşlı həyat yoldaşı Saranın hiss və həyəcanı nəql edilmişdir. Daha önəmlisi, bu hadisənin əvvəlində bir dua nəql edilməmişdir.
Həzrəti İsmayıl, Həzrəti Məryəm, Həzrəti Yəhya...
Üçü də, eşq halı ilə edilən bir duanın arxasından gələn ilahi bir hədiyyədirlər. Həzrəti Məryəm məbədə adanmışdır. Həzrəti Yəhya, zalım bir Yəhudi rəhbəri əlində, qoç kimi boğazlanaraq qurban edilmişdir. Bu nümunələrə Allah Rəsulunun atası Abdullahı da əlavə etmək lazımdır. O da Abdulmuttalibin duasının nəticəsi idi və o da böyük babası Həzrəti İsmayıl kimi "yaşayan qurban" oldu.
Quran Həzrəti İbrahimə "səni kəsdiyimi gördüm" deyil, "səni kəsərkən gördüm" dedizdirər.
Həzrəti İbrahimin oğulunu "qurban edərkən" görməsi, əslində aləm-i misalda gördüyü bir yuxu idi. O, "misal aləmində" olanı, "şəhadət aləminə" daşıyınca, yuxu "yozulmamış" oldu. Yəni, yuxu üzərindən verilən mesaj "misal" olmaqdan çıxıb "həqiqət" oldu. İlahi murad bu deyildi və yuxular məhz buna görə "misal aləminə" aid hər "misal" kimi "yozulmalı" idi.
Görəsən Həzrəti İbrahimin, həsrətli bir duanın ardından gələn oğulu İsmayıla bəslədiyi özəl duyğular, "gayretullah"a toxunmuş ola bilərmi? Belə ki, "Xəlilullah" [Allah dostu] sifətini almaq heç də asan deyil. Xatırlayaq Həzrəti Peyğəmbərin nəvələrini sevərkən "Siz adamı yoldan edərsiniz" deyə əzizlədiyini. Buna görə, qurbanın verdiyi mesaj, yəqin ki, "hər şeyi yerli yerində görmək, hər şeyi qoyulduğu yerdə anlamaq" mesajıdır.
Allahı Allah yerində, insanı insan yerində görmək. Və heyvanı heyvan yerinə qoymaq. İlahi iyerarxiyadan uzaqlaşıb heyvanı insan yerinə qoyanların, insanı da heyvan yerinə qoyduqlarına çox şahid oluruq...


* Zəbih - Boğazlanmış, kəsilmiş... qurban edilmiş.
**İyerarxiya - Aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası


Mustafa İslamoğlu
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka